Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli)


Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsini həyata keçirən müstəqil struktur hissədir.

MMB aşağıdakı vəzifələri həyata keçirir:

  • Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi.
  • İnterpol kanalları ilə daxil olan sorğu və tapşırıqların icrası.
  • Cinayətlərin qarşısının alınması və açılması məqsədilə digər ölkələrin MMB-lərinə cinayətlər və cinayətkarlar, habelə şəxslərin, əşya və sənədlərin axtarışı barədə sorğuların göndərilməsinin təmini.
  • Digər ölkələrin MMB-lərindən daxil olan analoji müraciət və məlumatların respublikanın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə icrasının təmin edilməsi.
  • Azərbaycanda cinayət törətməkdə şübhəli bilinmiş, cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində həbs qətimkan tədbiri seçilmiş xarici vətəndaşlar haqqında İnterpolun Baş Katibliyinə tapşırıq və məlumatların göndərilməsi.
  • Respublikada cinayətkarlığa qarşı mübarizənin nəticələri, cinayətlərin yeni forma və metodları, eləcə də qabaqcıl təcrübə barədə müfaviq hesabatların tərtibi və zəruri hallarda belə məlumatların İnterpolun Baş Katibliyinə təqdim edilməsi.
  • Beynəlxalq polis əməkdaşlığı çərçivəsində əldə olunan operativ və digər məlumatlar bankının yaradılması.
  • Transmilli cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq sahəsindəki tələblər, şərtlər barədə respublikanın hüquq-mühafizə orqanlarının məlumatlandırılması və bu yönümdə işin təkmilləşdirilməsinə dair Baş Katibliyə təkliflər verilməsi.
  • Polisin fəaliyyətinə, habelə transmilli cinayətlərlə mübarizəyə dair beynəlxalq hüquq normalarını əks etdirən sənədlərin, müqavilələrin Baş Katiblikdən sorğu edilməklə alınması.
  • Cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın problemlərinə dair xülasələrin, məruzələrin, İnterpola üzv olan ölkələrin kriminal xidmətlərinin məlumatları əsasında ümumiləşdirmiş təkliflərin hazırlanması.

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 1993-cü il tarixli 72 nömrəli Qərarı ilə yaradılmışdır.