DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sanitariya-gigyena qaydalarını pozan şəxs cərimələnib

20.08.2020


 Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində mütəmadi olaraq reydlər keçirirlər.

Avqustun 17-də keçirilən növbəti belə tədbir zamanı paytaxtın Xətai rayonunun E.Əliyev küçəsi 1 ünvanında  sənaye tullantılarının qalaqlanması faktı aşkar edilib.    

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna və sənaye tullantılarının qalaqlanmasına görə Biləsuvar rayon sakini Zahir Məhərrəmov barəsində protokol tərtib olunub. Ona 800 manat məbləğində inzibati cərimə tətbiq edilib.  

Bu istiqamətdə tədbirlər davam etdirilir.