Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Fəsil II. Dövlət daktiloskopik qeydiyyatının aparılması


Maddə 9. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması
Azərbaycan Respublikası vətəndaşları könüllü dövlət daktiloskopik qeydiyyatından keçmək hüququna malikdirlər.
Azərbaycan Respublikası vətəndaşlarının könüllü dövlət daktiloskopik qeydiyyatı onların yazılı ərizələrinə əsasən yaşadıqları yer üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən Azərbaycan Respublikası vətəndaşlarının, azyaşlıların və yetkinlik yaşına çatmayanların dövlət daktiloskopik qeydiyyyatı yazılı ərizə əsasında onların valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakı ilə aparılır.

Maddə 10. Məcburi dövlət daktiloskopik qeydiyyatının aparılması
Bu Qanunun 8-ci maddəsində göstərilən şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.
Müvafiq icra hakimiyyəti orqanları tərəfindən alınmış daktiloskopik məlumatın maddi daşıyıcılarının nüsxəsi vahid massivdə saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Göndərilən nüsxədə aşağıdakılar qeyd olunmalıdır:
1) məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;
2) dövlət daktiloskopik qeydiyyatının aparılmasının əsası və tarixi;
3) daktiloskopik məlumatı hazırlamış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının adı.