Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2010-cu ilin yekun təhlili


2010-cu il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

2010-cu il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə respublikada 23010 (2009-cu ilin müvafiq dövrü ilə müqayisədə +180 və ya 0,8%), o cümlədən daxili işlər orqanları tərəfindən 21651 (-258;-1,2%) cinayət qeydə alınmışdır.
DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 9652-i (44,5%) böyük ictimai təhlükə törətməyən, 9586-ı (44,3%) az ağır, 2413-ü (11,1%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 8147-i (2009-cu ilin müvafiq dövrü ilə müqayisədə +108 və ya 1,3%) şəxsiyyət əleyhinə, 6142-i (+38; 0,6%) iqtisadi sahədə törədilən, onlardan 6008-i (+38; 0,6%) mülkiyyət əleyhinə, 6637-i (-229; -3,3%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 721-i (-179; -19,9%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 86,6%, onlardan hədə-qorxu ilə tələb etmələrin 100,0%, qaçaqmalçılıq cinayətlərinin 98,1%, ekoloci cinayətlərin 98,0%, şəxsiyyət əleyhinə olan cinayətlərin 97,7%, zorlamaların 94,7%, qəsdən adam öldürmə 94,3%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 94,2% (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 95,9%), qəsdən sağlamlığa az ağır zərər vurmaların 94,2%, narkotik vasitələrlə bağlı cinayətlərin 92,4%, insan alveri ilə bağlı cinayətlərin 91,4%, mənimsəmə və israf etmə cinayətlərinin 91,2%, xuliqanlıqların 91,1%, dələduzluq cinayətlərinin 89,5%, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərin 79,5%, soyğunçuluqların 72,4% açılması təmin edilmişdir.
2010-cu il ərzində cinayətkarlığın dinamikası insan alveri ilə bağlı cinayətlərinin 30,9% (-99; 221-320), qaçaqmalçılıq cinayətlərinin 19,1% (-13; 55-68), hədə-qorxu ilə tələb etmə cinayətlərinin 7,7% (-2; 24-26), quldurluq cinayətlərinin 6,5% (-12; 172-184), ağır və xüsusilə ağır cinayətlərinin 6,0% (-154; 2413-2567) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmamışdır.

Az ağır cinayətlər 111 (+1,2%; 9586-9475), oğurluq cinayətləri 228 (+6,3%; 3868-3640), o cümlədən mənzillərdən 6 (+0,5%; 1148-1142), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 13 (+7,7%; 181-168) fakt artmışdır. Yol-nəqliyyat hadisələrində 837 (-6; -0,7%) şəxs həlak olmuşdur.
İnsan alveri ilə bağlı cinayətlərə görə 134 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 16.4% (-26; 133-159) azalmış, həmin cinayətləri törədənlərin 70,9% (95) qadınlar olmuşdur.
Hesabat dövründə daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 659 kiloqramdan artıq narkotik vasitə götürülmüş, 94 kq-dan artıq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2602 nəfərdən 2397-i (92,1%) əmək qabiliyyətli işləməyən və oxumayan, 578-i (22,2%) əvvəllər cinayət törətmiş şəxs, 60-ı (2,3%) qadın, 2-i (0,1%) yetkinlik yaşına çatmayandır.
Görülmüş tədbirlər nəticəsində keçmiş illərdən bağlı qalmış 296, o cümlədən 65 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə qadınlar tərəfindən -13,1% (-348; 2666-2318), əvvəllər məhkum edilmiş şəxslər tərəfindən -9,4% (-175; 1855-1680), yetkinlik yaşına çatmayanlar tərəfindən - 3,7% (-17; 456-439), işləməyən və oxumayanlar tərəfindən törədilən cinayətlərin sayı -3,0% (-480; 16030-15550) azalmışdır.
Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 2322-i (63,4%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 301 nəfər (8,2%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 926 şəxsdən 665-nin (71,8%) yeri müəyyən edilmişdir.
2010-cu il ərzində 14232 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 11873-ü (83,4%) işləməyən və oxumayan, 1565-i (11,0%) qadın, 1641-i (11,5%) əvvəllər məhkum edilmiş, 343-ü (2,4%) yetkinlik yaşına çatmayanlar olmuşdur.


Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi