Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

IV fəsil. Xüsusi rütbələrin verilmə qaydası


50. Daxili işlər orqanları əməkdaşlarının xüsusi rütbələrdə xidmət müddətləri aşağıdakı kimi müəyyən edilir:
polis kiçik serjantı, daxili xidmət kiçik serjantı və tibb xidməti kiçik serjantı—1 il; 
polis serjantı, daxili xidmət serjantı və tibb xidməti serjantı—2 il; 
polis baş serjantı, daxili xidmət baş serjantı və tibb xidməti baş serjantı rütbələrində xidmət müddətləri müəyyən edilmir; 
polis kiçik leytenantı, daxili xidmət kiçik leytenantı və tibb xidməti kiçik leytenantı—1 il; 
polis leytenantı, daxili xidmət leytenantı və tibb xidməti leytenantı—2 il; 
polis baş leytenantı, daxili xidmət baş leytenantı və tibb xidməti baş leytenantı—3 il; 
polis kapitanı, daxili xidmət kapitanı və tibb xidməti kapitanı—3 il; 
polis mayoru, daxili xidmət mayoru və tibb xidməti mayoru—4 il; 
polis polkovnik-leytenantı, daxili xidmət polkovnik-leytenantı və tibb xidməti polkovnik-leytenantı—5 il; 
polis polkovniki, daxili xidmət polkovniki və tibb xidməti polkovniki və daha yüksək xüsusi rütbələrdə xidmət müddəti müəyyən edilmir. 
51. Daxili işlər orqanları əməkdaşlarına xüsusi rütbələr fərdi şəkildə, ardıcıl qaydada, təhsili, olduqları rütbədə xidmət müddəti, tutduqları vəzifədə rütbə hədləri, həmçinin bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir.
52. Xüsusi rütbələr, verilmə ardıcıllığından asılı olaraq ilk və növbəti olur. Bu Əsasnamənin 60-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla xüsusi rütbələr vəzifə üzrə nəzərdə tutulan xüsusi rütbələrə müvafiq və əvvəlki rütbə üçün müəyyən edilən xidmət müddəti başa çatdıqda verilir.
53. Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr bu vəzifələrə təyin etmək səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən verilir.
Orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş ilk xüsusi rütbələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
54. Növbəti xüsusi rütbələrin verilməsi üçün bu Əsasnamədə nəzərdə tutulmayan digər şərtlərin müəyyən edilməsinə yol verilmir.
55. Sıravi və kiçik, orta, böyük rəis heyəti vəzifələrinin siyahısı və bu vəzifələrə uyğun xüsusi rütbələrin hədləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
56. Polis kiçik leytenantı, daxili xidmət kiçik leytenantı və tibb xidməti kiçik leytenantı ilk xüsusi rütbələr aşağıdakı şəxslərə verilir:
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları bitirmiş, eləcə də xüsusi təyinatlı və digər orta ixtisas təhsili müəssisələrini bitirib orta rəis heyəti vəzifələrinə təyin edilən sıravi və ya kiçik rəis heyəti vəzifəsində olan daxili işlər orqanları əməkdaşlarına.
57. Polis leytenantı, daxili xidmət leytenantı və tibb xidməti leytenantı xüsusi rütbələri aşağıdakı şəxslərə verilir:
1) xüsusi rütbədə xidmət müddətini bitirən polis kiçik leytenantına, daxili xidmət kiçik leytenantına və tibb xidməti kiçik leytenantına (ali təhsil müəssisələrini bitirənlərə isə həmin rütbənin müddətinin qurtarmasından asılı olmayaraq);
2) sıravi və kiçik rəis heyətinin xüsusi rütbələrini daşıyan Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının ali təhsil müəssisələrini bitirmiş və orta rəis heyəti vəzifələrinə təyin edilən daxili işlər orqanları əməkdaşlarına;
3) Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının ali və orta ixtisas təhsili müəssisələrinin və digər ali təhsil müəssisələrinin əyani şöbələrini bitirmiş şəxslərə;
4) orta və böyük rəis heyəti vəzifələrinə qəbul edilən ali təhsili olan şəxslərə.
58. Orta və böyük rəis heyəti vəzifələrinə uyğun növbəti xüsusi rütbələr aşağıdakı vəzifəli şəxslər tərəfindən verilir:
1) polis polkovnik-leytenantı, daxili xidmət polkovnik-leytenantı , tibb xidməti polkovnik-leytenantı xüsusi rütbələri də daxil olmaqla növbəti xüsusi rütbələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən;
2) polis polkovniki, daxili xidmət polkovniki və tibb xidməti polkovniki rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən.
59. Ali heyət üçün müəyyən edilmiş xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
60. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlar Azərbaycan Respublikasının daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə təyin olunduqdan sonra onlara mövcud hərbi rütbələrinə uyğun müvafiq xüsusi rütbələr verilir.
61. Ehtiyatda olan zabitlər, orta, böyük və ali rəis heyəti vəzifələrinə təyin olunduqda ilk xüsusi rütbə onlara hərbi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə bir pillə yüksək verilə bilər.
62. Daxili işlər orqanları əməkdaşlarına xidmətdə əldə olunmuş yüksək nəticələrə və xidməti vəzifələri nümunəvi yerinə yetirdiyinə görə, mükafat qaydasında, əvvəlki rütbədə xidmət müddəti qurtarmamış növbəti xüsusi rütbə, habelə tutduğu vəzifə üçün müəyyən edilən xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.
63. Vaxtından əvvəl, habelə tutduğu vəzifə üçün müəyyən edilən xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbələr, sıravi və kiçik rəis heyəti üçün bu Əsasnamənin 53-cü maddəsində göstərilən vəzifəli şəxslər, orta və böyük rəis heyəti üçün isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
64. Vaxtından əvvəl xüsusi rütbələr vəzifə ştatları ilə nəzərdə tutulan rütbələr həddində verilir.
65. Elmi dərəcəsi olan daxili işlər orqanları əməkdaşlarına vəzifələri üzrə nəzərdə tutulan rütbədən (ali rəis heyətinin xüsusi rütbələri istisna olmaqla) bir pillə yuxarı xüsusi rütbə verilə bilər. Xidməti zərurətlə əlaqədar daxili işlər orqanlarında orta və böyük rəis heyəti vəzifələrinə qəbul edilən elmi dərəcəli şəxslərə həmin rəis heyətinə mənsub xüsusi rütbə həddində xüsusi rütbə verilə bilər.
66. Növbəti xüsusi rütbənin vaxtından əvvəl və ya xüsusi rütbə həddindən bir pillə yuxarı verilməsinə xidmət müddətində bir dəfə yol verilə bilər.
67. Vaxtından əvvəl xüsusi rütbə, əməkdaşın daşıdığı xüsusi rütbə üçün müəyyən olunmuş müddətin 1 ili keçdikdən sonra verilə bilər.
68. Xüsusi rütbədə xidmət müddəti, həmin rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.
69. Sıravi və kiçik rəis heyəti rütbələrində olan daxili işlər orqanları əməkdaşları, orta və böyük rəis heyəti vəzifələrinə təyin olunduqda, mövcud rütbədə xidmət müddətindən asılı olmayaraq həmin rəis heyətinin ilk rütbəsinə təqdim edilirlər.
70. Daxili işlər orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən əməkdaşlar vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti yoxlama qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilmirlər.
71. Tabeliyində olan əməkdaşa növbəti xüsusi rütbənin verilməsini əsassız gecikdirən vəzifəli şəxs intizam məsuliyyəti daşıyır. Daxili işlər orqanları əməkdaşına növbəti xüsusi rütbənin verilməsi əsassız gecikdirildikdə onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.
72. Daxili işlər orqanları əməkdaşlarının xüsusi rütbələri intizam tənbehi qaydasında (sıravi və kiçik leytenant rütbələri istisna olmaqla) bir pillə aşağı salına bilər.