DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş məmnunluğuna xidmət edən növbəti addım

10.03.2022

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə DİN-in rəsmi internet saytında (mia.gov.az) “Müraciətin statusunu  yoxla” xidməti əlavə olunub.

Yeni yaradılan xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.

“Müraciətin statusunu yoxla” bölməsindən DİN-ə göndərilən müraciətlərin statusuna nəzarət və onun icra vəziyyəti barədə informasiya əldə etmək mümkün olacaqdır. Bunun üçün DİN-ə onlayn müraciət etmiş şəxs Nazirliyin rəsmi saytına (https://mia.gov.az/az/menu/30153/) daxil olmaqla, qeyd edilən elektron xidməti seçərək açılan pəncərəyə müraciətin qeydiyyata alınması nömrəsini daxil edir. Bu barədə telefona gələn təsdiq kodunu əlavə etdikdən sonra müraciətin icra vəziyyəti barədə informasiya ona təqdim edilir.