Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2008-cı ilin 1-ci rübü üzrə təhlil


2008-ci ilin yanvar-mart aylarında daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili.

2008-ci ilin 1-ci rübündə daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə respublikada 4827 (2007-ci ilin müvafiq dövrü ilə müqayisədə +713 və ya 17,3% ), o cümlədən daxili işlər orqanları tərəfindən 4638 (+647; 16,2% ) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 1750-i (37,7%) böyük ictimai təhlükə törətməyən, 2347-i (50,6%) az ağır, 541-i (11,7%) ağır  və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 1477 (2007-ci ilin 1-ci rübü ilə  müqayisədə +165 və ya 12,6%) şəxsiyyət əleyhinə, 1321 (+336; 34,1%) iqtisadi sahədə törədilən, onlardan 1300 (+337; 35%) mülkiyyət əleyhinə, 1673 (+148; 9,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 167 (-2; 1,2%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i az ağır, hər 6-si narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hər 7-su oğurluq cinayəti  olmuşdur.

Qeyd olunmalıdır ki, DİO tərəfindən  qeydiyyata alınmış cinayətlərin 90%, onlardan müvafiq olaraq  adam oğurluqları, hədə-qorxu ilə tələb etmə, rüşvət  və insan alveri cinayətlərinin 100%, ekoloji cinayətlərin 96,2%, qəsdən sağlamlığa az ağır zərər vurmaların 95,9%, dələduzluqların 93%, narkotik vasitələrlə bağlı cinayətlərin 92,6%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 92,5%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı 95,2%, qəsdən adam öldürmə cinayətlərinin 91,4%, xuliqanlıqların 90,6%, soyğunçuluqların 89,7%, zorlamaların (cəhdlərlə), seksual xarakterli zorakı hərəkətlərin, həmçinin mənimsəmə və israetmə cinayətlərinin 85,7%, qaçaqmalçılıqların 84,6%, avtonəqliyyat qaçırılmalarının  81,5% açılması təmin edilmişdir.

2008-ci ilin 1-ci rübündə cinayətkarlığın dinamikası qəsdən sağlamlığa  az ağır zərər vurma cinayətlərinin 20,3% (-13), zorlamaların 3,3 dəfə (-7), mal-qara oğurluğunun 2,3 dəfə  (-42), mənimsəmə və israf etmələrin 38,5% (-10), hədə-qorxu ilə tələb etmələrin 30,8% (-4), ekoloji cinayətlərin 5,5% (-3) azalması ilə xarakterizə olunmuş, banditizm və cinayətkar birlik yaratma, adamları girov götürmə cinayətləri  ümumiyyətlə qeydə alınmamışdır.

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinin sayı 13 (-3,9%; 318-331), o cümlədən ölümlə nəticələnən YNH 26 (-14,9%; 149-175) fakt azalmışdır. Yol-nəqliyyat hadisələrində 176 (-37; 17,4%) şəxs həlak olmuşdur.

Qəsdən adam öldürmə 2 (+5,1%; 41-39),  oğurluq 150 (+28,5%; 676-526),  o cümlədən mənzillərdən 68 (+49,6%; 205-137), dələduzluq  155 (+66,5%; 388-233); soyğunçuluq 36 (+90%; 76-40), quldurluq 27 (+81,8%; 60-33), xuliqanlıq 28 (+13,7%; 232-204) fakt artmışdır.

İnsan alveri, narkotiklərə qarşı mübarizə sahələrində fəaliyyətin gücləndiirilməsi və keçirilmiş  əməliyyat-axtarış tədbirləri nəticəsində hesabat dövründə aşkar edilmiş insan alveri ilə bağlı cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə (+75; 130-55), o cümlədən fahişəliyə cəlb etmə  və ya əxlaqsız yuvaları saxlama 2,1 dəfə (+52; 98-46), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 11,9% (+92; 862-770), o cümlədən satış və ya satış məqsədilə 27,2% (+71; 332-261) artmışdır.
2008-ci ilin yanvar-mart aylarında insan alveri ilə bağlı cinayətlərə görə 84 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 5,1 dəfə (+49; 61-12) artmış, həmin cinayətləri törədənlərin yarısını da (42; 50%) qadınlar təşkil etmişdir.

Daxili işlər orqanları tərəfindən hesabat dövründə  qanunsuz dövriyyədən 181  kiloqramdan artıq ( ötən ilin müvafiq dövrü ilə müqayisədə +2,5 dəfə çox) narkotik vasitə götürülmüş, 41,5 kq-a yaxın (+2,7 dəfə) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınmışdır.
                                   
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 400 nəfərdən 367-i (91,8%) əmək qabiliyyətli işləməyən və oxumayan, 101-i (25,3%) əvvəllər cinayət törətmiş şəxs, 7-i (1,8%) qadın, 1-i (0,3%) yetkinlik yaşına çatmayandır.

Daxili işlər orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində keçmiş illərdən bağlı qalmış 88, o cümlədən 7 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

2007-ci ilin 1-ci rübü ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 26,2% (+27; 130-103), qadınlar tərəfindən 18,1% (+71; 464-393), əcnəbilər tərəfindən törədilmiş cinayətlər 21% (+13; 75-62) artmış, əvvəllər cinayət etmiş şəxslər tərəfindən  törədilən cinayətlər 12,4% (-72; 510-582) azalmışdır.

Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 793-ü (35,7%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 101 nəfər (11,2%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 652 şəxsdən 285-nin (43,7%) yeri müəyyən edilmişdir.

2008-ci ilin yanvar-mart aylarında 2979 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 340-ı (11,4%) qadınlar, 95-i (3,2%) yetkinlik yaşına çatmayanlar, 2470-i (83%) işləməyən və oxumayan, 338-i (11,4%) əvvəllər məhkum edilmişlər olmuşdur.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi