Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2017-ci ilin 1-ci yarımili üzrə təhlil


2017-ci ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil


Azərbaycan Respublikasında uğurla davam etdirilən strateji inkişaf kursunun və hərtərəfli islahatların məntiqi nəticəsi olaraq ölkədə dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai asayiş və sabitlik 2017-ci ilin birinci yarısında da etibarlı qorunmuşdur. Vətəndaşların və dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən müdafiəsi sahəsində digər hüquq mühafizə orqanları ilə birgə həyata keçirilən tədbirlərlə respublikada əməliyyat şəraitinə nəzarət bütövlükdə təmin edilmişdir. 
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13182 (2016-cı ilin müvafiq dövrü ilə müqayisədə -1069 və ya 7,5%) cinayət qeydə alınmışdır. Onların 94,6 %-i və ya 12470-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuşdur. Bu cinayətlərin 85,6 faizini böyük ictimai təhlükə törətməyən (3852) və az ağır (6825), yalnız 14,4%-ni (1793) ağır və  xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Qeydə alınmış cinayətlərin strukturunda 2341-i (2016-cı ilin 1-ci yarımilliyi ilə müqayisədə 1 fakt çox) şəxsiyyət əleyhinə, 6518-i (753; 10,4%) iqtisadi sahədə törədilən, onlardan 6447-i (737; 10,3%) mülkiyyət əleyhinə, 3299-u (142; 4,1%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə,  311-i (54; 14,8%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Cinayətlərin açılması da yüksək olmaqla 85,7% təşkil etmişdir. Əvvəlki illərdə olduğu kimi əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpasına  xidmət etmişdir. 
Uğurlu tədbirlərin nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşmaqla (+4,4%) 79,3 faizə yüksəlmişdir. 
Həyata keçirilən profilaktik tədbirlərlə şəxsyiyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürməyə cəhdlər  2,1d.(27, 51- 24), qəsdən adam öldürmə 12,1% (11, 91-80) azalmışdır.
Analoji tendensiya ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərdən, xuliqanlıqların 17,7% (86,485-399), narkotik vasitələrlə bağlı cinayətlərin sayında -4% (67, 1675-1608) azalma müşahidə olunur. 
Mülkiyyət əleyhinə cinayətlərdən dələduzluq 287 (11,8%; 2427-2140), oğurluq 307 (7,3%; 4181-3874), soyğunçuluq 42 (25%; 168-126), quldurluq ilə bağlı cinayətlər 27 (27,6%; 98-71) fakt azalmışdır.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər məqsədyönlü olmuşdur. 
           
Narkotiklərlə əlaqədar 1608 cinayət, o cümlədən satışı ilə bağlı 435 fakt müəyyən edilmiş, 82 nəfərdən ibarət 34 cinayətkar qrup zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 603 kiloqramdan çox narkotik vasitə çıxarılmışdır. 
Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1302 nəfərdən 1167-i (89,6%) əmək qabiliyyətli işləməyən və oxumayan, 513-ü (39,4%) əvvəllər cinayət törətmiş şəxs, 20-i (1,5%) qadınlardır.
İnsan alverinə qarşı ardıcıl şəkildə həyata keçirilən əməliyyat tədbirləri ilə 105 cinayət müəyyən olunmuşdur. Həmin faktlar əsasında başlanmış cinayət işləri üzrə 15 nəfər məhkəmə məsuliyyətinə verilmiş və bu əməllərin qurbanı olmuş 53 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.  
Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 288, o cümlədən 61 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılaraq məhkəmədən,istintaqdan və təhqiqat orqanlarından yayınan 1607,o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 346 təqsirləndirilən şəxs tutulmuşdur.İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarış verilmiş 51 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 30(+4) şəxsin yeri müəyyən olunmuşdur. Bütövlükdə, axtarış işinin nəticələri 55 % (1,3%) təşkil etmişdir.
Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə ağır və xüsusilə ağır cinayətlər törətmiş 386, nəfərdən ibarət  138 qrup və mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Qanunsuz olaraq odlu silah saxlama və daşıma ilə bağlı 70 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur. 
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 6667,o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1206 şəxs məhkəmə məsuliyyətinə cəlb edilmişdir.
  
                      Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi