Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2008-cı ilin 9 ayı üzrə təhlil


2008-ci ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili.

2008-ci ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə respublikada 16171 (2007-ci ilin müvafiq dövrü ilə müqayisədə +2041 və ya 14,4% ), o cümlədən daxili işlər orqanları tərəfindən 15547 (+1857; 13,6% ) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 7030-u (45,2%) böyük ictimai təhlükə törətməyən, 6802-i (43,8%) az ağır, 1715-i (11,1%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 5930 (2007-ci ilin 9 ayı ilə müqayisədə +492 və ya 9,0%) şəxsiyyət əleyhinə, 4107 (+1057; 34,7%) iqtisadi sahədə törədilən, onlardan 4018 (+1048; 35,3%) mülkiyyət əleyhinə, 4952 (+315; 6,8%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərdir.

Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i az ağır, hər 6-cısı oğurluq, hər 7-cisi narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər  olmuşdur.

Qeyd edilməlidir ki, daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış cinayətlərin 90,1%, onlardan ekoloci jinayətlər 98,2%, şəxsiyyət əleyhinə olan 97,8%, qəsdən sağlamlığa az ağır zərər vurma 97,6%, mənimsəmə və israf etmə 97,4%, seksual xarakterli zorakılıq hərəkətləri 97,0%, insan alveri ilə bağlı 96,0%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 94,0%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı 96,1%, narkotik vasitələrlə bağlı 93,0%, dələduzluq 92,5%, qaçaqmalçılıq 91,5%, xuliqanlıq 90,6%, zorlama (cəhdlərlə) 90,0%, hədə-qorxu ilə tələb etmə 88,9%, qəsdən adam öldürmə 87,3%, soyğunçuluq 80,7%, adam oğurluqları 76,5%, avtonəqliyyat qaçırılmaları 75,2% açılması təmin edilmişdir.

2008-ci ilin 9 ayı ərzində cinayətkarlığın dinamikası hədə-qorxu ilə tələb etmə cinayətlərinin 34,0% (-17; 33-50), rüşvət 33,3% (-2; 4-6), zorlama 30,8% (-8; 18-26), avtonəqliyyat oğurluğu 25,0% (-6; 18-24), qəsdən sağlamlığa ağır zərər vurma 11,3% (-22; 172-194), mal-qara oğurluğu 9,8% (-17; 156-173), qəsdən adam öldürmə 9,8% (-13; 120-133), mənimsəmə və israf etmə 9,5% (-6; 57-63), xuliqanlıq 5,0% (-46, 876-922) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmamışdır.

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinin sayı 41(-3,6%; 1112-1153), o cümlədən ölümlə nəticələnən YNH 55 (-9,4%; 533-588) fakt azalmışdır. Yol-nəqliyyat hadisələrində 669 (-65; 8,9%) şəxs həlak olmuşdur.
Oğurluq jinayətlərinin sayı 872 (+57,9%; 2377-1505), o cümlədən mənzillərdən 248 (+54,9%; 700-452), dələduzluq 81 (+10,0%; 893-812), soyğunçuluq 112 (+78,3%; 255-143), quldurluq 40 (+36,4%; 150-110), avtonəqliyyatın qaçırılması 52 (+77,6%; 119-67) fakt artmışdır.
Hesabat dövründə aşkar edilmiş insan alveri ilə bağlı cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,5% (+106; 329-223), o cümlədən fahişəliyə cəlb etmə və ya əxlaqsız yuvaları saxlama 95 fakt (249-154), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 15,3% (+304; 2287-1983), o cümlədən satış və ya satış məqsədi ilə 25,2% (+177; 880-703) artmışdır.

2008-ci ilin yanvar-sentyabr aylarında insan alveri ilə bağlı cinayət törətmiş 291 şəxs, o jümlədən 157 (54,0%) qadın müəyyən edilmişdir. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 76,9% (+70; 161-91) artmışdır.
Daxili işlər orqanları tərəfindən hesabat dövründə qanunsuz dövriyyədən 564  kiloqramdan artıq (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox) narkotik vasitə götürülmüş, 122,1 kq-a yaxın (+1,1 dəfə) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınmışdır.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1784 nəfərdən 53-ü (3,0%) qadın, 5-i (0,3%) yetkinlik yaşına çatmayan, 1645-i (92,2%) işləməyən və oxumayan, 408-i (22,9%) əvvəllər cinayət törətmiş şəxslərdir.

Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 245, o cümlədən 39 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
2007-ci ilin 9 ayı ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 14,6% (+56; 440-384), qadınlar tərəfindən 2,5% (+41; 1691-1650), əcnəbilər tərəfindən törədilmiş cinayətlər 16,6% (+33; 232-199), əvvəllər cinayət etmiş şəxslər tərəfindən törədilən cinayətlər 3,8% (+66; 1782-1716) artmışdır.

Hesabat dövründə axtarışda olan 2245 (62,1%) təqsirləndirilən şəxs, o cümlədən, törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 276 nəfər  (7,6%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarılan 1179 şəxsdən 793-nün (67,3%) yeri müəyyən edilmişdir.
2008-ci ilin yanvar-sentyabr aylarında cinayət məsuliyyətinə cəlb edilmiş 10284 şəxsdən 1407-i (13,7%) qadın, 299-u (2,9%) yetkinlik yaşına çatmayan, 8635-i (84,0%) işləməyən və oxumayan, 1167-i (11,4%) əvvəllər məhkum edilmişlər olmuşdur.


Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi