Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2007-ci ilin yekun təhlili


2007-ci ildə daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.

İl ərzində respublikada 18667 (2006-cı illə müqayisədə -378 və ya 2,0% cinayət az), o cümlədən daxili işlər orqanları tərəfindən 18067 (-200 və ya 1,1% az) cinayət qeydə alınmışdır.


DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 8134 (45,02%) böyük ictimai təhlükə törətməyən, 7987 (44,21%) az ağır, 1946 (10,77%) ağır  və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 7133 (2006-cı illə müqayisədə +102 və ya 1,5% çox) şəxsiyyət əleyhinə, 6036 (+3 və ya 0,05%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 4158 (-297 və ya 6,7%) iqtisadi sahədə törədilən, onlardan 4050 (-289 və ya 6,7%) mülkiyyət əleyhinə, 736 (-12 və ya 1,6%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i az ağır və ya böyük ictimai təhlükə törətməyən, hər 8-si narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hər 9-su oğurluq, hər 11-si  yol-nəqliyyat hadisələri ilə bağlı olmuşdur.

Qeyd olunmalıdır ki, DİO tərəfindən  qeydiyyata alınmış cinayətlərin 92,2%, o cümlədən şəxsiyyət əleyhinə olan cinayətlərin 97,7%, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlərin 93,8%, onlardan müvafiq olaraq  qəsdən adam öldürmə cinayətlərinin 91,4%, adam öldürməyə cəhdlərin 93,1%, seksual xarakterli zorakı hərəkətlərin 92,0%, dələduzluqların 92,3%, mənimsəmə və israetmə cinayətlərinin 97,9%, hədə-qorxu ilə tələb etmələrin 98,3% , avtonəqliyyat qaçırılmalarının  90,6% , xuliqanlıqların 95,6%, narkotik vasitələrlə bağlı cinayətlərin 94,4%, ekoloji cinayətlərin 93,8%, yol hərəkəti və  nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 92,4%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı 94,8%, insan alveri ilə bağlı cinayətlərin 99,0% açılması təmin edilmişdir.

2007-ci ildə cinayətkarlığın dinamikası az ağır cinayətlərin 5,0% (-424 fakt; 2007-ci ildə-7987,  2006-cı ildə-8411), qəsdən adam öldürmənin 7,4%  (-14; 176-190), adam oğurluğunun 9,5% (-2; 19-21), oğurluğun 8,8% (-188; 1951-2139), o cümlədən mal-qara oğurluğunun 33,6% (-113; 223-336), soyğunçuluğun 8,4% (-20; 218-238), quldurluğun 11,3% (-18; 142-160), avtonəqliyyatın qaçırılmasının 14,5% (-17; 100-117), xuliqanlığın 6,7% (-88; 1232-1320), ekoloji cinayətlərin 13,1% (-19; 126-145) azalması ilə xarakterizə olunmuş, banditizm və cinayət birlik yaratma, adamları girov götürmə cinayətləri  ümumiyyətlə qeydə alınmamışdır.

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinin sayının ümumilikdə stabil qalmasına (+1; 1688-1687) baxmayaraq, ölümlə nəticələnən YNH 69 (+9,0%; 835-766) fakt artmışdır. Yol-nəqliyyat hadisələrində 1054 (+107; 11,3%) şəxs həlak olmuşdur.

Törədilmiş ağır və xüsusilə ağır cinayətlər 245 (+14,4%; 1946-1701), o cümlədən adam öldürməyə cəhd 16 (+20,8%; 93-77),  seksual xarakterli zorakılıq hərəkətləri 20 (+62,5%; 52-32), qaçaqmalçılıq 24 (+61,5%; 63-39) fakt artmışdır.

İnsan alveri, narkotiklərlə mübarizə sahələrində fəaliyyətin gücləndiirilməsi və keçirilmiş  əməliyyat-axtarış tədbirləri nəticəsində hesabat dövründə aşkar edilmiş insan alveri ilə bağlı cinayətlərin sayı ötən illə müqayisədə 34,1% (+72; 283-211), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4,9% (+111; 2364-2253), o cümlədən satış və ya satış məqsədilə 12,0% (+92; 860-768) artmışdır.

İl ərzində insan alveri ilə bağlı cinayətlərə görə 300 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 55,8% (+43; 120-77) artmış, həmin cinayətləri törədənlərin yarıdan çoxunu da (162; 54,0%) qadınlar təşkil etmişdir.

Daxili işlər orqanları tərəfindən hesabat dövründə  qanunsuz dövriyyədən 337 kiloqrama qədər (hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 537 kq) narkotik vasitə götürülmüş, 140 kiloqram (323 kq) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilərək yayılmasının qarşısı alınmışdır.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2049 nəfərdən 1892-i (92,3%) əmək qabiliyyətli işləməyən və oxumayan, 597-i (29,1%) əvvəllər cinayət törətmiş şəxslər, 71-i (3,5%) qadınlar, 4-ü (0,2%) yetkinlik yaşına çatmayanlardır.

Odlu silahdan istifadə etməklə törədilən ağır və xüsusilə ağır cinayətlərin sayı 17 (+35,4%; 65-48) fakt artmış, ictimai yerlərdə baş vermiş cinayətlər 7,3% (-110; 1389-1499) azalmışdır.
Qrup şəklində 165 (-8,5%; 1773-1938), o cümlədən mütəşəkkil dəstə tərəfindən törədilən cinayətlər  62 (-2,1dəfə; 55-117) fakt azalmışdır.

Daxili işlər orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində keçmiş illərdən bağlı qalmış 410, o cümlədən 65 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

2006-cı illə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 19,3% (+82; 508-426), qadınlar tərəfindən 8,7% (+181;2266-2085), əvvəllər cinayət etmiş şəxslər tərəfindən 33,0% (+563; 2271-1708), əcnəbilər tərəfindən törədilmiş cinayətlər 20,3% (+48; 285-237) artmış, sonunculara qarşı törədilən cinayətlərin sayı  isə 9,6%  (-13; 123-136) azalmışdır.

Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 3752-i (72,1%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan şəxslərin 359-u (30,8%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 1484 nəfərdən 1122-nın (75,6%) yeri müəyyən edilmişdir.

2007-ci ildə 13299 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 1803-ü     (13,6%) qadınlar, 357-si (2,7%) yetkinlik yaşına çatmayanlar, 11127-i (83,7%) işləməyən və oxumayan, 1490-ı (11,2%) əvvəllər məhkum edilmişlər olmuşdur.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi