DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Goranboy rayon sakini Mirqalib Həşimov müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.

Sosial şəbəkə istifadəçisi Musa Cəbrayılov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş İlham Kərimov DİN rəhbərliyinə təşəkkür məktubu göndərib. O, polis orqanlarında işləmək arzusunda olan gənclərin xidmətə qəbulu zamanı bütün proseslərin şəffaflıq və aşkarlıq prinsipləri əsasında reallaşdığına şahid olduğunu qeyd edir və qızının daxili işlər orqanlarında xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şəhid anası Aytəkin İsmayılova DİN-ə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin fəaliyyətindən razılığını ifadə edir, həmkarlarımıza çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Azər Xankişiyev xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Kəlbəcər Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıq edir. 

Samux rayon sakinləri Kazım Cumalıyev, Ülvi Kərimov və Vüsal Əhmədov müraciətlərinə operativ baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Samux Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürlərini bildirirlər.

Şəmkir rayon sakini Fəxrəddin Məmmədov təşəkkür məktubunda rayon ərazisində cinayətkarlıqla mübarizədə qətiyyətli mübarizə tədbirlərinə görə rayon polis şöbəsinin rəhbərliyinin fəaliyyətindən məmnunluğunu ifadə edir.

Vətəndaş Söhrab Vəliyev ünvanladığı məktubda müraciətinə həssas yanaşılmasına, aparılan obyektiv araşdırmalarla qısa müddətdə müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Şahbuz rayon sakini İsbəndiyar İbrahimov üzləşdiyi problemlə bağlı etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.