Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Ümumvətəndaş pasportu əldə etmək üçün daha bir ünvan


Əhaliyə ümumvətəndaş pasportlarının verilməsi işinin səmərəliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. 
Artıq vətəndaşlar ümumvətəndaş pasportu almaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə yanaşı, Nizami Rayon Polis İdarəsinə də müraciət edə bilərlər. 
Qeydiyyatda olduqları yerdən asılı olmayaraq vətəndaşlar Nizami Rayon Polis İdarəsinə   (8-ci km. qəsəbəsi, Ş.Mirzəyev küçəsi 71) müraciət edərək 10 iş günü müddətinə ümumvətəndaş pasportu ala bilərlər. 
Sənədlər həftənin bütün günləri səhər saat 9.00-dan axşam saat 18.00-a qədər qəbul edilir. 
Əlavə məlumat almaq istəyənlər (012) 590-64-31 şəhər və (050) 555-59-91 mobil nömrələrinə zəng vura bilərlər. 


                                      DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi