DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı

03.08.2021

Avqustun 2-də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini 1990-cı il təvəllüdlü Tural İsmayılovun evində keçirilmiş axtarış zamanı 8 ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür.

Tural İsmayılov şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Siyəzən RPŞ-nin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı MSY-də qəfildən pisləşdiyindən polis əməkdaşları tərəfindən o, dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilmiş, lakin həkimlərin səyinə baxmayaraq Tural İsmayılov orada ölmüşdür. 
Hazırda faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. 

Tural İsmayılovla eyni və qonşu kameralarda saxlanılan şəxslərin və növbədə olan polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibb ekspertizası təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər həyata keçirilmişdir. 
Qeyd edilməlidir ki, ekspert tərəfindən keçirilmiş ilkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməmişdir.
Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.

Xəbərlər lenti