Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2011-ci ilin yekun təhlili


2011-ci il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlığa  qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

2011-ci il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə respublikada 24263 (2010-cu il ilə müqayisədə +1253 və ya 5,4%), o cümlədən daxili işlər orqanları tərəfindən 22982 (+1331;+6,1%) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 10437-i (45,4%) az ağır, 10290-ı (44,8%) böyük ictimai təhlükə törətməyən, 2255-i (9,8%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 7926-ı (2010-cu il ilə müqayisədə -221 və ya -2,7%) şəxsiyyət əleyhinə, 7722-i (+1580; 25,7%) iqtisadi sahədə törədilən, onlardan 7610-u (+1602; 26,7%) mülkiyyət əleyhinə, 6614-ü (-23; -0,3%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 720-i (-1;-0,1%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Daxili işlər orqanları tərəfindən cinayətlərin 83%, onlardan şəxsiyyət əleyhinə olan cinayətlərin 97,1%, ekoloci cinayətlərin 97%, mənimsəmə və israf etmə cinayətlərinin 95%, qaçaqmalçılıq cinayətlərinin 94,7%, qəsdən sağlamlığa az ağır zərər vurmaların 94,1%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 93,5% (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 94,9%), insan alveri ilə bağlı cinayətlərin 93,1%, narkotik vasitələrlə bağlı cinayətlərin 92%, dələduzluq cinayətlərinin 89,5%, xuliqanlıqların 89,2%, qəsdən adam öldürmənin 87,6%, zorlama cinayətlərinin 85% açılması təmin edilmişdir.
2011-ci il ərzində cinayətkarlığın dinamikası qaçaqmalçılıq cinayətlərinin 21,8% (-12; 43-55), hədə-qorxu ilə tələb etmə cinayətlərinin 29,2% (-7; 17-24), ağır və xüsusilə ağır cinayətlərinin -6,5% (-158; 2255-2413), insan alveri ilə bağlı cinayətlərinin 19,8% (-43; 174-217) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmamışdır.
Az ağır cinayətlər 851 (+8,9%; 10437-9586), oğurluq cinayətləri 1151 (+29,8%; 5019-3868), o cümlədən mənzillərdən 310 (+27%; 1458-1148), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 81 (+44,8%; 262-181) fakt artmışdır.
İnsan alveri ilə bağlı cinayətlərə görə 96 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 16,4% (-22; 112-134) azalmış, həmin cinayətləri törədənlərin 65,3%-i qadınlar olmuşdur.
Hesabat dövründə daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 557 kiloqramdan artıq narkotik vasitə götürülmüş, 28 kq-dan artıq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2341 nəfərdən 2176-ı (93%) əmək qabiliyyətli işləməyən və oxumayan, 550-i (23,5%) əvvəllər cinayət törətmiş şəxs, 62-i (2,6%) qadın, 5-i (0,2%) yetkinlik yaşına çatmayandır.
Görülmüş tədbirlər nəticəsində keçmiş illərdən bağlı qalmış 246, o cümlədən 51 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

2010-cu il ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 20,2% (+97; 578-481) artmış, əvvəllər cinayət törətmiş şəxslər tərəfindən 2,8% (-75; 2587-2662), qadınlar tərəfindən törədilən cinayətlərin sayı isə 17,8% (-350; 1620-1970) azalmışdır.
Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 2219-u (63,4%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 315 nəfər (9%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 919 şəxsdən 667-nın (72,6%) yeri müəyyən edilmişdir.

2011-ci il ərzində 13792 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 11372-i (82,5%) işləməyən və oxumayan, 1757-i (12,7%) əvvəllər cinayət törətmiş, 1301-u (9,4%) qadın, 383-ü (2,8%) yetkinlik yaşına çatmayanlar olmuşdur.


Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi