Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi" şəxsiyyətin şərəf və ləyaqətini alçaldan insan alverinin qarşısının alınmasını, onunla mübarizəni, insan alveri qurbanlarının müdafiəsini təmin edən, insan və vətəndaş hüquq və azadlıqlarını Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq cinayətkar qəsdlərdən qoruyan, bu məqsədlərlə qanunvericiliklə müəyyən edilmiş qaydada təhqiqat orqanı funksiyasını yerinə yetirən və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış struktur qurumdur.

Baş İdarə telefon yardım xətti, təhlükəsiz sığınacaq və əməkdaşlıq fəaliyyəti üzrə qeyri-hökumət təşkilatları ilə əlaqə orqanıdır.

Baş İdarə insan alverinə qarşı mübarizə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir və bu sahədə DİN-in struktur hissələrinə və ərazi polis orqanlarına əməli köməklik göstərir.