DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_20211113205013.jpg

“Türk Şəhidliyi” abidəsi ziyarət olundu

15.09.2020


 Bakı şəhərinin işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar bu gün – sentyabrın 15-də ərazidə xidmətdə olan bir qrup polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçuları Şəhidlər Xiyabanındakı Türk Şəhidliyini ziyarət ediblər.

 Onlar Bakının işğaldan azad olunması uğrunda canlarından keçən şəhid türk əsgərlərini ehtiramla yad edib, xatirələrinə ucaldılmış abidənin önünə tər çiçək dəstələri düzüblər.