Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Əliyev Yaşar Ədilxan oğlu


Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi polis general-mayoru Əliyev Yaşar Ədilxan oğlu

1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə SSRİ DİN-in Ali Hərbi Siyasi Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1981-ci ildən daxili işlər orqanlarında xidmət edir.

1981-2011-ci illərdə SSRİ DİN-in Daxili Qoşunlarının müxtəlif hərbi hissələrində rota, batalyon komandirinin siyasi işlər üzrə müavini, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Post-Patrul Xidməti Alayının komandir müavini, Binəqədi RPİ-nin xidmət üzrə rəis müavini, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifələrində işləmişdir.
2011-ci ildə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 26 dekabr tarixli 424 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medal ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 yanvar tarixli 649 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Ailəlidir. Bir övladı var.