Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2006-cı ilin 1-ci rübü üzrə təhlil


2006-cı ilin 1-ci rübündə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

2006-cı ilin 1-ci rübündə daxili işlər orqanları tərəfindən insanların həyatının, sağlamlığının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, ölkədə sabitliyin və əmin-amanlığın, hüquq qaydalarının və ictimai təhlükəsizliyin təminində üzərlərinə düşən vəzifələr uğurla yerinə yetirilmiş, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmışdır.

2006-cı ilin yanvar-mart aylarında  4117 (ötən ilin müvafiq dövrü ilə müqayisədə +247 və ya 6,4 % çox), o cümlədən DİN üzrə 3925 (+222 və ya 6,0 %) cinayət qeydə alınmışdır.

Daxili İşlər Nazirliyi üzrə qeydə alınmış cinayətlərin 1539 (39,2 %) böyük ictimai təhlükə törətməyən, 1994 (50,8 %)  az ağır, 392 ( 10,0 %) ağır  və xüsusilə ağır cinayətlər olmuşdur. Onlardan 1252 (2005-ci ilin müvafiq dövrü ilə müqayisədə +84 və ya 7,2 % çox) şəxsiyyət əleyhinə,  1487  (+97 və ya 7,0 %) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1028 (+87 və ya 9,2 %) iqtisadi sahədə törədilən, 158 isə (-71 və ya -21,4 %) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i  az ağır ,  hər 5 cinayət hadisəsindən 1-i narkotik vasitələrlə bağlı, hər 8 cinayətdən 1-i oğurluq, hər 12 cinayətdən 1-i isə YNH ilə bağlı cinayətdir.

Uçota alınmış cinayətlərin 87,3%, o cümlədən narkotik vasitələrlə bağlı cinayətlərin 92,7%, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, qaçaqmalçılıq və rüşvət  cinayətlərinin hamısının açılması təmin edilmişdir.

Qeyd etmək lazımdır ki, 2006-cı ildən "Azərbaycan Respublikasında cinayətlərin vahid uçotunun aparılması qaydaları haqqında" yeni Təlimatın qəbul edilməsi ilə əlaqədar açılma kriteriyaları dəyişdirilmiş və cinayət yalnız məhkəməyədək icraat tamamlandığı halda açıq hesab edilir.

2006-cı ilin 1-ci rübündə cinayətkarlığın dinamikası keçən ilin analoji  dövrü ilə müqayisədə oğurluğun 64 (-11,6%, 2006-ci ildə 489-2005-ci ilin 1-ci rübündə 553), xuliqanlığın 17 (-7,3%, 216-233), qəsdən sağlamlığa az ağır zərər vurmanın 13 (-20,6 %, 50-63), mənimsəmə və israfetmənin 10 (-34,5 %, 19-29), quldurluğun (-9,3 %, 39-43), avtonəqliyyatın qaçırılmasının (-16,0 %, 21-25) və qaçaqmalçılığın (-40,0 %, 6-10) hər birinin   4 fakt  azalması ilə xarakterizə olunmuşdur.  Törədilmiş adam öldürmə 15 (+40,5 %,   52-37), qəsdən sağlamlığa yüngül zərər vurma və döymə  cinayətləri 78 ( +8,7 % , 965-887), dələduzluq 112(+61,5 % , 294-182), soyğunçuluq 29 (64,4 % ,  74-45),  narkotik vasitələrlə bağlı 28(+3,9 % , 742-714), o cümlədən satış və ya satışı  məqsədilə 16(+6,5 % , 262-246), yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətləri 69 (+26,6 %, 328-259), o cümlədən  ölümlə nəticələnən YNH 43 (+32,8 %, 174-131) fakt artmışdır.

Ötən dövrdə insan alveri ilə bağlı 37 (2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 % az) fakt aşkar olunmuşdur. Odlu silahla törədilən cinayətlər 60 % (+9, 24-15) , ictimai yerlərdə, o cümlədən küçə və parklarda baş vermiş cinayətlər müvafiq olaraq 14,0 % (+30, 245-215) və 37,5 % (+33, 121-88) artmışdır.

Hesabat dövründə qanunsuz dövriyyədən 40,02 kq narkotik vasitə götürülmüşdür. Narkotiklərin satışı ilə bağlı 262 fakt aşkar edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 fakt (+6,5 %) çoxdur.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 405 nəfərdən  392 əmək qabiliyyətli işləməyən və oxumayan, 130 əvvəllər cinayət törətmiş şəxslər, 12-si isə qadınlardır. Keçmiş illərdən bağlı qalmış 162 cinayətin açılması təmin edilmişdir.

Əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin sayı  37,8 % , qrup şəklində törədilmiş cinayətlər 16,0 % , xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər tərəfindən törədilmiş cinayətlər 43,7 % azalmış , onlara qarşı törədilən cinayətlərin sayı  sabit qalmışdır.

2006-cı ilin yanvar-mart aylarında axtarışda olan təqsirləndirilən şəxslərin 1095   (39,6 %)  nəfəri , o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 110  (14,1 %) şəxs tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 684 nəfərdən  299-nun (43,7 % ) yeri müəyyən edilmişdir.
Müxtəlif cinayətlər törətdiklərinə görə  müəyyən edilmiş 3917 şəxsdən 2867 nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 322 ( 11,2 %) qadınlar, 91 (3,2%) yetkinlik yaşına çatmayanlar, 2464 (85,9%) işləməyən və oxumayan, 287 (10,0 %) isə əvvəllər məhkum edilmişlər olmuşdur.

Cinayət nəticəsində 1862 şəxs zərər çəkmiş, onlardan 798 qadın, 39 yetkinlik yaşına çatmayan, o cümlədən cinayət nəticəsində həlak olmuş 318 şəxsdən 73 qadın, 15 yetkinlik yaşına çatmayanlar olmuşdur.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi