Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Bölmə IX. İqtisadi sahədə cinayətlər


Bölmə IX. İqtisadi sahədə cinayətlər
İyirmi üçüncü fəsil. Mülkiyyət əleyhinə olan cinayətlər
Maddə 177. Oğurluq
177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —
  • yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
177.2. Eyni əməllər:
177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
177.2.2. təkrar törədildikdə;
177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə;
177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə;
177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə;
177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
  • üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
177.3. Eyni əməllər:
177.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
177.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:
1. Bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə otuz manatdan min manatadək ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177—187, 189 və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləq başa düşülür.
3. Bu Məcəllənin 177—185-ci, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—185-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi hesab olunur.
4. Bu fəslin maddələrində, habelə bu Məcəllənin digər maddələrində talama və ya hədə-qorxu ilə tələb etməyə görə əvvəllər məhkum olunmuş şəxs dedikdə, bu Məcəllənin 177—183, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş bir və ya bir neçə cinayətlərə görə məhkumluğu olan şəxs başa düşülür. (1, 3, 33, 36, 45, 69, 79, 82)
Maddə 178. Dələduzluq
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—
  • yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
178.2. Eyni əməllər:
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
178.2.2. təkrar törədildikdə;
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
  • üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
178.3. Eyni əməllər:
178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 69, 82) 
Maddə 179. Mənimsəmə və ya israf etmə
179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama—
  • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
179.2. Eyni əməllər:
179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
179.2.2. təkrar törədildikdə;
179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
  • iki min manatdan üç min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
179.3.2. külli miqdarda törədildikdə;
179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 69, 82)
Maddə 180. Soyğunçuluq
180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—
  • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
180.2. Eyni əməllər:
180.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
180.2.2. təkrar törədildikdə;
180.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə;
180.2.4. insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə;
180.2.5. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
180.3. Eyni əməllər:
180.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
180.3.2. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
180.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 181. Quldurluq
181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
181.2. Eyni əməllər:
181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
181.2.2. təkrar törədildikdə;
181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə;
181.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə;
181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə—
  • əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
181.3. Eyni əməllər:
181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə;
181.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
  • əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69)
Maddə 182. Hədə-qorxu ilə tələb etmə
182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə—
  • üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
182.2. Eyni əməllər:
182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
182.2.2. təkrar törədildikdə;
182.2.3. zor tətbiq etmə ilə törədildikdə;
182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
182.3. Eyni əməllər:
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə;
182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
  • əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 69, 71)
Maddə 183. Xüsusi dəyəri olan əşyaları talama
183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
183.2. Eyni əməllər:
183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
183.2.2. təkrar törədildikdə;
183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda—
  • əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69)
Maddə 184. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma
184.1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan ziyan vurma—
  • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
184.2. Eyni əməllər:
184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
184.2.2. təkrar törədildikdə;
184.2.3. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
184.3. Eyni əməllər:
184.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
184.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
184.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə, yaxud aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
  • əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 69, 82) 
Maddə 185. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə
185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—
  • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
185.2. Eyni əməllər:
185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
185.2.2. təkrar törədildikdə;
185.2.3. həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə;
185.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
  • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
185.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
185.3.3. həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə—
  • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)
Maddə 186. Əmlakı qəsdən məhv etmə və ya zədələmə
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
  • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
186.2. Eyni əməllər:
186.2.1. zərərçəkmiş şəxsə külli miqlarda ziyan vurmaqla törədildikdə;
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
  • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45) 
Maddə 187. Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə
187.1. Özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
187.2. Eyni əməllər odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən baş verdikdə və ya külli miqdarda ziyan vurmaqla törədildikdə—
  • min manatdan iki min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
187.3. Bu Məcəllənin 187.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda—
  • iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd. Bu Məcəllənin 187.1—187.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. (1, 45, 82)
Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma
188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma —
  • səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma —
  • bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə —
  • üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
188.4.1. təkrar törədildikdə;
188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə —
  • beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 82, 103)
Maddə 189. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma
189.1. Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə —
  • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
189.2. Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda—
  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. (1, 45, 82) 
189-1. Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması
189-1.1. Təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə —
  • min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır;
189-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə—
  • üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;
189-1.3. Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən bu məcəllənin 189-1.1-189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması—
  • üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;
189-1.4. Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən bu məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almaması —
  • dörd min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. (33, 45, 61, 64, 91)
İyirmi dördüncü fəsil. İqtisadi fəaliyyət sahəsində olan cinayətlər
Maddə 190. Qanuni sahibkarlıq fəaliyyətinə mane olma
190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə—
  • beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
190.2. Eyni əməllər qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya külli miqdarda ziyan vurmaqla törədildikdə—
  • min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 190, 192, 192–1, 193, 194 — 198, 200-2, 202—205, 205-2, 210—212-ci maddələrində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləq başa düşülür. (1, 29, 45, 65, 80, 98)
Maddə 191. Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı
Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən azaltma—
  • beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. (1, 45) 
Maddə 192. Qanunsuz sahibkarlıq
192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə—
  • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
192.2. Eyni əməllər:
192.2.1. külli miqdarda ziyan vurduqda;
192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
  • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 2, 19, 35, 45, 61) 
Maddə 192–1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi
192-1.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə—
  • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
192-1.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə—
  • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
192-1.3. Bu Məcəllənin 192-1.1 və ya 192-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
192-1.3.1. təkrar törədildikdə;
192-1.3.2. külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə;
192-1.3.3. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə—
  • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (65) 
Maddə 193. Yalançı sahibkarlıq
193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə—
  • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
193.2. Eyni əməllər:
193.2.1. külli miqdarda ziyan vurduqda;
193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə.
  • cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 2, 45, 61) 
Maddə 193-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma 
193-1.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, yəni:
193-1.1.1. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi;
193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi —
  • iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
193-1.2. Eyni əməllər:
193-1.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
193-1.2.2. təkrar törədildikdə;
193-1.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə —
  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
193-1.3. Bu məcəllənin 193-1.1 və ya 193-1.2-ci maddələrində nəzrdə tutulmuş əməllər:
193-1.3.1. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
193-1.3.2. külli miqdarda törədildikdə —
o üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu məcəllənin 193-1.3.2-ci maddəsində «külli miqdar» dedikdə, qırx beş min manatdan artıq olan məbləğ başa düşülür. (29, 45, 55, 69)
Maddə 194. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə
194.1. Qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə —
  • min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və yaəmlakı müsadirə edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
194.1-1. Eyni əməllər xeyli miqdarda törədildikdə —
  • beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
194.2. Bu Məcəllənin 194.1 və ya 194.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər:
194.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
194.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
194.2.3. əvvəllər bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə;
194.2.4. külli miqdarda törədildikdə—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 55, 61, 69, 95) 
Maddə 195. Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə
195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda—
  • cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
  • cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61) 
Maddə 195-1. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalırını pozma
195-1.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi dövlətə xeyli miqdarda ziyan vurduqda -
  • cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
195-1.2. Dövlət borcalmaları və ya dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə xeyli miqdarda ziyan vurduqda -
  • üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
195-1.3. Bu Məcəllənin 195-1.1-ci və 195-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər dövlətə külli miqdarda ziyan vurduqda -
  • üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (50, 61) 
Maddə 196. Kreditor borclarını ödəməkdən qəsdən yayınma
196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda—
  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 59, 61) 
Maddə 197. Əmtəə nişanlarından qanunsuz istifadə etmə
197.1. Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurduqda—
  • min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
197.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
  • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61) 
Maddə 198. Bilə-bilə yalan reklam etmə
198.1. Əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda—
  • min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
198.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
  • iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61) 
Maddə 199. İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma
199.1. İnhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla inhisarçılıq hərəkətlərini etmə—
  • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
199.2. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—
  • iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
199.3. Bu Məcəllənin 199.1 və ya 199.2-ci maddələrində nəzərdə tutulmuş əməllər hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi ilə törədildikdə—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 69) 
Maddə 200. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma
200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma —
  • üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. 
200.2. Eyni əməllər:
200.2.1. təkrar törədildikdə;
200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—
  • beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda —
  • yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
200.4. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda —
  • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qırx manatdan beş yüz manatadək miqdarında, «külli miqdar» dedikdə beş yüz manatdan yuxarı olan məbləq başa düşülür. (1, 45, 61, 68, 82)
Maddə 200-1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi
200-1.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə—
  • iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
200-1.2. Eyni əməllər:
200-1.2.1. təkrar törədildikdə;
200-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
200-1.2.3. külli miqdarda törədildikdə—
  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200-1.3. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200-1.4. Bu məcəllənin 200-1.3-cü maddəsində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—
  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
Bu məcəllənin 200-1.1-ci maddəsində «xeyli miqdar» dedikdə, min manatdan iki min manatadək olan məbləğ, 200-1.2.3-cü maddəsində isə «külli miqdar» dedikdə, iki min manatdan artıq olan məbləğ başa düşülür. (38, 45)
Maddə 200-2. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi
200-2.1. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə və ya satma, bu əməllər xeyli miqdarda törədildikdə —
  • üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
200-2.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edərək yeyinti məhsullarını istehsal etmə —
  • dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
200-2.3. Bu Məcəllənin 200-2.1-ci və 200-2.2-ci maddələrində göstərilən əməllər külli miqdarda törədildikdə —
  • yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (98)
Maddə 201. Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə
201.1. Hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə əhəmiyyətli ziyan vura biləcək məlumatları yaymaq hədəsi ilə əqdin bağlanmasına və ya onun bağlanmasından imtinaya məcbur etmə—
  • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
201.2. Eyni əməllər:
201.2.1. təkrar törədildikdə;
201.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
  • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)
Maddə 202. Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma
202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə—
  • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə—
  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61) 
Maddə 202-1. İxrac nəzarətinə aid sənəd və məlumatları yayma 
202-1.1. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarətinə aid sənəd və məlumatların və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi—
  • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
202-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə—
  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (24, 45, 61)
Maddə 202-2. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə
202-2.1. İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə —
  • iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya min manatdan üç min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
202-2.2. Eyni əməllər:
202-2.2.1. təkrar törədildikdə;
202-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə —
  • üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 202-2.1-ci maddəsində «insayder» dedikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür. (55, 61, 69)
Maddə 203. Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma
203.1. Qiymətli kağızların emissiya prospektinə bilə-bilə etibarlı olmayan məlumatların daxil edilməsi, həmçinin bilə-bilə etibarlı olmayan məlumatları özündə əks etdirən emissiya prospektinin təsdiq edilməsi və ya bilə-bilə etibarlı olmayan emissiya nəticələrinin təsdiq edilməsi xeyli miqdarda ziyan vurduqda—
  • yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
203.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə—
  • iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 82) 
Maddə 203-1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya
203-1.1. Qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış və qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə —
  • iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
203-1.2. Eyni əməllər:
203-1.2.1. təkrar törədildikdə;
203-1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
203-1.2.3. kütləvi informasiya vasitələrindən və ya ümumi istifadədə olan informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə —
  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (55, 61) 
Maddə 204. Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma 
204.1. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
204.2. Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə—
  • əmlakı müsadirə olunmaqla yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
204.3 Bu Məcəllənin 204.1 və ya 204.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
204.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
204.3.2. külli miqdarda törədildikdə—
  • əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (35, 69)
Maddə 205. Saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma
205.1. Qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma—
  • beş yüz manatdan min manatadək miqdarda cərimə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
205.2. Eyni əməllər:
205.2.1. təkrar törədildikdə;
205.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
205.2.3. külli miqdarda törədildikdə—
  • əmlakı müsadirə olunmaqla dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 35, 45, 69) 
Maddə 205-1. Saxta aksiz markalarının dövriyyəsi
Saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma —
  • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan şəxs həmin məhsulların (malların) digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur. (35, 45, 106)
Maddə 205-2. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı
205-2.1. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşdursa —
  • üç min manat miqdarında cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlərlə cəzalandırılır.
205-2.2. Eyni əməllər:
205-2.2.1. təkrar törədildikdə;
205-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
205-2.2.3. külli miqdarda ziyan vurduqda —
  • yeddi min manat miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (80)
Maddə 206. Qaçaqmalçılıq
206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi—
  • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
206.3.1. təkrar törədildikdə;
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə;
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.4. Bu Məcəlləninn 206.1 — 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə—
  • əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1. Bu Məcəllənin 206.1-ci maddəsində «külli miqdar» dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan yuxarı olan məbləq başa düşülür.
2. Bu Məcəllənin 206.2-ci maddəsində «mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar» dedikdə, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər başa düşülür. (1, 45, 69, 85)
Maddə 207. Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmama—
  • əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69)
Maddə 208. Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama
208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama—
  • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
208.2. Eyni əməllər:
208.2.1. külli miqdarda törədildikdə;
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
  • üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan, «külli miqdar» dedikdə, otuz min manatdan yuxarı olan məbləq başa düşülür. (1, 45)
Maddə 209. Gömrük ödənişlərinin ödənilməsindən yayınma
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma—
  • min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
209.2.1. təkrar törədildikdə;
209.2.2. külli miqdarda törədildikdə—
  • iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:
1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, «külli miqdar» dedikdə, dörd min manatdan yuxarı olan məbləq başa düşülür.
2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. (1, 45)
Maddə 210. Müflisləşmə zamanı qanunsuz hərəkətlər
210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli miqdarda ziyan vurduqda—
  • cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun üstünlük verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə-bilə həmin əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda—
  • cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)
Maddə 211. Qəsdən müflisləşmə
211.1. Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin manefeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda ziyan vurduqda—
  • iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
211.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda—
  • iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 212. Saxta müflisləşmə
212.1. Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurduqda—
  • iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
212.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda—
  • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45) 
Maddə 213. Vergi ödəməkdən yayınma 
213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə -
  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə «xeyli miqdar» dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. (1, 2, 4, 31, 35, 45)
Maddə 213-1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı
213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə—
  • əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
213-1.2. Eyni əməllər;
213-1.2.1. külli miqdarda törədildikdə;
213-1.2.2. təkrar törədildikdə;
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
  • əmlakı müsadirə olunmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
213-1.3. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma —
  • min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
213-1.4. Eyni əməllər külli miqdarda törədildikdə —
  • iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 213-1.1-ci maddəsində «xeyli miqdar» dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2-ci maddəsində «külli miqdar» dedikdə iki min manatdan yuxarı olan məbləğ, 213-1.3-cü maddəsində «xeyli miqdar» dedikdə, əlli manatdan min manatadək olan məbləğ, 213-1.4-cü maddəsində «külli miqdar» dedikdə isə min manatdan yuxarı olan məbləğ başa düşülür. (13, 35, 45, 69, 106)
Maddə 213-2. Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma 
Qiymətli metallar və qiymətli daşlar hasil, istehsal etmiş subyektlər tərəfindən yerin təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən, onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə-
  • min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: bu maddədə «xeyli miqdar» dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. (36, 45)
Maddə 213-3. Dövlət əyar damğalarını saxtalaşdırma
213-3.1. Qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarını saxtalaşdırma-
  • min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
213-3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə-
  • bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (36, 45)