Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Keçid müddəaları


I. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

II. Hakimlərin bu Qanunun 21-ci maddəsinin I—III hissələrində, 22-ci maddəsində, 23-cü maddəsinin 8—10-cu bəndlərində, 24-cü maddəsinin III hissəsinin 1-ci bəndində və II—IV hissələrində, 25-ci maddəsinin 6-cı bəndində nəzərdə tutulmuş azadlıq və mənzil toxunulmazlığı hüquqlarının məhdudlaşdırılmasına dair səlahiyyətləri yeni cinayət-prosessual qanunvericiliyi qəbul olunduqdan, habelə «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hakimlər təyin edildikdən sonra qüvvəyə minir.

III. Hakimlərin azadlıq və mənzil toxunulmazlığı hüquqlarının məhdudlaşdırılmasına dair səlahiyyətləri qüvvəyə minənədək, həmin səlahiyyətlər mövcud cinayət-prosessual qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

IV. Bu Qanunun 18-ci maddəsinin 5 və 7-ci bəndləri xüsusi tibb müəssisələri və qəbuletmə-bölüşdürmə məntəqələri olmayan inzibati-ərazi vahidlərində yarandıqdan sonra tətbiq edilir. Həmin müəssisə və məntəqələr olmayan inzibati-ərazi vahidlərində mövcud qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 28 oktyabr 1999-cu il

№ 727-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (16 noyabr 1999-cu il, № 262) .

«Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1999-cu il, № 11, maddə 611).

12 oktyabr 2001-ci il tarixli, 207-IIQD nömrəli; 15 noyabr 2001-ci il tarixli, 214-IIQD nömrəli; 15 mart 2002-ci il tarixli, 272-IIQD nömrəli; 24 may 2002-ci il tarixli, 333-IIQD nömrəli; 24 dekabr 2002-ci il tarixli, 408-IIQD nömrəli; 20 iyun 2003-cü il tarixli, 484-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 30 dekabr 2005-ci il tarixli, 49-IIIQD nömrəli; 30 dekabr 2005-ci il tarixli, 50-IIIQD nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 159-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 389-IIIQD nömrəli; 1 aprel 2008-ci il tarixli, 576-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 622-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli; 2 oktyabr 2008-ci il tarixli, 690-IIIQD nömrəli; 26 may 2009-cu il tarixli, 818-IIIQD nömrəli; 28 aprel 2009-cu il tarixli, 807-IIIQD nömrəli; 1 fevral 2010-cu il tarixli, 944-IIIQD nömrəli; 1 fevral 2010-cu il tarixli, 951-IIIQD nömrəli; 27 dekabr 2013-cü il tarixli, 870-IVQD nömrəli; 28 oktyabr 2014-cü il tarixli; 3 aprel 2015-ci il tarixli, 1239-IVQD nömrəli; 6 oktyabr 2015-ci il tarixli, 1370-IVQD nömrəli; 4 dekabr 2015-ci il tarixli, 30-VQD nömrəli; 29 dekabr 2015-ci il tarixli, 85-VQD nömrəli; 1 fevral 2016-cı il tarixli, 120-VQD nömrəli; 23 fevral 2016-cı il tarixli, 131-VQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə.