Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
20 yanvar 2017

Yanvarın 20-də saat 01 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Gün ərzində 98 cinayət faktı qeydə alınıb
19 yanvar 2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 
  • Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər yaralanıb. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.  
  • Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər tutulub.

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindəki çay evlərindən birində “poker” kart-qumar oyunları təşkil olunduğu müəyyən edilib
19 yanvar 2017

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Kamil Mürsəliyevin və Samir Vəliyevin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində icarə əsasında işlətdikləri çay evində “poker” kart-qumar oyunları təşkil etmələri müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri ilə ora baxış zamanı “poker” oyun kartları və pul vəsaitləri maddi sübut kimi aşkar edilərək götürülüb, K.Mürsəliyev və S.Vəliyev saxlanılıblar.

Qızıl mağazalarından birindən 3 kq qızıl əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayonunun Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib
19 yanvar 2017

İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birindən 3 kiloqram qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.
İ.Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299) adda qızıl əşyalar maddi sübut kimi götürülüb.

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramil Çələbiyev tutulub
19 yanvar 2017

Bakı BPİ Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da 62 saylı xətt avtobusunda Bakı şəghər sakini Zümrüd Amayevanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Çələbiyev tutulub.

Novxanı kənd sakini Əli Ələsgərovdan 8,361 kq marixuana götürülüb
19 yanvar 2017

Abşeron RPİ və Mehdiabad PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı kənd sakini Əli Ələsgərovdan 8 kiloqram 361 qram marixuana götürülüb.

DİO əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
19 yanvar 2017

Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazma kənd sakinləri Şümeysət Əliyevanın və qızı İlahənin yaşadıqları evə baxış zamanı  3 kiloqram 446,27 qram marixuana aşkar edilərək götürülüb.
Həmin narkotik vasitəni (gələcəkdə satmaq məqsədi ilə) onlara satmaq üçün verən  Mahamalar kənd sakini Kamran Babayev müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı 46,93 qram marixuana da aşkar edilərək götürülüb.

Hövsan qəsəbə sakini Azər Quliyevdən ümumilkdə 402,318 qr heroin aşkar edilərək götürülüb
19 yanvar 2017

Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbə sakini Azər Quliyevdən 0,155 qram, evinə baxış zamanı isə 402,163 qram heroin aşkar edilərək götürülüb.

Bakı şəhər sakini Ruslan Hüseynovdan 3 ədəd yivsiz ov tüfəngləri götürülüb
19 yanvar 2017

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 18-də Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qanunsuz ov edən Bakı şəhər sakini Ruslan Hüseynovdan 3 ədəd yivsiz ov tüfəngləri götürülüb.

Oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Süleymanov tutulub
19 yanvar 2017

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Qobustan qəsəbəsindəki evlərdən birindən 1200 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Süleymanov tutulub.