Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2007-cı ilin 9 ayı üzrə təhlil


2007-ci ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili.

Son illərdə olduğu kimi 2007-ci ilin 9 ayı ərzində də daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.

2007-ci ilin yanvar-sentyabr aylarında respublikada 14130 (ötən ilin müvafiq dövrü ilə müqayisədə -1  cinayət az), o cümlədən daxili işlər orqanları tərəfindən 13690 (+116 və ya 0,9% çox) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 6156 (44,97%) böyük ictimai təhlükə törətməyən, 6068 (44,32%) az ağır, 1466 (10,71%) ağır  və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 5438 (2006-cı ilin müvafiq dövrü ilə müqayisədə +297 və ya 5,8% çox) şəxsiyyət əleyhinə, 4637 (+53 və ya 1,2%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 3050 (-245 və ya 7,4%) iqtisadi sahədə törədilən, onlardan 2970 (-238 və ya 7,4%) mülkiyyət əleyhinə, 563 (+9 və ya 1,6%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i az ağır və ya böyük ictimai təhlükə törətməyən, hər 7-si narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hər 9-su oğurluq, hər 12-si  yol-nəqliyyat hadisələri ilə bağlı olmuşdur.

Qeyd olunmalıdır ki, daxili işlər orqanları tərəfindən  uçota alınmış cinayətlərin 92,5%, o cümlədən şəxsiyyət əleyhinə olan cinayətlərin 97,3%, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlərin 94,4%, onlardan narkotik vasitələrlə bağlı cinayətlərin 95,3%, xuliqanlıqların 95,8%, insan alveri ilə bağlı cinayətlərin 98,2%, yol hərəkəti və  nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 92,5%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı 94,4%, ekoloji cinayətlərin 93,6%, hədə-qorxu ilə tələb etmə cinayətlərinin hamısının açılması təmin edilmişdir.

2007-ci ilin 9 ayı ərzində cinayətkarlığın dinamikası qəsdən adam öldürmənin 10,7 % (-16 fakt; 2007-ci ildə- 133, 2006-cı ildə- 149), oğurluğun 0,4% (-6; 1505-1511), o cümlədən mənzillərdən oğurluqların 4,0% (-19; 452-471), mal-qara oğurluqlarının 32,7% (-84; 173-257), dələduzluğun 14,7% (-140; 812-952), mənimsəmə və  israf etmənin 11,3% (-8; 63-71), soyğunçuluğun 23,1% (-43; 143-186), quldurluğun 5,2%   (-6; 110-116), avtonəqliyyatın qaçırılmasının 17,3% (-14; 67-81), ekoloji cinayətlərin 10,8%  (-13; 107-120), xuliqanlığın 6,0% (-59; 922-981) azalması ilə xarakterizə olunmuş, banditizm və cinayət birlik yaratma, adamları girov götürmə cinayətləri  ümumiyyətlə qeydə alınmamışdır.

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətləri ümumilikdə 23 (-2,0%; 1153-1176) fakt azalmasına baxmayaraq, ölümlə nəticələnən YNH 30 (+5,4%; 588-558) fakt artmışdır. Yol-nəqliyyat hadisələri nəticəsində 734 şəxs həlak olmuşdur.

Törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma 11 (+6,0%; 194-183), zorlama(cəhdlərlə) 5 (+23,8%; 26-21), seksual xarakterli zorakılıq hərəkətləri 14 (+63,6%; 36-22), hədə-qorxu ilə tələb etmə 25 (+2 d.;  50-25), qaçaqmalçılıq 20 (+69,0%;  49-29) fakt artmışdır.

İnsan alveri, narkotiklərlə mübarizə sahələrində fəaliyyətin gücləndiirilməsi və keçirilmiş  əməliyyat-axtarış tədbirləri nəticəsində hesabat dövründə aşkar edilmiş insan alveri ilə bağlı cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,4% (+84; 223-139), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 6,7% (+124; 1983-1859), o cümlədən satış və ya satış məqsədilə 11,4% (+72; 703-631) artmışdır.

Hesabat dövründə insan alveri ilə bağlı cinayətlərə görə 223 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 78,4% (+40; 91-51) artmış, həmin cinayətləri törədənlərin yarıya qədərini (108; 48,4%) qadınlar təşkil etmişdir.

2007-ci ilin 9 ayı ərzində qanunsuz dövriyyədən 389 kiloqrama qədər narkotik vasitə götürülmüş, 227 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilərək yayılmasının qarşısı alınmışdır.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1659 nəfərdən 1534-ü (92,5%) əmək qabiliyyətli işləməyən və oxumayan, 468-i (28,2%) əvvəllər cinayət törətmiş şəxslər, 59-u (3,6%) qadınlar, 3-ü (0,18%) yetkinlik yaşına çatmayanlardır.

Odlu silahdan istifadə etməklə törədilən ağır və xüsusilə ağır cinayətlərin sayı 7,5% (+3; 43-40) artmışdır. Küçə və parklarda törədilmiş cinayətlər 3,7% (+17; 475-458) artsmasına baxmayaraq, ümumilikdə ictimai yerlərdə baş vermiş cinayətlər 2,2% (-24; 1044-1068) azalmışdır.

Qrup şəklində törədilən cinayətlər 8,1%(-117; 1322-1439), o cümlədən mütəşəkkil dəstə tərəfindən törədilənlər 40,0% (-36; 54-90) azalmışdır.

Cari ildə daxili işlər orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində keçmiş illərdən bağlı qalmış 334, o cümlədən 49 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

2006-cı ilin müvafiq dövrü ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 30,3% (+90; 387-297), qadınlar tərəfindən 10,4% (+161; 1713-1552), əvvəllər cinayət etmiş şəxslər tərəfindən 33,1% (+429; 1725-1296), əcnəbilər tərəfindən törədilmiş cinayətlər 41,3% (+85; 291-206) artmış, sonunculara qarşı törədilən cinayətlərin sayı 29,9% (-32; 75-107) azalmışdır.

Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 2980-i (64,8%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan şəxslərin 282-i (25,0%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 1304 nəfərdən 932-nın (71,5%) yeri müəyyən edilmişdir.

2007-ci ilin 9 ayı ərzində 10198 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 1346-si (13,2 %) qadınlar, 277-si (2,7%) yetkinlik yaşına çatmayanlar, 8472-i (83,1%) işləməyən və oxumayan, 1112-i (10,9%) əvvəllər məhkum edilmişlər olmuşdur.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi