Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Daxili Təhqiqatlar İdarəsi


Daxili işlər orqanlarında qanunçuluğa və xidməti vəzifənin icrası zamanı əməkdaşlar tərəfindən insan və vətəndaş hüquqlarına riayət edilməsinə nəzarəti həyata keçirən, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma, qanunçuluğun pozulması halları, əməkdaşların qanunazidd hərəkətlərindən şikayətlər, ərizə və məlumatlar üzrə xidməti təhqiqatın aparılması işini təşkil edən müstəqil struktur hissədir.

İdarənin tərkibinə ərizə və şikayətlərə baxılması şöbəsi, təşkilati-analitik bölmə və katiblik daxildir.

İdarənin əsas vəzifələri aşağıdakılardır:

  • Azərbaycan Respublikasının daxili  işlər orqanlarında qanunçuluğa riayət edilməsinə daxili nəzarətin həyata keçirilməsi;
  • Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları tərəfindən fiziki və hüquqi şəxslərin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlərin görülməsi;
  • Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının xidmət apararkən etdiyi hüquqazidd və ya ləkə gətirən ləyaqətsiz hərəkətlər üzrə daxili təhqiqatın aparılması;
  • Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları  tərəfindən hazırlanan və ya törədilən vəzifə cinayətləri, xətaları və digər hüquqazidd əməllər üzrə istintaqaqədər xidməti yoxlamaların aparılması;
  • daxili işlər orqanları əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunmasının təmin edilməsi.