Axtarış

Virtual Karabakh Justice for khojaly

İctimai Şura


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında
İctimai Şuranın üzvlüyünə namizədlərin
irəli sürülməsinə və qeydiyyatına dair
E L A N

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizəd irəli sürmək istəyən vətəndaş cəmiyyəti institutlarının 05.04.2021-ci il tarixdən 05.05.2021-ci il tarixədək Nazirlikdə yaradılmış Seçki komissiyasına müraciət etməsi xahiş olunur.
Müraciətə namizədlə əlaqə vasitələri (telefon, e-mail) göstərilməklə aşağıdakı sənədlər əlavə edilməlidir:
1. Namizədin şəxsiyyət vəsiqəsinin surəti; 
2. Namizədin tərcümeyi-halı;
3. Namizədin vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
4. Namizədin humanitar, xüsusən hüquq sahəsi üzrə təhsilə və təcrübəyə malik olmasını sübut edən sənədin surəti (diplom, əmək kitabçası).
Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Sənədlər Nazirliyin Katibliyinə elektron poçt (info@mia.gov.az) vasitəsilə təqdim olunmalıdır. 
Əlaqə telefonları: (+99412) 590-92-28, 590-91-03.



Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar yaradılmış seçki komissiyasının tərkibi