Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2016-cı il ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə keçirilmiş tədbirlər haqqında məlumat



2016-cı il ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə təlim-tərbiyə ocaqlarında 70 minə yaxın məktəblinin cəlb edildiyi 1800 görüş, müzakirə və yığıncaqlar keçirilmiş, “uşaq zorakılığı”, “uşaq alveri”, “uşaq əməyinin istismarı”, “narkotiklərin zərərli nəticələri, hüquqi anlayışı və ümumbəşəri mübarizə üsulları” və s. mövzularda çıxış və məruzələr edilmiş, uşaqları maraqlandıran suallar cavablandırılmışdır. 

Eyni zamanda, Bakı Sumqayıt, Abşeron və Gəncə şəhərinin orta ümumitəhsil məktəblərində “Yetkinlik yaşına çatmayanlar və gənclər arasında radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində polisin rolu”, ”Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması”, ”Yetkinlik yaşına çatmayanların cinayətə meyililiklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının, habelə onlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınmasında  daxili işlər orqanlarının rolu”, “Yol hərəkəti qaydaları haqqında nə bilirik” mövzularında çıxışlar olmuşdur. 

Dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində aparılan maarifləndirmə işləri davam etdirilmiş, İctimai Şura üzvləri ilə birgə Bakı şəhərində, eləcə də respublikanın Gəncə, Sumqayıt, Şəki, Abşeron, Ağcabədi, Lənkəran, Xaçmaz, Şirvan, Şamaxı, Yevlax şəhər, rayonlarında dövlət orqanlarının və 3000-dən çox ictimaiyyətin nümayəndələrinin iştirakı ilə zonalar üzrə konfranslar keçirilmişdir.
Konfranslarda “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm”, “Dini radikalizmlə mübarizədə ənənəvi İslamdan istifadə imkanları”, “Radikal dini cərəyanlar və onların təzahür formaları” və s. mövzularda məruzələr və çıxışlar edilmişdir.