Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

IV Fəsil. Səfərbərlik hazırlığı və səfərbərliyin təşkilati əssları


Maddə 9. Səfərbərlik hazırlığının və səfərbərliyin təşkili və qaydası
9.1. Dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərlik hazırlığının və səfərbərliyinin təşkili və qaydası müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ-hüquqi aktlar ilə müəyyən edilir.
9.2. Azərbaycan Respublikası iqtisadiyyatının, həmçinin təşkilatların səfərbərlik hazırlığının və səfərbərliyinin təşkili və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.3. Səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı, müharibə dövründə sonrakı çağırışlar zamanı isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
9.4. Dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır və səfərbərlik orqanlarının işçilərinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradırlar.
Maddə 10. Səfərbərlik orqanları
10.1. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və təşkilatlar səfərbərlik hazırlığı və səfərbərliyin təşkili və onların keçirilməsinə nəzarət etmək məqsədi ilə səfərbərlik orqanları yaradırlar.
10.2. Səfərbərlik orqanlarının strukturu və ştatları səfərbərlik tapşırıqlarının (sifarişlərinin), yaxud səfərbərlik işi üzrə vəzifələrin xarakteri və həcmi nəzərə alınmaqla müəyyən edilir. Göstərilən tapşırıqların (sifarişlərin), yaxud vəzifələrin həcmindən asılı olaraq səfərbərlik orqanlarının yaradılması əvəzinə səfərbərlik işçiləri təyin edilə bilərlər.
10.3. Səfərbərlik orqanlarının rəhbərləri və ya səfərbərlik işçiləri mərkəzi icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların rəhbərlərinə tabe olurlar.
10.4. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda yaradılan səfərbərlik orqanlarının funksiyaları, hüquqları və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş səfərbərlik orqanları haqqında Əsasnaməyə uyğun olaraq müəyyən edilir.
Maddə 11. Hərbi-nəqliyyat vəzifəsi
11.1. Azərbaycan Respublikasında səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə hərbi-nəqliyyat vəzifəsi müəyyən edilir.
11.2. Hərbi-nəqliyyat vəzifəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına, təşkilatlara, o cümlədən gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurub-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin (təmir və s.) edən təşkilatlara, habelə nəqliyyat vasitələrinin mülkiyyətçisi olan vətəndaşlara şamil edilir.
11.3. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
11.4. Hərbi-nəqliyyat vəzifəsinin yerinə yetirilməsi qaydası Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə» ilə müəyyən edilir.
Maddə 12. Səfərbərlik hazırlığının və səfərbərliyin maliyyələşdirilməsi
12.1. Səfərbərlik hazırlığı işləri Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilir.
12.2. Təşkilatların öz təşəbbüsü ilə onların fəaliyyət davamlılığının yüksəldilməsi məqsədi ilə keçirilən səfərbərlik hazırlığı işləri həmin təşkilatların vəsaitləri hesabına maliyyələşdirilir.
12.3. Səfərbərlik üzrə tədbirlərin maliyyələşdirilməsi müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 13. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində informasiyanın qorunması
Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində informasiyanın qorunması «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununun və digər normativ-hüquqi aktlara uyğun olaraq həyata keçirilir.