Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

VII fəsil. Dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət


Maddə 31. Dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət 

31.1. Dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

31.2. Dövlət sirrinin yayılmasının qarşısının alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 32. Dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası və idarə nəzarəti 

32.1. Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

32.2. Bu qanunla müəyyən olunmuş qaydada dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik dövlət hakimiyyəti orqanları tabeliklərində olan müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarə nəzarətini həyata keçirir.

32.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının aparatlarında və Azərbaycan Respublikası Milli Məclisinin Aparatında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət onların rəhbərləri tərəfindən təşkil edilir.

32.4. Məhkəmə və prokurorluq orqanlarında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət bu orqanların rəhbərləri tərəfindən təşkil edilir.

32.5. İdarələrarası nəzarətin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 7 sentyabr 2004-cü il

№ 733-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (16 noyabr 2004-cü il, № 266).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2004-cü il, № 11, maddə 882).

23 dekabr 2005-ci il tarixli, 33-IIIQD nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 157-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 649-IIIQD nömrəli; 30 aprel 2013-cü il tarixli, 642-IVQD nömrəli; 20 iyun 2014-cü il tarixli, 984-IVQD nömrəli; 3 aprel 2015-ci il tarixli, 1245-IVQD nömrəli Qanunlara əsasən əlavələrlə.