Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin xüsusi rütbələrinə uyğun geyim formasının və fərqlənmə nişanlarının yeni nümunələrinin müəyyən edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. bir ay müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilmə qaydalarını, normalarını və istifadə müddətlərini təsdiq etsin;
2.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin olunması üçün Azərbaycan Respublikasının dövlət büdcəsində maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutsun.
3. «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 iyun tarixli, 451 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddə 457; 2002-ci il, № 6, maddə 370) qüvvədən düşmüş hesab edilsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 12 iyun 2006-cı il
№ 1499
«Azərbaycan» qəzetində dərc edilmişdir (14 iyun 2006-cı il, № 130) .
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2006-cı il, № 6, maddə 515)

___________________________________________________________________________________

Azərbaycan Respublikası
Prezidentinin
2006-cı il 12 iyun tarixli,
1499 nömrəli sərəncamı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri
1. Ali rəis heyətinin geyim forması
1.1. Parad-çıxış furajkası
Furajka oval formalı olub, polad rəngli yun parçadan tikilir, dib, yan, dayaq və günlükdən ibarətdir. Yan hissələrlə dibin birləşmə xəttində 0,3 sm enində bəzək kantı buraxılmışdır. Yan hissələr 4 hissədən ibarətdir. Dayaq bir tikişlidir, üzərində 4 sm enində bəzək lenti tikilmişdir. Günlük ön hissədən ibarət olmaqla eni 6 sm-dir. Furajka astarlıdır. Astar dib və yan hissələrdən ibarətdir. Alınlıq 4,5 sm enində dəridən tikilir. Furajkanın hər iki yan tərəfində bir-birindən 2 sm aralıda 1,2 sm diametrində hava keçirmək üçün ortası torlu 1 cüt xüsusi basma düymə bərkidilir. Furajkanın günlüyü qızılı saplarla toxunmuş iki sıra palıd yarpağı ilə bəzənir. Dayağın üstündə günlük boyu eni 1,5 sm olan, üstü qızılı saplarla toxunmuş, gerb həkk olunmuş iki kiçik düymə ilə dayağa bərkidilmiş kəmər olur. Kəmərin üstündə mərkəzdə kokarda yerləşir.
1.2. Gündəlik furajka
Furajka tünd göy rəngdə olur, öz konstruksiyasına görə eynilə parad-çıxış furajkası kimidir.
1.3. Pilotka
Pilotka tünd göy rəngli parçadan tikilir. Başlıq və yan hissədən ibarətdir. Başlıq ikihissəlidir. Başlığın birləşmə xətti 0,1 sm bəzək tikişi ilə bəxiyələnir. Yan hissələr başlığın aşağısına birləşir, sol yan hissənin ucu pilotkanın sağ tərəfinə, sağ yan hissənin ucu isə sol tərəfə tikilir. Sol yan hissənin ucu üstdə olmalıdır. Yan tərəfinin ucuna eni 0,3 sm olan qızılı rəngli bəzək lenti tikilir. Yan hissənin öndə hündürlüyü 10 sm, arxada 9 sm olmalıdır. Kantın kənarı 0,1 sm bəzək tikişi ilə bəxiyələnir. Pilotka astarlıdır. Başlıq yan hissələrlə 2,5 sm enində alınlıqla birləşir. Alınlığın kənarları 0,1 sm enində bəzək tikişi ilə bəxiyələnir. Pilotkanın başlığı və yan hissələri yapışqanlı araqatı ilə yapışdırılır. Önün sol tərəfində mərkəzdən və aşağıdan 2 sm məsafədə 5,6 x 6,4 sm ölçülərdə qızılı rəngli saplardan toxunmuş kokarda olur. Pilotkanın ortada hündürlüyü 14 sm-dir.
1.4. Səhra furajkası
Furajka boz rəngli və ya kamuflyaj rəngli olub, kostyumun əsas parçasından tikilir. Furajka başlıq və günlük hissədən ibarətdir. Başlıq isə altı xiştəkdən ibarətdir. Xiştəklərin birləşmə xəttinin hər iki tərəfi 0,3 sm enində bəzək tikişi ilə bəxiyələnir. Günlük mərkəzdən simmetrik olub, ortada eni 7,5 sm, günlüyün ortasından 2 sm mərkəzə doğru məsafədəki eni 14 sm-dir. Günlüyün kənarları 0,8-1,6 sm məsafə boyu cüt bəzək tikişi ilə bəxiyələnir. Furajkanın ön hissəsində günlüyün üstündə eni 2 sm olan kənarları 0,2 sm bəzək tikişi ilə bəxiyələnmiş öz parçasından tikilmiş kəmərcik diametri 1 sm olan plastmas düymə ilə birləşir. Xiştəklərin birləşmə xəttinin ortasında və başlığın ortasında diametri 1,5 sm olan plastmas düymə bərkidilir. Arxa 4 xiştəkdə diametri 0,8 sm olan açıq basma düymə bərkidilir. Furajkanın arxasında ölçüləri tənzimləmək üçün plastmas basmacıqlı lent tikilir. Furajkanın içi astarsızdır, xiştəklər isə məxsusi paralonla tikilir. Furajkanın arxa kəsiyi 0,7 sm qara rəngli köbə ilə tikilir. Başlığın yan hissəsinin eni 0,3 sm bəzək tikişi ilə bəxiyələnir. Başlığın mərkəzində kəmərciyin üstündə hündürlüyü 5,6 x 6,4 sm ölçüdə qızılı saplarla toxunmuş kokarda bərkidilir. Günlük qızılı saplarla toxunmuş iki sıra palıd yarpağı ilə bəzənir.
1.5. Qaragül xəzindən isti qulaqlı papaq
İsti qulaqlı papaq boz rəngli qaragül dərisindən tikilir, hündürlüyü 12 sm-dir. Dörd xiştəkli başlıqdan, günlükdən və qulaqlıqdan ibarətdir. Qulaqlığın ucuna qaytan tikilir. Başlığın üstü təbii xəzdən, alt detalları isə mahud parçadan tikilır. Başlığın içi gücləndirilmişdir, astarlıdır. Astar 2,5 sm enində araqatı ilə sırınır. Papağın xiştəkləri 0,2 sm bəzək tikişi ilə bəxiyələnir. Ön hissədə mərkəzdə aşağıdan 3,5 sm yuxarıya doğru 5,6 x 6,4 sm ölçüdə qızılı saplarla toxunmuş kokarda bərkidilir (səh. 3).
1.6. Parad-çıxış paltosu
Palto polad rəngli yun parçadan tikilir, iki bortludur. Dörd ədəd 2,2 sm diametrli forma düyməsi ilə bağlanır, sol ətəkdə sağ ətəkdəki düymələrə paralel 4 ədəd bəzək düymələri tikilir.
Ətəklər iki qarsaqlıdır, yan hissəsində kəsik ciblər tikilir. Cib girişinin ölçüsü 15-16 sm-dir. Cibin girişinə eni 1 sm olan köbə tikilir. Cib girişinin üst və alt kənarları 0,2 sm enində bəzək tikişi ilə bəxiyələnir. Ciblər çəpinə qapaqla örtülür. Qapağın eni 9,5 sm, uzunluğu 19-20 sm, qapaqların kənarları, cib qapağının birləşmə xətti 2 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Yaxalıq dayaqla bütöv biçimlidir, qatlanandır. Üst yaxalığa asılqan tikilir. Yaxalıqla laskan iti bucaq əmələ gətirir. Laskanın sərbəst ucu 9 sm, yaxalığın sərbəst ucu isə 11 sm olur. Yaxalıq uclarda qarmaqla bağlanır. Yaxalığın kənarlarına eni 0,3 sm olan qırmızı mahud parçadan kant tikilir.
Kürək bütöv biçimlidir, iki qarsaqlıdır. Ortada ikitərəfli qat salınır, aşağı hissəsi ortadan kəsilir və köbə ilə bəxiyələnir. Kürəyin yuxarı hissəsindəki qat orta tikişdən 2,5 sm məsafədə olan paralel və üçbucaqla tamamlanan bəzək tikişi ilə bəndlənir. Bəndin uzunluğu 17,5 sm-dir. Kürəyin aşağısındakı kəsikdə qarşılıqlı qatlama 3 kiçik forma düyməsi və ilgəklə düymələnir. Qarşılıqlı qatlamanın uzunluğu 51 — 66 sm olmalıdır. Qatlamanın dərinliyi 5 sm olur. Paltonun hündürlüyü yerdən 40 — 42 sm-dir. Kürəyin bel nahiyəsində 6,5 — 7 sm olan kəmər var. Kəmərin üstündə eni 6,5 — 7 sm, uzunluğu 25 — 28 sm olan iki forma düyməsi ilə düymələnən kəmərcik tikilir.
Qollar iki tikişlidir. Qolların aşağısında 16 sm uzunluğunda köbə tikilir. Köbənin qola birləşmə xəttinə eni 0,3 sm qırmızı mahuddan kant tikilir. Köbənin birləşmə xətti 2 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Yaxalıq, bortlar və laskan 1,5 sm enində bəzək tikişi ilə bəxiyələnir. Palto qurşağa qədər astarlıdır. Astar istiləşdirici araqatı ilə sırınır. Ətəyin ön hissəsində döş nahiyəsində girişi 14 sm olan bir köbəli kəsmə ciblər tikilir. Bir asılqan düymə ilə düymələnir (səh. 1, şəkil 1).
1.7. Gündəlik palto
Palto tünd göy rəngli olub yun parçadan tikilir, iki bortludur, laskanlıdır, qatlanan yaxalıqlıdır, 3 ədəd forma düyməsi ilə düymələnir. Sol ətəkdə sağ ətəkdəki düymələrə paralel 3 bəzək düyməc tikilir.
Ətəklər iki qarsaqlıdır, yan hissələrində 2 kəsik cib tikilir. Cibin ölçüsü 15 — 16 sm-dir. Cib girişinə eni 1 sm olan köbə tikilir. Cibin girişinin üst və alt kənarları 0,2 sm enində bəzək tikişi ilə bəxiyələnir. Ciblər çəpinə qapaqla örtülür. Qapağın eni 9,5 sm, uzunluğu 19 — 20 sm-dir. Qapaqların kənarları, cib qapağının birləşmə xətti 2 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Yaxalıq dayaqla bütöv biçimlidir və qatlanandır. Üst yaxalıqda asılqan tikilir. Yaxalıqla laskan iti bucaq əmələ gətirir. Laskanla yaxalığın sərbəst ucları 9 sm-dir. Yaxalığın dayağının eni qatlanmış vəziyyətdə 5 sm olur. Yaxalığın kənarına eni 0,3 sm olan qırmızı mahuddan kant tikilir.
Kürək bütöv biçimlidir və iki qarsaqlıdır. Ortada ikitərəfli qat salınır, aşağı hissəsi ortadan kəsilir və köbə ilə bəxiyələnir. Kürəyin yuxarı hissəsindəki qat orta tikişdən 2,5 sm məsafədə olan paralel və üçbucaqlı tamamlanan bəzək tikişi ilə bəndlənir. Bəndin uzunluğu 17,5 sm-dir. Kürəyin aşağısındakı kəsikdə qarşılıqlı qatlama var. Üç kiçik forma düyməsi ilə ilgəklə düymələnir. Qarşılıqlı qatlamanın uzunluğu 51 — 66 sm, dərinliyi 5 sm-dir. Paltonun hündürlüyü yerdən 40 — 42 sm-dir. Kürəyin bel nahiyəsində 6,5 — 7 sm olan kəmər var. Kəmərin üstündə eni 6,5 — 7 sm, uzunluğu 25 — 28 sm olan iki forma düyməsi ilə düymələnən kəmərcik tikilir. Kəmərciyin ucları üçbucaq fiqurludur.
Qollar iki tikişlidir. Qolların aşağısında 16 sm uzunluğunda köbə tikilir. Köbənin qola birləşmə xəttinə eni 0,3 sm olan qırmızı mahuddan kant tikilir. Köbənin birləşmə xətti 2 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Yaxalığın, laskanın, bortun kənarları 1,5 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Palto qurşağa qədər astarlıdır. Astar istiləşdirici araqatı ilə sırınır. Ətəyin ön hissəsində döş nahiyəsində girişi 14 sm olan bir köbəli kəsmə cib tikilir, bir asılqan düymə ilə düymələnir (səh. 1, şəkil 2).
1.8. Plaş-palto
Plaş-palto tünd göy rəngli plaşlıq parçadan olub bir bortludur, qatlanan yaxalıqlıdır, laskanlıdır, gizli bağlamalıdır, dörd ədəd 2,2 sm plastmas düymə və ilgəklə bağlanır.
Ətəklərin yan hissəsində eni 4 sm, 16 — 17 sm uzunluğunda listikli kəsik yan ciblər olur.
Alt və üst yaxalıq ayrı biçilmiş dayaqla tikilir. Dayağın ortada eni 3 sm-dir. Yaxalığın ortasına asılqan tikilir. Laskanla yaxalığın birləşməsi iti bucaq əmələ gətirir. Yaxalıqla laskanın sərbəst ucları 7 sm olur.
Qollar iki tikişlidir. Alt və üst qolun birləşmə xətti 0,5 sm bəzək tikişi ilə bəxiyələnir.
Kürək iki hissədən ibarətdir. Aşağı şlitslə qurtarır, uzunluğu 38 — 40 sm-dir. Orta tikiş və şlitsin kənarı 0,5 sm enində bəzək tikişi ilə bəxiyələnir. Şlitsin üstündə eni 4 sm olan bəndləmə olur. Plaş-paltonun yan tikişlərində eni 1 sm, hündürlüyü 4,5 sm olan kəmər keçirilməsi üçün 2 ədəd körpücük olur.
Bortun kənarından gizli bağlamanın kənarınadək məsafə 8 sm-dir və bəzək tikişi ilə bəndlənir. Kəmərin, yaxalığın, laskanın və bortun kənarı 0,5 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Plaş-palto aşağıya qədər astarlıdır. Plaş-paltonun hündürlüyü yerdən 45 sm olur (səh. 1, şəkil 4).
1.9. Qış gödəkçəsi
Gödəkçə tünd göy rəngli yun parçadan tikilir, mərkəzdən zəncirbəndlə bağlanır və düz biçimlidir.
Ətək koketka və aşağı hissələrdən ibarətdir. Ön hissənin döş nahiyəsində çəpinə zəncirbəndlə bağlanan 14 sm girişi olan iki köbəli cibləri vardır. Ciblər fiqurlu orta kəsikdə yerləşirlər. Ətəyin yan hissəsində 3,5 sm enində, 20,5 sm uzunluğunda listikli kəsik ciblər vardır. Cibin kənarları 0,2 sm, koketkanın birləşmə tikişi, listikin kənarları 1 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Kürək koketka və iki aşağı hissədən ibarətdir. Koketkanın və iki aşağı hissənin birləşmə tikişi 1 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Qol iki tikişlidir. Qolun dirsək tikişi 1 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Yaxalıq qaragül dərisindən tikilir, qatlanandır, qarmaqla bağlanır, uclarda 12 sm, ortada isə eni 11 sm-dir. Zəncirbəndin kənarları 1 sm enində bəzək tikişi ilə bəxiyələnir. Gödəkçə kiteldən 5 sm uzundur (şəkil 3).
1.10. Plaş-örtük
Plaş-örtük boz rəngli rezinləşdirilmiş parçadan tikilir. Yaxası açıqdır, bağlanan başlığı var. Qabaq hissəsi görünməyən düymələrlə bağlanır. Qolların çıxarılması üçün kəsik ciblər qoyulur.
1.11. Plaş-örtüyü gəzdirmək üçün qayış
Qayış qara rəngli dəridən tikilir, uzun və qısa çiyinlikdən, eləcə də birləşdirici hissələrdən ibarətdir. Yığılmış halda gəzdirmək üçün uzun və qısa qayışlardan xüsusi ilgəklər hazırlanır.
1.12. Parad-çıxış geyim forması
Parad-çıxış geyim forması polad rəngli 70%-li yun parçadan tikilir, kitel və şalvardan ibarətdir.
Kitel
Kitel — yarımyapışıq biçimlidir, laskanlıdır, bir bortludur və mərkəzdən 4 ədəd forma düyməsi ilə düymələnir.
Ətəyin yuxarı hissəsində qapaqları fiqurlu olan üstdən qoyma ciblər tikilir. Ciblərin hündürlüyü 13,5 sm, eni 13 sm-dir. Ortadan 3,5 sm enində qatlaması olur. Cib qapaqlarının uclarda eni 3,5 sm, ortada isə 5,5 sm-dir. Cib qapaqlarının kənarları, birləşmə xətti, cib qatlamasının kənarı 0,5 sm, cibin özü isə 0,2 sm enində bəzək tikişi ilə bəxiyələnir. Ətəklərin aşağı hissəsində kəsik yan ciblər tikilir. Cib girişinin ölçüsü 15 — 16 sm olub, 1 sm enində köbəlidir. Qapağın kənarı, birləşmə xətti 0,5 sm, köbənin kənarı isə 0,2 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Kürək iki hissəlidir. Orta hissə şlitslə qurtarır. Şlitsin üstü 4 sm enində bəndlənir.
Yaxalıq qatlanandır, üst yaxalıq kəsik dayaqlıdır, dayağın ortada eni 3 sm olur. Yaxalıq laskanla 900 bucaq əmələ gətirir. Yaxalığın sərbəst ucu 4 sm, laskanın sərbəst ucu 4,5 sm enində olur. Yaxalığın kənarlarına 0,3 sm qırmızı mahuddan kant tikilir.
Qollar iki tikişlidir. Qolun aşağısına 10 sm hündürlüyündə köbə tikilir. Köbənin birləşmə xəttində eni 0,3 sm olan qırmızı mahuddan kant olur. Üst və yan cib qapaqları bir kiçik forma düyməsi ilə düymələnir. Kitel astarlıdır. Astarın ön hissəsində iki köbəli bir plastmas düymə və asılqan ilgəklə düymələnən döş cibləri vardır (səh. 2, şəkil 6).
Şalvar
Şalvar düz biçimlidir, kəsmə qurşaqlıdır, eni 4,5 sm, qarmaq və bir düymə ilə düymələnir. Qurşaqda eni 1 sm, uzunluğu 4,5 sm olan 7 ədəd körpücük tikilir. Şalvarın ön hissəsində düz kəsmə yan ciblər vardır. Cib girişi 17 sm olmaqla yuxarı və aşağı hissələri bəndlənir. Şalvarın miyançası zəncirbəndlə bağlanır. Ön hissədə bir qatlama vardır. Şalvarın arxa hissəsində bir qarsaq tikilir. Arxa sağ hissəsində fiqurlu qapaqlı köbəli kəsik ciblər olur. Cib girişinin ölçüsü 14 sm, cib qapağının eni uclarda 3,5 sm, ortada isə 5,5 sm-dir. Cibin və qapaqların kənarları 0,2 sm enində bəzək tikişi ilə bəxiyələnir. Şalvarın yan tikişlərində eni 0,3 sm ölçüdə olan qırmızı mahuddan kant tikilir. Kantdan 0,5 sm məsafədə ona paralel ön və arxa hissələrdə 2,5 sm enində qırmızı mahuddan lampaslar tikilir. Balaq içəri qatlanır (səh. 2, şəkil 6).
1.13. Gündəlik geyim forması
Gündəlik geyim forması tünd göy rəngli 70%-li yun parçadan tikilmiş kiteldən və şalvardan ibarətdir. Öz konstruksiyasına görə parad-çıxış geyim forması ilə eynidir (səh. 2, şəkil 7).
1.14. Yay şalvarı
Şalvar konstruksiyasına görə gündəlik geyim formasının şalvarı ilə eynidir, 40 %-li yun parçadan hazırlanır (səh. 2, şəkil 8).
1.15. Gündəlik geyim forması (mont)
Gündəlik geyim forması mont və şalvardan ibarətdir, tünd göy rəngli kostyumluq parçadan tikilir (səh. 1, şəkil 5).
Mont
Düz biçimlidir və mərkəzdən zəncirbəndlə bağlanır.
Ətəklərinin yan tərəfində listikli, çəpinə kəsmə ciblər tikilir. Ciblərin qırışının ölçüsü 16 — 17 sm, listikinin eni 2,5 sm olur. Kürək bütöv biçimlidir. Qolları iki tikişlidir, aşağı kənarları eni 7 sm olan elastik trikotaj manjetlidir.
Çiyin tikişinin üstündə eni 2,5 x 3 sm, aralarındakı məsafə isə 5 sm olan poqon keçirmək üçün 2 ədəd körpücük tikilir. Körpücükdən 2 sm yaxalığa tərəf, tikişdən isə 1 sm arxaya 3 ədəd kiçik ilgək açılır. Çiyin tikişi 0,6 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Gödəkçənin qurşağı elastik trikotajdan tikilir. Qurşağın eni 7 sm olur. Qurşağın ön tərəfinin hər iki ucu eni 7 sm, uzunluğu 11 sm parçadan olur.
Yaxalıq dayaqlıdır, elastik trikotaj materialdan tikilir. Yaxalığın eni 4 sm olur. Boyun dibinə astarlıq materialdan asılqan tikilir.
Poqonların kənarları və qol dibi 0,2 sm enində bəzək tikişi ilə ətək tərəfinə bəndlənir.
Ətəyin bort hissəsi zəncirbəndin kənarı ilə 1 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Ciblərin kənarları və boyun dibi 0,2 sm, qolun dirsək tikişi 0,5 sm enində bəzək tikişi ilə qolun üst tərəfinə bəxiyələnir. Mont astarlıdır, döş nahiyəsində iki köbəli cib tikilir. Cibin girişinin ölçüsü 13 — 14 sm olur. Astar istiləşdirilmiş araqatı ilə sırınır (səh. 1, şəkil 5).
Şalvar
Şalvar konstruksiyasına görə gündəlik geyim formasının şalvarı ilə eynidir. (səh. 1, şəkil 5).
1.16. Pulover
Pulover düz biçimlidir, toxunmadır. Ön hissəsi üçbucaq formalı, yaxalıqlıdır.
Yaxalıq 3 sm enində ikiqat toxunmuşdur. Mərkəzdən düz tikişlə birləşir. Ətəyi 6 sm enində ikiqat toxunmuş manjetlidir.
Kürəyi bütövdür.
Qolları bir tikişlidir. Qolların aşağısı 6 sm enində ikiqat tənzimlənən toxunmadır. Qolun dirsək səviyyəsində eni 12 x 21 sm ölçüdə trikotaj parçadan dirsəklik tikilir. Dirsəkliyin kənarları oval formalıdır, xüsusi tikişlə tikilir. Dirsəklik tikiş xətti boyunca 0,2 sm enində bəzək tikişi ilə bəxiyələnir. Puloverə yuxarı hissədə qol dibi boyunca 20 sm, yaxalıq boyunca isə 10 sm enində olan trapesiya formalı gücləndirici koketka tikilir. Koketka qol dibi və yaxalıq boyunca 0,2 sm bəzək tikişi ilə bəxiyələnir.
Çiyin tikişinin üstünə 2,5 x 3 sm ölçüdə, aralarındakı məsafə isə 5 sm olan poqon keçirmək üçün 2 ədəd körpücük tikilir. Körpücükdən 2 sm yaxalığa, tikişdən 1 sm arxaya tərəf 3 ədəd kiçik ilgək açılır. Pulover astarsızdır. Yan tikişləri xüsusi trikotaj tikişləri ilə tikilir.
1.17. Yay səhra kostyumu
Yay səhra kostyumu gödəkçə və şalvardan ibarətdir, boz və ya kamuflyaj rəngli pambıq parçadan tikilir.
Gödəkçə
Gödəkçə düz biçimlidir, mərkəzdən altı ədəd basma düymə ilə düymələnir. Ətəyin döş nahiyəsində üstdən qoyma fiqurlu qapaqlı ciblər tikilir. Cibin qapaqları iki ədəd basma düymə ilə düymələnir. Cib qapaqlarının eni 5,3 sm, cibin eni 17 sm , uzunluğu isə 16,5 sm olur. Cibin və qapağın kənarları 0,2 — 0,7 sm, qapağın birləşmə tikişi isə 0,5 sm cüt bəzək tikişi ilə bəxiyələnir. Cibin ortasında qarşılıqlı qatlama vardır. Kürək düz biçimlidir, koketka və aşağı hissədən ibarətdir. Aşağı hissə ortadan qarşılıqlı qatlamalıdır, qatlamanın dərinliyi mərkəzdən 4 sm-dir. Qatlama beldən aşağıya qədər bağlıdır. Koketkanın aşağı hissəsi ilə birləşmə tikişi 0,2 — 0,7 sm enində cüt bəzək tikişi ilə bəxiyələnir. Qol iki tikişlidir, qolun aşağısında eni 7 sm, bir ucu fiqurlu olub, bir basma düymə ilə düymələnən manjet tikilir. Qolun dirsək tikişində bağlama kəsiyinin hündürlüyü 11 sm-dir. Qolun yuxarısından 15 sm məsafədə, tərs üzündən 4 sm enində və 28 sm uzunluğunda bir basma düymə ilə düymələnən kəmərcik tikilir. Kəmərcik qolun qısalaşdırılması funksiyasını daşıyır.
Yaxalıq dayaqlıdır, dayağın hündürlüyü 3 sm, yaxalığın ortada eni 9 sm, uclarda eni isə 8 sm-dir. Çiyin tikişinə eni 5 sm, uclarda isə eni 3,5 sm bir basma düymə ilə düymələnən poqon tikilir.
Bortun, yaxalığın, poqonun, çiyin tikişinin, körpücüyün və manjetin kənarları 0,2 — 0,7 sm cüt bəzək tikişi ilə bəxiyələnir. Gödəkçənin ətəyi 2,5 sm tikişlə bəxiyələnir. Yaxalığın ortasında əsas parçadan asılqan tikilir.
Gödəkçə yarıastarlıdır, astarın döş nahiyəsində eni 2 sm köbəli, girişi 14,5 sm olan daxili ciblər tikilir. Kürəyin orta hissəsində astarın uzunluğu 14 sm olmaqla, qol dibinə bəndlənir. Gödəkçə şalvarın içinə salınır (səh. 2, şəkil 10).
Şalvar
Şalvar düz biçimlidir, ön hissədə girişi 18 sm olan yan ciblər vardır, ön qat xəttində dərinliyi 2,5 sm olan 1 ədəd qatlama olur. Yan tikişlərin üstündə yan ciblərdən 15 sm aşağıda üstdən qoyma qapaqlı ciblər tikilir. Qapağın ortada eni 5,3 sm, uzunluğu 19 sm, cibin eni 18,5 sm, uzunluğu isə 19 sm-dir. Cibin ortasında dərinliyi 2 sm olan qarşılıqlı qatlama vardır. Cib iki basma düymə ilə düymələnir. Cib qapağının kənarları 0,2 — 0,7 sm cüt, birləşmə xətti isə 0,7 sm bəzək tikişi ilə bəxiyələnir. Şalvarın arxa hissələrində fiqurlu qapaqlı, bir basma düymə ilə düymələnən kəsik ciblər olur. Cib köbəsinin eni 2 sm, kənarları 0,2 sm, qapaqlarının kənarları isə 0,2 — 0,7 sm cüt bəzək tikişi ilə bəxiyələnir. Şalvarın ön hissəsi miyançalıdır və çəpinə ilgəkli üç plastmas düymə ilə düymələnir. Şalvarın yuxarı hissəsində 4,5 sm enində iki hissədən ibarət kəmər tikilir. Şalvarın yan tikişləri səviyyəsində 14 sm məsafədə eni 4,5 sm olan rezin tikilir. Yan tikişdən 2 sm önə tərəf eni 3,7 sm , uzunluğu 12 sm olan tənzimləyici kəmərcik tikilir. Arxa hissənin ortasından önə tərəf eni 3,7 sm, uzunluğu 6 sm olan kəmərciyin alt hissəsi tikilir. Kəmərciklər bir-birinə yapışqanlı lentlə bağlanır. Kəmərdə eni 2 sm, uzunluğu 5 sm olan 4 ədəd körpücük tikilir. Kəmər uclarda bir basma düymə ilə düymələnir. Miyançanın üstündəki bəzək tikişinin eni 3,5 sm-dir. Kəmərin, körpücüyün kənarları 0,2 sm, kəmərciyin kənarları isə 0,2 — 0,7 sm cüt bəzək tikişi ilə bəxiyələnir. Şalvarın balağından 4 sm yuxarıya yan tikişdən 4 sm önə tərəf eni 4 sm, uzunluğu 13 sm olan yapışqanlı lentlə tənzimlənən kəmərcik tikilir. Balaqdan 10 sm yuxarıda addım və yan tikişlərdə tənzimləyici qaytan üçün plastmas düymələr tikilir. Balağa eni 3 sm, uzunluğu 44 sm, uclarında ilgəkləri olan, rezinlə tənzimlənən qaytan tikilir. Qaytanın kənarları 0,2 sm, şalvarın balağı isə 2,5 sm enində bəzək tikişi ilə bəxiyələnir (səh. 2, şəkil 10).
