Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Baş Təşkilati-İnspeksiya İdarəsi


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində təşkilati-nəzarət funksiyalarını - ölkədəki mövcud kriminogen durumun kompleks təhlilinə əsasən hüquq-mühafizə vəzifələrinin həlli və əməliyyat-xidməti fəaliyyətin əsas yönümləri üzrə görüləcək işlərin planlaşdırılmasını, nəticələrinin ümumiləşdirilməsini, bu məqsədlərlə DİN-in xidmətlərinin, daxili işlər orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, kompleks, inspektor və s. yoxlamaların aparılmasını, ştat intizamına, ali hakimiyyət orqanlarının və DİN-in hüquqi-normativ aktlarının icrasına nəzarəti həyata keçirən müstəqil struktur hissədir.

Baş İdarənin əsas vəzifələri aşağıdakılardır:

  • respublikada, onun ayrı-ayrı bölgələrində əməliyyat şəraitinin kompleks təhlili, fəaliyyətin səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması;
  • idarəçilik mexanizminin təkmilləşdirilməsi, nazirliyin mərkəzi aparatının xidmətlərinin tabelikdəki orqan və hissələrə təsirinin yüksəldilməsi üzrə görülən tədbirlərin təşkilati təminatı. Qabaqcıl təcrübənin öyrənilməsi və yayılması;
  • kompleks tədbirlərin hazırlanması və icrasının təşkili, nazirliyin xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsi;
  • nazirliyin əməliyyat-xidməti fəaliyyətinin planlaşdırılması;
  • Azərbaycan Respublikası DİN-in mərkəzi aparatının xidmətlərində, daxili işlər orqanlarında kompleks, inspektor, nəzarət və məqsədli yoxlamaların keçirilməsi, əməli köməklik göstərilməsi, həvalə olunmuş vəzifə və funksiyaların faktiki icrasına nəzarət edilməsi; 
  • Azərbaycan Respublikasında əməliyyat şəraiti (fövqəladə hadisələr, ağır cinayətlər və s.) haqqında məlumatların toplanmasının təşkili, onların təhlili, bunun əsasında idarəçilik qərarlarının hazırlanması və onların icrasına nəzarət;
  • Daxili İşlər Nazirliyi sistemində struktur təkmilləşdirmələrinin həyata keçirilməsi və inkişaf etdirilməsi üzrə təkliflərin işlənib  hazırlanması. Təşkilati-ştat fəaliyyətinin təhlili, ştat intizamına nəzarət, onun nəticələrinin qiymətləndirilməsi;
  • fövqəladə vəziyyət, həmçinin geniş miqyaslı kompleks əməliyyatların keçirilməsi zamanı daxili işlər orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
  • Daxili İşlər Nazirliyi xidmətlərinin, şəhər, rayon, nəqliyyatda daxili işlər orqanlarının müvafiq analitik xidmətlərinin fəaliyyətinin təşkilati-metodiki təminatı.

Baş İdarənin strukturuna Təşkilati-analitik şöbə, İnspektorluq şöbəsi, Nəzarət-əlaqələndirmə şöbəsi, Təşkilati-ştat xidməti və Təşkilati-metodiki bölmə daxildir.