Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Baş İnformasiya və Kommunikasiya İdarəsi


Daxili işlər orqanlarında rabitə sisteminin və vasitələrinin inkişaf etdirilməsi, təkmilləşdirilməsi və məlumat təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsini, habelə radioelektron vasitələrdən istifadə olunmasını, radioşəbəkələrdə radio və radiotexniki nəzarətin aparılmasını təşkil edən müstəqil struktur hissədir.

Rabitə xidməti əvvəllər Daxili İşlər Nazirliyinin Əməliyyat-Texniki Şöbəsinin tərkibində Rabitə bölməsi kimi fəaliyyətə başlamışdır. 1982-ci ildə DİN-in strukturunda müstəqil qurum olaraq Rabitə Şöbəsi yaradılmışdır. 1999-cu ildə həmin şöbənin adı və statusu dəyişdirilərək Əməliyyat-Rabitə İdarəsi təsis olunmuşdur.