Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2009-cu ilin 9 ayı üzrə təhlil


2009-cu ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili


2009-cu ilin  3-cü rübündə daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə respublikada 17221 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +1050 və ya 6,5%), o cümlədən daxili işlər orqanları tərəfindən 16526 (+979; 6,3%) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 7428-i (44,9%) böyük ictimai təhlükə törətməyən, 7333-ü (44,4%) az ağır, 1765-i (10,7%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 6122-i (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +192 və ya 3,2%) şəxsiyyət əleyhinə, 4479-u (+372; 9,1%) iqtisadi sahədə törədilən, onlardan 4372-i (+354; 8,8%) mülkiyyət əleyhinə, 5261-i (+309; 6,2%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 664-ü (+106; 19%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 86,9%, onlardan seksual xarakterli zorakılıq hərəkətlərinin 100%, şəxsiyyət əleyhinə olan cinayətlərin 97,7%, qaçaqmalçılıq cinayətlərinin 95,9%, zorlamaların 95,8%, mənimsəmə və israf etmə cinayətlərinin 95,3%, insan alveri ilə bağlı cinayətlərin 94,9%, ekoloji cinayətlərin 94,4%, xuliqanlıqların 93,9%, qəsdən sağlamlığa az ağır zərər vurmaların 93,5%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 93,4%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 95 %, narkotik vasitələrlə bağlı cinayətlərin 93,3%, dələduzluq cinayətlərinin 91 %, qəsdən adam öldürmələrin 87,5%, hədə-qorxu ilə tələb etmələrin 86,4%, soyğunçuluqların 69,4%,  adam oğurluğu cinayətlərinin 64,7%, açılması təmin edilmişdir.
2009-cu ilin yanvar-sentyabr aylarında cinayətkarlığın dinamikası qəsdən adam öldürmə cinayətlərinin 4,2% (-5; 115-120), quldurluq cinayətlərinin 15,3% (-23; 127-150), insan alveri cinayətlərinin 13,4% (-44; 285-329), hədə-qorxu ilə tələb etmə cinayətlərinin 33,3 % (-11; 22-33)  azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmamışdır.

Ağır və xüsusilə ağır cinayətlər 50 (+2,9%; 1765-1715), az ağır cinayətlər 531 (+7,8%; 7333-6802), oğurluq 263 (+11,1%; 2640-2377), o cümlədən mənzillərdən 138 (+19,7%; 838-700), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 223 (+9,8%; 2510-2287), o cümlədən satış və ya satış məqsədi ilə 80 (+9,1%; 960-880), soyğunçuluq 28 (+11,0%; 283-255) fakt artmışdır. Yol-nəqliyyat hadisələrində 618 (-51; 7,6%) şəxs həlak olmuşdur.
İnsan alveri ilə bağlı cinayətlərə görə 222 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı -13,7% (-22; 139-161) azalmış, həmin cinayətləri törədənlərin 58,5% (130) qadınlar olmuşdur.
Hesabat dövründə daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 908 kiloqramdan artıq (ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,8% çox) narkotik vasitə götürülmüş, 260 kq-dan artıq (+2,1 dəfə) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1956 nəfərdən 1837-i (93,9%) əmək qabiliyyətli işləməyən və oxumayan, 392-i (20%) əvvəllər cinayət törətmiş şəxs, 65-i (3,3%) qadın, 4-ü (0,2%) yetkinlik yaşına çatmayandır.
Görülmüş tədbirlər nəticəsində keçmiş illərdən bağlı qalmış 289, o cümlədən 73 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

2008-ci ilin müvafiq dövrü ilə müqayisədə əvvəllər məhkum edilmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 4,6% (+57; 1292-1235), işləməyən və oxumayanlar tərəfindən 3,9% (+440; 11664-11224) artmış, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı isə 14,5% (-55; 325-380) azalmışdır.
Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 1894-ü (57,4%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 256 nəfər (7,8%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 954 şəxsdən  659-nun (69,1%) yeri müəyyən edilmişdir.
2009-cu ilin yanvar-sentyabr aylarında 11133 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 9329-u (83,8%) işləməyən və oxumayan, 1474-ü (13,2%) qadın, 1268-i (11,4%) əvvəllər məhkum edilmiş, 259-u (2,3%) yetkinlik yaşına çatmayanlar olmuşdur.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi