Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Maddi-Texniki Təminat Baş İdarəsi


Daxili işlər orqanlarının xüsusi texnika və vasitələrlə, silah, sursat və digər maddi-texniki ehtiyatlarla təmin edilməsini həyata keçirən müstəqil struktur hissədir.

Baş idarənin əsas vəzifələri aşağıdakılardır:

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası polisinin fəaliyyətinin maddi-texniki təminatı qaydası və normaları haqqında» 26.10.2000-ci il tarixli 196-9 nömrəli qərarı əsasında daxili işlər orqanlarının maddi - texniki vasitələr və əmlak ilə mərkəzləşdirilmiş qaydada təchizatını həyata keçirir;
  • DİN-in balansında olan binaların və qurğuların təsdiq olunmuş smetaya əsasən cari və əsaslı təmirini təşkil edir;
  • Nəqliyyat, texniki vasitələrin, silah və sursatın, fərdi və xususi qorunma vasitələrinin, geyim və inventar əmlakın mövcud ştatlara əsasən normalarını və tabellərini işləyib hazırlayır;
  • Səfərbərlik ehtiyatının və toxunulmaz ehtiyatın, maddi ehtiyatların toplanılmasını və yeniləşdirilməsini təmin edir;
  • Daxili işlər orqanlarına ayrılmış əmlakın düzgün istifadə olunmasına nəzərət edir;
  • Bir sıra qurumların ərzaqla təminatını, silahların təmirini təşkil edir;
  • DİN-in orqan və müəssisələri üçün möhür və ştampların hazırlanmasını təmin edir;