Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2009-cu ilin yekun təhlili


2009-cu il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

2009-cu il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə respublikada 22830 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +1138 və ya 5,2%), o cümlədən daxili işlər orqanları tərəfindən 21909 (+1110; 5,3%) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 9867-i (45,1%) böyük ictimai təhlükə törətməyən, 9475-i (43,2%) az ağır, 2567-i (11,7%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 8039-u (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +350 və ya 4,6%) şəxsiyyət əleyhinə, 6104-ü (+224; 3,8%) iqtisadi sahədə törədilən, onlardan 5970-i (+191; 3,3%) mülkiyyət əleyhinə, 6866-ı (+453; 7,1%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 900-ü (+83; 10,2%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 87,7%, onlardan adam öldürməyə cəhdlərin və seksual xarakterli zorakılıq hərəkətlərinin 100%, şəxsiyyət əleyhinə olan cinayətlərin 98,0%, mənimsəmə və israf etmə cinayətlərinin 97,1%, ekoloji cinayətlərin 96,9%, qəsdən sağlamlığa az ağır zərər vurmaların 94,9%, zorlamaların 94,7%, xuliqanlıqların 94,6%, qaçaqmalçılıq cinayətlərinin 94,2%, hədə-qorxu ilə tələb etmələrin 93,8%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 93,6%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 95,9%, insan alveri ilə bağlı cinayətlərin 92,9%, narkotik vasitələrlə bağlı cinayətlərin 92,5%, dələduzluq cinayətlərinin 90,6%, qəsdən adam öldürmələrin 88,9%, soyğunçuluqların 72,4%, adam oğurluğu cinayətlərinin 66,7% açılması təmin edilmişdir.
2009-cu il ərzində cinayətkarlığın dinamikası qəsdən adam öldürmə cinayətlərinin 2,4% (-4; 164-168), quldurluq cinayətlərinin 8,9% (-18; 184-202), insan alveri cinayətlərinin 18,8% (-74; 320-394), hədə-qorxu ilə tələb etmə cinayətlərinin 48,0% (-24; 26-50) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmamışdır.

Ağır və xüsusilə ağır cinayətlər 300 (+13,2%; 2567-2267), az ağır cinayətlər 474 (+5,3%; 9475-9001), oğurluq 239 (+7,0%; 3640-3401), o cümlədən mənzillərdən 169 (+17,4%; 1142-973), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 353 (+13,0%; 3076-2723), o cümlədən satış və ya satış məqsədi ilə 132 (+12,6%; 1176-1044) fakt artmışdır. Yol-nəqliyyat hadisələrində 843 (-131; 13,4%) şəxs həlak olmuşdur.
İnsan alveri ilə bağlı cinayətlərə görə 284 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı -17,6% (-34; 159-193) azalmış, həmin cinayətləri törədənlərin 57,0% (162) qadınlar olmuşdur.
Hesabat dövründə daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 1023 kiloqramdan artıq (ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,1% çox) narkotik vasitə götürülmüş, 399 kq-dan artıq (+2,5 dəfə) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2641 nəfərdən 2474-ü (93,7%) əmək qabiliyyətli işləməyən və oxumayan, 564-ü (21,4%) əvvəllər cinayət törətmiş şəxs, 85-i (3,2%) qadın, 5-i (0,2%) yetkinlik yaşına çatmayandır.
Görülmüş tədbirlər nəticəsində keçmiş illərdən bağlı qalmış 376, o cümlədən 113 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

2008-ci ilin müvafiq dövrü ilə müqayisədə əvvəllər məhkum edilmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 16,0% (+255; 1847-1592), işləməyən və oxumayanlar tərəfindən 10,6% (+1530; 15979-14449), qadınlar tərəfindən 6,5% (+163; 2665-2502), yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı isə 5,8% (+25; 453-428) artmışdır.
Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 2481-i (64%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 353 nəfər (9,1%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 1068 şəxsdən 788-nin (73,8%) yeri müəyyən edilmişdir.
2009-cu il ərzində 15217 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 12651-i (83,1%) işləməyən və oxumayan, 1987-i (13,1%) qadın, 1813-ü (11,9%) əvvəllər məhkum edilmiş, 342-i (2,2%) yetkinlik yaşına çatmayanlar olmuşdur.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi