Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyətində olan DİN-in vəzifəli şəxslərinin siyahısı


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 2017-ci il 13 iyun tarixli
Q29-001-17 nömrəli qərarı ilə təsdiq edilmişdir
 
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan Azərbaycan Respublikası 
Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin 

S İ Y A H I S I

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra – Nazirlik) aşağıda göstərilən vəzifəli şəxsləri tərəfindən tərtib edilir:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 158.1, 158.2, 159-161, 165, 180, 181.0.2, 181.0.3, 206-208, 227-1, 290.3 (səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 368, 443.1, 456, 525, 534, 590.2 və 592-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə: 
1.1. daxili işlər naziri, onun müavinləri;
1.2. Nazirliyin Baş Cinayət Axtarışı, Baş İstintaq və Təhqiqat, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş Narkotiklərlə Mübarizə, Baş İctimai Təhlükəsizlik, Baş Pasport, Qeydiyyat və Miqrasiya, Nəqliyyatda Baş Polis idarələrinin və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisləri, onların müavinləri;
1.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin, Cinayət Axtarışı, Pasport, Qeydiyyat və Miqrasiya, Narkotiklərlə Mübarizə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, İstintaq və Təhqiqat, İnsan Alverinə qarşı Mübarizə şöbələrinin rəisləri, onların müavinləri; 
1.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri;
1.5. şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin baş təhqiqatçıları, təhqiqatçıları, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorları.

2. Məcəllənin 327.8, 332.4-332.7, 333.2-333.5, 334.2-334.5, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 342.8, 342.9, 343.2, 343.3, 343.5-343.7, 349, 351, 353.5, 511 və 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
2.1. daxili işlər naziri, onun müavinləri;
2.2. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri;
2.3. Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi;
2.4. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi;
2.5. ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri;
2.6. dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və  onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri;
2.7. ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları; yol patrul xidməti baş inspektorları və inspektorları;
2.8. alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları.

3. Məcəllənin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
3.1. daxili işlər naziri, onun müavinləri;
3.2. Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, onun müavinləri, İcazə sistemi bölməsinin rəisi, onun müavini, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və baş inspektorları; 
3.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi.

4. Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
4.1. daxili işlər naziri, onun müavinləri;
4.2. Nazirliyin Baş Cinayət Axtarışı, Baş İstintaq və Təhqiqat, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş Narkotiklərlə Mübarizə, Baş İctimai Təhlükəsizlik, Baş Pasport, Qeydiyyat və Miqrasiya, Nəqliyyatda Baş Polis idarələrinin və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisləri, onların müavinləri;
4.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri;
4.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri.

5. Məcəllənin 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
5.1. daxili işlər naziri, onun müavinləri;
5.2. Nazirliyin Baş Cinayət Axtarışı, Baş İstintaq və Təhqiqat, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş Narkotiklərlə Mübarizə, Baş İctimai Təhlükəsizlik, Baş Pasport, Qeydiyyat və Miqrasiya, Nəqliyyatda Baş Polis idarələrinin və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisləri, onların müavinləri;
5.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri;
5.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri.

6. Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
6.1. daxili işlər naziri, onun müavinləri;
6.2. Nazirliyin Baş Cinayət Axtarışı, Baş İstintaq və Təhqiqat, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş Narkotiklərlə Mübarizə,  Baş İctimai Təhlükəsizlik, Baş Pasport, Qeydiyyat və Miqrasiya, Nəqliyyatda Baş Polis idarələrinin və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisləri, onların müavinləri;
6.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin, Cinayət Axtarışı, Pasport, Qeydiyyat və Miqrasiya, Narkotiklərlə Mübarizə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, İstintaq və Təhqiqat, İnsan Alverinə qarşı Mübarizə şöbələrinin rəisləri, onların müavinləri; 
6.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri;
6.5. şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin baş təhqiqatçıları, təhqiqatçıları, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorları.
6.6. Daxili Qoşunların hərbi hissələrinin komandirləri.

7. Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
7.1. daxili işlər naziri, onun müavinləri;
7.2. Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, onun müavinləri, İcazə sistemi bölməsinin rəisi, onun müavini, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları, baş inspektorları və inspektorları;
7.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi.