Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2009-cu ilin 1-ci rübü üzrə təhlil


2009-cu ilin 1-ci rübündə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili.

2009-cu ilin 1-ci rübündə daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə respublikada 5291 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +464 və ya 9,6%), o cümlədən daxili işlər orqanları tərəfindən 5032 (+394; 8,5%) cinayət qeydə alınmışdır.
DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 1997-i (39,7%) böyük ictimai təhlükə törətməyən, 2453-ü (48,7%) az ağır, 582-i (11,6%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 1585 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +108 və ya 7,3%) şəxsiyyət əleyhinə, 1547 (+226; 17,1%) iqtisadi sahədə törədilən, onlardan 1501 (+201; 15,5%) mülkiyyət əleyhinə, 1692 (+19; 1,1%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 208 (+41; 24,6%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Qeydiyyata alınmış hər 2 jinayətdən 1-i az ağır, hər 6-jısı oğurluq və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur.
Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 83,9%, onlardan adam oğurluğu, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərinin 100,0%, şəxsiyyət əleyhinə olan cinayətlərin 95,8%, ekoloji cinayətlərin 93,8%, narkotik vasitələrlə bağlı cinayətlərin 93,2%, qəsdən adam öldürmə cinayətlərinin 92,0%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 91,6%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 94,8%, xuliqanlıq cinayətlərinin 91,3%, insan alveri ilə bağlı cinayətlərin 90,4%, mənimsəmə və israf etmə cinayətlərinin 90,0%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərinin 89,2%, dələduzluq cinayətlərinin 86,1%, zorlama cinayətlərinin 71,4%, soyğunçuluq 69,5% açılması təmin edilmişdir.

2009-cu ilin yanvar-mart aylarında cinayətkarlığın dinamikası avtonəqliyyat oğurluğu cinayətlərinin 33,3% (-1; 2-3), quldurluq cinayətlərinin 26,7% (-16; 44-60), dələduzluq cinayətlərinin 21,9% (-85; 303-388), qəsdən adam öldürmə cinayətlərinin 19,5% (-8; 33-41), xuliqanlıq cinayətlərinin 10,8% (-25; 207-232), yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinin 3,8%               (-12; 306-318) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmamışdır. Yol-nəqliyyat hadisələrində 182 (+6; 3,4%) şəxs həlak olmuşdur.
Ağır və xüsusilə ağır cinayətlər 41 (+7,6%; 582-541), az ağır cinayətlər 106 (+4,5%; 2453-2347), oğurluq 277 (+41,0%; 953-676), o cümlədən mənzillərdən 72 (+35,1%; 277-205), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 74 (+8,6%; 936-862), o cümlədən satış və ya satış məqsədi ilə 45 (+13,6%; 377-332), soyğunçuluq 25 (+32,9%; 101-76), avtonəqliyyatın qaçırılması 7 (+25,0%; 35-28) fakt artmışdır.

İnsan alveri ilə bağlı cinayətlərə görə 77 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı -4,9% (-3; 58-61) azalmış, həmin cinayətləri törədənlərin 63,6% (49) qadınlar olmuşdur.
Daxili işlər orqanları tərəfindən hesabat dövründə qanunsuz dövriyyədən 280  kiloqramdan artıq (ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,7% çox) narkotik vasitə götürülmüş, 72 kq-a yaxın (+74,8%) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 470 nəfərdən 445-i (94,7%) əmək qabiliyyətli işləməyən və oxumayan, 107-i (22,8%) əvvəllər cinayət törətmiş şəxs, 6-ı (1,3%) qadın, 2-i (0,4%) yetkinlik yaşına çatmayandır.

Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 117, o cümlədən 17 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
2008-ci ilin müvafiq dövrü ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 4,6% (+6; 136-130), əvvəllər məhkum edilmiş şəxslər tərəfindən törədilən cinayətlər 12,7% (+65; 575-510) artmış, qadınlar tərəfindən törədilmiş cinayətlər isə 4,1% (-19; 445-464) azalmışdır.
Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 651-i (33,3%),        o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 98 nəfər (11,7%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 571 şəxsdən 249-nun (43,6%) yeri müəyyən edilmişdir.

2009-cu ilin 1-ci rübündə 3242 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 2740-ı (84,5%) işləməyən və oxumayan, 378-i (11,7%) qadın, 83-ü (2,6%) yetkinlik yaşına çatmayan, 378-i (11,7%) əvvəllər məhkum edilmişlər olmuşdur.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi