Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2006-cı ilin 9 ayı üzrə təhlil


2006-cı ilin 9 ayında daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

2006-cı ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən insanların həyat və sağlamlığının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, ölkədə sabitliyin, hüquq qaydalarının və ictimai təhlükəsizliyin təminində üzərlərinə düşən vəzifələr uğurla yerinə yetirilmiş, kriminogen durum daim nəzarətdə saxlanılmışdır.

2006-cı ilin yanvar-sentyabr aylarında  14131 (ötən ilin müvafiq dövrü ilə müqayisədə +1001 və ya 7,6% çox), o cümlədən daxili işlər orqanları tərəfindən 13574 (+1008 və ya 8,0%) cinayət qeydə alınmışdır.

Daxili İşlər Nazirliyi üzrə qeydə alınmış cinayətlərin 6071 (44,7%) böyük ictimai təhlükə törətməyən, 6209 (45,7%) az ağır, 1294 (9,5%) ağır  və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış jinayətlərin strukturunda 5141(2005-ci ilin müvafiq dövrü ilə müqayisədə +211 və ya 4,3% çox) şəxsiyyət əleyhinə,  4584 (+438 və ya 10,6%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 3295  (+353 və ya 12,0%) iqtisadi sahədə törədilən, 554 isə (+9 və ya 1,7%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i  az ağır və ya böyük ictimai təhlükə törətməyən,  hər 7-si narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hər   9-su oğurluq,  hər 12-si isə YNH ilə bağlı olmuşdur.

Qeyd olunmalıdır ki, daxili işlər orqanları tərəfindən  uçota alınmış cinayətlərin 93,5%, o cümlədən şəxsiyyət əleyhinə olan cinayətlərin 98,4%, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlərin 94,6 %, onlardan qəsdən adam öldürmələrin 93,4%,  insan alveri ilə bağlı cinayətlərin 96,3%, narkotik vasitələrlə bağlı cinayətlərin 96,4%, xuliqanlıqların 94,7%, hədə-qorxu ilə tələbetmə cinayətlərinin 92,3 %,  adam oğurluğu, banditizm, zorlama,seksual xarakterli zorakı hərəkətlərlə bağlı cinayətlərin isə əksəriyyətinin açılması təmin edilmişdir.

2006-cı ilin 9 ayı ərzində cinayətkarlığın dinamikası keçən ilin analoji  dövrü ilə müqayisədə qəsdən adam öldürmənin (cəhdlərlə) 5,0% (-11 fakt; 2006-ci ildə- 211, 2005-ci ilin    9 ayında-222), adam oğurluğunun 27,8% (-5; 13-18), zorlamanın 12,5% (-3; 21-24), seksual xarakterli zorakılıq hərəkətlərinin 37,1% (-13; 22-35), oğurluğun 3,5% (-54; 1511-1565), o cümlədən mənzillərdən oğurluqların 11,3% (-60; 471-531), avtonəqliyyatın qaçırılmasının 17,3%(-17; 81-98), qaçaqmalçılığın 29,3% (-12; 29-41), fahişəliyə cəlb etmə və ya əxlaqsız yuvaları saxlama cinayətilərinn 8,8% (-11; 114-125), quldurluğun 8,7%(-11; 116-127), mənimsəmə və israfetmə cinayətlərinin 21,1% (-19; 71-90) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti  hesabat dövründə qeydə alınmamışdır.

Törədilmiş soyğunçuluq 37 (+24,8%; 186-149),  dələduzluq 279 (+41,5%; 952-673), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 117 (+6,7%; 1859-1742), o cümlədən satış və ya satışı  məqsədilə 40 (+6,8%; 631-591), yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətləri 216 (+22,5%; 1176-960), o cümlədən  ölümlə nəticələnən YNH 83 (+17,5%; 558-475) fakt artmışdır.

Cari ilin  yanvar-sentyabr aylarında insan alveri ilə bağlı 139 fakt aşkar olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 fakt (4,5%) çoxdur. Qadınlara qarşı törədilənlən belə cinayətlərin sayı  3,9 dəfə (+38; 51-13) artmış və onları törədənlərin də yarısından çoxunu (54,4%) qadınlar təşkil etmişdir.
Hesabat dövründə qanunsuz dövriyyədən 203,558 kq narkotik vasitə götürülmüş,      31,832 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınmışdır. Narkotiklərin satışı ilə bağlı 631 fakt aşkar edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40 fakt (+6,8%) çoxdur.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1859 nəfərdən  1365 (73,4%) əmək qabiliyyətli işləməyən və oxumayan, 507 (27,3%) əvvəllər cinayət törətmiş şəxslər, 56 (3,0%) qadınlar, 6 (0,3%) yetkinlik yaşına çatmayandır.

Cari ilin 9 ayında daxili işlər orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində keçmiş illərdən bağlı qalmış 232, o cümlədən  43 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

Ötən ilin analoji dövrü ilə müqayisədə əvvəllər cinayət etmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı  5,3 % (-73; 1304-1377),  xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər tərəfindən törədilmiş cinayətlər isə 26,9 % (-59; 160-219) azalmışdır.

2006-cı ilin yanvar-sentyabr aylarında axtarışda olan təqsirləndirilən şəxslərin 3396 (69,0%)  nəfəri, o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 318 (33,7%) şəxs tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 1237 nəfərdən  843-nün (68,1%)  yeri müəyyən edilmişdir.

Müxtəlif cinayətlər törətdiklərinə görə  müəyyən olunmuş 13178 şəxsdən 8700 nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 959 (11,0%) qadınlar, 254 (2,9%) yetkinlik yaşına çatmayanlar, 7644 (87,9%) işləməyən və oxumayan, 1039 (11,9%) isə əvvəllər məhkum edilmişlər olmuşdur.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi