DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması polisin də diqqət mərkəzindədir

11.05.2019

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşmış ənənəyə uyğun olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Daxili İşlər Naziriyinin əməkdaşları mayın 11-də nazir müavini, polis general-leytenantı İsmət Əliyevin rəhbərliyi ilə Abşeron rayonunun Qobu qəsəbəsində növbəti ağacəkmə kampaniyası keçiriblər.

 Aksiya zamanı boş qalmış, əkin üçün yararsız ərazidə abadlıq və təmizləmə işləri aparılıb. Sonra yerli iqlimə uyğunlaşdırılmış 455 ədəd şam ağacının tingləri xüsusi aqrotexniki qaydada qazılmış yerlərdə əkilib, onların suvarılması həyata keçirilib. Tinglərin  küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.