DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sanitariya-gigiyena qaydalarını pozan şəxs cərimələnib

27.08.2020


 Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində mütəmadi olaraq reydlər keçirirlər.

Avqustun 25-də keçirilən reyd zamanı paytaxtın Suraxanı rayonu Kərpic Zavodu ərazisində bərk tullantıların “Kamaz” markalı yük avtomobili ilə boşaldılması faktı aşkar edilib. Bakı şəhər sakini N.Yaqubov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib olunaraq ona 600 manat məbləğində inzibati cərimə tətbiq edilib.  
Bu istiqamətdə tədbirlər davam etdirilir.