Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Ələkbərov Fazil Nəriman oğlu


 Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general-mayor Ələkbərov Fazil Nəriman oğlu

1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Arbatan kəndində anadan olmuşdur. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1990-1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 
1992-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ayrı-ayrı struktur qurumlarında müxtəlif vəzifələrdə işləmişdir.

2010-2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 2015-2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2017-ci 25 avqust tarixli 80-VFR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 343 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi, 2016-cı il 3 fevral tarixli 1765 nömrəli Sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilmişdir. 

Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ictimai asayişin təmin olunmasında, miqrasiya orqanlarında qulluqda, milli təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 364 nömrəli Sərəncamı ilə «Vətən Uğrunda» medalı, 2015-ci il 18 mart tarixli 1119 nömrəli Sərəncamı ilə «Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə» medalı, 2017-ci il 27 mart tarixli 2765 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunmuşdur.
Ailəlidir. Üç övladı var.