Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Şəxsi Heyətlə İş İdarəsi


Daxili işlər orqanlarında şəxsi heyətin mənəvi-psixoloji tərbiyəsini, onlara humanizm ideyalarına, qanunlara, hüquqi və etik normalara, insan hüquqlarına hörmət hissinin aşılanmasını, əməkdaşların sosial-hüquqi müdafiəsini həyata keçirən müstəqil struktur hissədir.

İdarənin əsas vəzifələri aşağıdakılardır:

  • şəxsi heyətin mənəvi-psixoloji hazırlığının həyata keçirilməsi.
  • şəxsi heyətin anda, xidməti borca, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi, siyasi səbatlılığının möhkəmləndirilməsi.
  • şəxsi heyətin insan və vətəndaş hüquqlarına hörmət ruhunda tərbiyə olunması, onlara yüksək əxlaqi dəyərlərin aşılanması.
  • əməkdaşların qarşılaşdıqları sosial-məişət xarakterli problemlərinin həllində, o cümlədən qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazların düzgün tətbiqində, müvafiq müavinət, təqaüd və digər ödənişlərin verilməsində onlara, habelə şəhid olmuş əməkdaşların ailə üzvlərinə maddi və mənəvi köməkliklərin göstərilməsi.
  • Şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsini, qanunçuluğa ciddi riayət olunmasını təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi.