Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

IV Fəsil. Korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması


Maddə 12. Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi 
12.1. Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq dövlət orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.
12.2. İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər.

Maddə 13. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi 
Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlət orqanları tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər.

Maddə 14. Qanunun qüvvəyə minməsi 
Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 13 yanvar 2004-cü il
№ 580-IIQ

«Azərbaycan» qəzetində dərc olunmuşdur (4 mart 2004-cü il, № 53).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2004-cü il, № 3, maddə 125).
1 aprel 2005-ci il tarixli, 875-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 982-IIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 420-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 510-IIIQD nömrəli; 30 aprel 2013-cü il tarixli, 641-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə.