Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı, 25-dən yuxarı olamayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxınları məhkum olunmamış, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin noyabr ayının 23-dən dekabr ayının 10-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhər Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinə (Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi, Kənar dairəvi yolun kəsişməsi) müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
  • şəxsiyyət vəsiqəsi;
  • təhsil haqqında sənədin əsli;
  • hərbi bilet (kişilər üçün);
  • əmək kitabçası (olanlar üçün);
  • sürücülük vəsiqəsi;
  • kompüterlə işləmək bacarığını təsdiq edən müvafiq sənəd (sertifikat və s.)
Əlavə məlumat almaq üçün əlaqə telefonları: 012-590-21-65; 012-590-21-66

Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi