Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2016-ci ilin yekun təhlil


2016-cı ildə cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair  təhlil
                                                                 
2016-cı il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla icra olunmuş, vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunaraq kriminogen durum nəzarətdə saxlanılmışdır. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləyən Azərbaycan Respublikası əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına (271) görə keçən ildə MDB və Şərqi Avropa məkanında öncül mövqedə olmuşdur.
 
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyatini həyata keçirən bütün dövlət orqanları üzrə 26611 (2015-ci il ilə müqayisədə -305 və ya -1,1%),  cinayət qeydə alınmışdır. Onların 94%-ni və ya 24979-nu daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etmişdir. 
Daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin 14017-i (56,1%) az ağır, 7314-ü (29,3%) böyük ictimai təhlükə törətməyən, 3648-i (14,6%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 4586-ı (2015-ci il ilə müqayisədə -45 və ya -1%) şəxsiyyət əleyhinə, 12798-i (+1439; +12,7%) iqtisadi sahədə törədilən, onlardan 12642-i (+1448; +12,9%) mülkiyyət əleyhinə, 6835-i (+32;+0,5%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə,  726-ı (-25; -3,3%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Cinayətlərin açılması  da yüksək olmaqla 83,2% təşkil etmişdir. Onlardan ağır və xüsusilə ağır növlərinin açılması 80%, o cümlədən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 97,4%  (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 97,8%), insan alveri ilə bağlı cinayətlərin 95,9%, hədə-qorxu ilə tələb etmələrin 94,5%, qəsdən adam öldürmələrin 94,4%, narkotik vasitələrlə bağlı cinayətlərin 89,9%, qəsdən sağlamlığa ağır zərər vurmaların 89%,  xuliqanlıqların 88,3%,  zorlamaların 87,5%, quldurluqların açılması 80,9% təşkil etmişdir.  

2016-cı il ərzində cinayətkarlığın dinamikası qəsdən adam öldürmə  cinayətlərinin 11,8% (-24; 179-203), adam öldürməyə cəhdlərin 17,5% (-14; 66-80), quldurluqların 21,8% (-46; 165-211), soyğunçuluqların 3,8% (-13; 325-338), yol hərəkəti və nəqliyyat vasitələrin istismar qaydalarını pozmaların 3,6% (-63), o cümlədən ölümlə nəticələnən YNH-nin 11,4% (-67),  xuliqanlıq cinayətlərinin 12,5% (-139; 973-1112) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti qeydə alınmamışdır.   

Az ağır cinayətlər 1429 fakt (+11,4%; 14017-12588), dələduzluqlar 710 (+19,4%; 4370-3660), oğurluqlar 855 (+13,5%; 7192-6337), o cümlədən mənzillərdən oğurluq cinayətləri  333 fakt (+15,4%, 2498-2165)  artmışdır.
Narkotiklərlə əlaqədar 3243 cinayət, o cümlədən satışı ilə bağlı 810 fakt aşkarlanmış, 70 cinayətkar qrup zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 934 kiloqram narkotik vasitə çıxarılmış, 146 kq-dan artıq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. 
Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2484 nəfərdən 2242-i (90,3%) əmək qabiliyyətli işləməyən və oxumayan, 902-i (36,3%) əvvəllər cinayət törətmiş şəxs, 26-ı (1%) qadınlardır.

İnsan alveri ilə bağlı cinayətlərə görə 162 şəxs müəyyən edilmişdir. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 9,1% (+17; 204-187) artmış, həmin cinayətləri törədənlərin 54,9%-i (89) qadınlar olmuşdur. Bu cinayət növünə qarşı mübarizə sistemli və ardıcıl olmuşdur. Ötən il ilə müqayisədə 6 faiz azalma müşaidə olunmuşdur (-20), yaxud 314 insan alveri ilə bağlı cinayət müəyyən edilmişdir. Həmin əməllərin qurbanı olmuş 70 (+7) şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunmuşdur.

Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 323, o cümlədən 56 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir. “İsti izlərlə” 1268 cinayət açılmışdır.
Cinayətlərdə təqsirləndirilən və şübhəli bilinən şəxslərin axtarışının nəticələri 2,4 faiz (71,5%) yaxşılaşaraq istintaq və məhkəmə orqanlarından yayınan 3018 nəfər şəxs tutulmuşdur. 
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarış verilmiş 75 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 37 şəxsin yeri müəyyən olunmuşdur. 

Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 2755 cinayət törətmiş 1032 (+109) cinayətkar qrup zərərsizləşdirilmişdir. 
Hüquqa zidd əməl törətmiş 16676 şəxsdən 13911 nəfər məsuliyyətə cəlb edilmiş, onlardan 10816 (77,8%) işləməyən və oxumayan, 2545 (18,3%) əvvəllər məhkum edilmiş, 810 (5,8%) qadın, 397 (2,9%) yetkinlik yaşına çatmayanlar olmuşdur. 

                                           Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi