Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Beynəlxalq Əməkdaşlıq İdarəsi


Müvafiq beynəlxalq təşkilatlarla, xarici ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin həyata keçirilməsini, Azərbaycanın qoşulduğu Konvensiyalarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi üzrə Nazirliyin fəaliyyətinin əlaqələndirilməsini, cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsini təşkil edən müstəqil struktur hissədir.

Beynəlxalq əməkdaşlıq sahəsində funksiyaları həyata keçirən Daxili İşlər Nazirliyinin ilk struktur hissəsi 1993-cü il noyabrın 22-də İşlər İdarəsinin tərkibində "Beynəlxalq Əlaqələr Bölmə"si adı altında yaradılmışdır. 1996-cı ildə həmin bölmənin bazasında Nazirliyin müstəqil xitmət sahəsi olan "Xarici Ölkələrlə Əlaqələr" şöbəsi təsis edilmiş və DİN-in 11 yanvar 2000-ci il tarixli əmri ilə adı və statusu dəyişdirilərək Beynəlxalq Əməkdaşlıq İdarəsinə çevrilmişdir.