1.18. Uzunqol köynək
Uzunqol köynək parad-çıxışda ağ, gündəlik geyim formasında isə açıq boz rəngli olub, pambıq parçadan tikilir. Köynək mərkəzdən diametri 1,1 sm olan yeddi ədəd plastmas düymə və ilgəklərlə bağlanır.
Ətəyin döş hissəsində bir düymə və ilgəklə bağlanan üstdən qoyma fiqurlu qapaqlı cib tikilir. Cibin ortasında 3,5 sm enində qatlama var. Cibin ortada hündürlüyü 13,5 sm, kənarlarında isə 11,5 sm-dir. Cib qapağının eni uclarda 3,5 sm, ortada 5,5 sm-dir. Cib qapağının birləşmə xətti 0,5 sm, kənarları və cib isə 0,2 sm enində bəzək tikişi ilə bəxiyələnir. Kürək koketkalıdır və iki qatdan ibarətdir. Kürək hissədə iki qatlama var.
Köynək dayaqlı yaxalıqlıdır. Yaxalığın uclarının eni 7 sm, orta hissəsi isə 4 sm olur.
Qollar qol dibinə tikilir. İki tikişlidir. Qolun aşağı kəsiyi fiqurlu manjetlidir, eni 7,5 sm-dir. Onun kənarları 0,2 sm, birləşmə xətti isə 1 sm enində bəzək tikişi ilə bəxiyələnir. Manjetin özü bir düymə və ilgəklə düymələnir. Onun qol tikişinə birləşmə xəttində 10 sm hündürlüyündə bir düymə və ilgəklə bağlanan şlits olur.
Çiyin tikişinin üstündə 2,5 x 3 sm ölçüdə, aralarındakı məsafə isə 5 sm olan paqon keçirmək üçün 2 ədəd körpücük tikilir. Körpücükdən 2 sm yaxalığa, tikişdən 1 sm arxaya tərəf 3 ədəd kiçik ilgək açılır.
Köynəyin ətəyi 7 sm enində içəri qatlanır, kəmər funksiyasını daşıyır və kənar tikişləri 0,2 sm enində bəzək tikişi ilə bəxiyələnir. Köynəyin ətəyi düz biçimli olur, yan tikişlərin üstündə 14 sm məsafədə kəmər boyu tənzimləyici rezin tikilir.
Köynək şalvarın üstünə salınır (səh. 2, şəkil 8) .
1.19. Qısaqol köynək
Qısaqol köynək açıq boz rəngli olub, pambıq parçadan tikilir, mərkəzdən ön hissədə yeddi ədəd kiçik forma düyməsi və ilgəklərlə bağlanır. Köynək qatlama yaxalıqlıdır.
Yaxalığın uclarındakı eni 6,5 sm, ortada isə 7 sm-dir.
Qol qol dibinə tikilir, bir tikişlidir, qolların aşağısı qatlama manjetlidir. Qolların uzunluğu dirsəkdən 3 sm yuxarı olur. Manjetin eni 3 sm, yuxarı kənarı 0,5 sm enində bəzək tikişi ilə bəxiyələnir. Laskanın sərbəst kənarı 3 sm-dir. Qısaqol köynəyin digər hissələri uzunqol köynək kimi eyni qaydada hazırlanır.
Köynək şalvarın üstünə salınır (səh. 2, şəkil 9).
1.20. Qalstuk
Qalstuk parad-çıxış geyim forması üçün qara, gündəlik geyim forması üçün tünd göy rəngli ipək parçadan tikilir. Qalstuk aşağıdakı hissələrdən ibarətdir: əsas hissə, daimi düyün və boyunluq.
Əsas hissə 450 bucaq altında kəsilir.
Daimi düyünün hündürlüyü 5 sm-dir.
Boyunluq əsas parçadan, rezindən və metal qarmaqlardan ibarətdir. Əsas hissənin uzunluğu 1 — 3-cü boylar üçün 40 sm, 4 — 6-cı boylar üçün isə 43 sm-dir. Sağ ikiqat rezinin uzunluğu 7 sm, sol rezinin uzunluğu isə 10 sm-dir. Qalstukun ucda eni 8 sm-dir. Boyunluğun düyünlə birlikdə uzunluğu 19 sm, eni isə 1,5 sm-dir.
1.21. Şərf
Şərf parad-çıxış geyim formada ağ, gündəlik paltoda tünd göy rəngli trikotaj və ya toxunma, plaş-paltoda isə tünd göy rəngli ipək parçadan olur. Ölçüsu 24,5 x 116 sm-dir. Ucları saçaqlıdır.
1.22. Əlcək
Əlcək beşbarmaqlı olub, parad-çıxış forması üçün ağ, gündəlik forma üçün tünd göy rəngli zərif dəridən tikilir. Astarlı və ya astarsız olur.
1.23. İsti alt paltarı
İsti alt paltarı ağ və ya mavi rəngli pambıq parçadan tikilir. İsti köynək və tumandan ibarətdir. Üzəri zərif toxunuşlu, astarı bir qədər xovlu olur. Tumanın aşağı hissəsi və köynəyin qolları manjetlidir.
1.24. İdman kostyumu
İdman kostyumu gödəkçə və şalvardan ibarətdir, zərif toxunuşlu parçadan tikilir. Gödəkçənin yaxası zəncirbəndlə bağlanır.
1.25. Mayka
Mayka ağ rəngli olub, pambıq parçadan tikilir. Maykalar qollu və ya qolsuz olur. Maykanın qabaq hissəsi arxasına nisbətən açıq olur.
1.26. Səhra geyim maykası
Mayka boz rəngli olub, pambıq parçadan tikilir, qollu və ya qolsuz olur. Maykanın qabaq hissəsi arxasına nisbətən açıq olur.
1.27. Tuman
Tuman qara və tünd-göy rəngli zərif pambıq parçadan tikilir. Bel hissəsinə rezin salınır. Uzunluğu dizdən bir qədər yuxarı olur.
1.28. Corab
Corab qara və ya tünd-göy rəngli pambıq iplikdən toxunur, qısa boğazlıdır. Boğazının yuxarı hissəsi rezinlə toxunur.
1.29. Ayaqqabı
Ayaqqabı qara rəngli dəridən tikilir, tikilmiş burun, üz, yan, arxa və altlıq hissədən ibarətdir. Yanlarda içəri hissədən rezin sıxacaqlar tikilir. İçlik və burun altlığı dəridən hazırlanır. Dabanlar göndən və rezindən vurulur. Aşağı hissəsi rant üsulu ilə bərkidilir. Çəkmənin içərisinə dəri altlıq qoyulur.
1.30. Səhra çəkməsi
Səhra çəkməsi qara rəngli yuftdan tikilir, hündür boğazlı olur. Üz, yan, burun hissələrindən, uzun dilcikdən və altlıqdan ibarətdir. Üzün qabaq kənarlarında qaytan keçirmək üçün yuvacıqlar açılır. Çəkmənin astarına pambıq parça, altına isə tökmə üsulu ilə hazırlanan dabanlı altlıq yapışdırılır.
1.31. İdman ayaqqabısı
İdman ayaqqabısı altı naxışlı rezin, üstü qalın sıx toxunma parçadan ibarət olub, tökmə üsulu ilə hazırlanır. Üzərinə qaytan keçirmək üçün deşiklər açılır.
1.32. Şap-şap
Şap-şap düz rezin altlıqdan, üstü yarımbağlı və ya çarpaz keçirilmiş tünd rəngli gön qayışdan ibarətdir. İçərisinə içlik yapışdırılır.
1.33. Şalvar üçün gön qayış
Qayışın eni 3,5 sm-dir, qara rəngli göndən hazırlanır. Baş hissəsində qızılı rəngli metaldan toqqası olur, ortasından mil taxılır. Qayışın üzərində ölçüləri nizamlayan deşiklər açılır.
1.34. Xüsusi kəmər
Xüsusi kəmər bel və iki hissəli aşırma kəmərdən ibarət olur, qara rəngli göndən hazırlanır. Bel kəmərinin eni 4,5 sm, aşırma kəmərin eni isə 2 sm-dir. Kəmərin toqqası 6,5 x 5 sm, aşırma kəmərin toqqası 3 x 4 sm ölçüdə qızılı rəngli metaldan hazırlanır. Toqqanın ortasına iki mil taxılır, kəmərin üzərində ölçüləri nizamlayan iki paralel cərgədə deşiklər açılır. Kəmərin sol tərəfində rezin dəyənək üçün dəmir halqa, qaz balonu üçün futlyar, sağ tərəfində isə qobur və əl qandalı üçün futlyar asılır (səh. 13).
1.35. Parad-çıxış kəməri
Parad-çıxış kəməri bel və iki hissəli aşırma kəmərdən ibarət olur, qızılı rəngli ipək və metal saplardan toxunulur. Bel kəmərinin eni 4,5 sm, aşırma kəmərin eni isə 2 sm-dir. Üzərində DİN-in emblemi həkk olunmuş kəmər toqqası 5 x 6 sm, aşırma kəmərin toqqası 3 x 4 sm ölçüdə qızılı rəngli metaldan hazırlanır. Toqqa bir mildən ibarət olur, kəmərin üzərində ölçüləri nizamlayan deşiklər açılır (səh. 1, şəkil 1).
1.36. Akselbant
Akselbant qızıl rəngli ipək sapla toxunulur, parad-çıxış geyim forması üçün nəzərdə tutulur. Yuxarı hissəsi sağ çiyindəki poqonun altına keçirilir, aşağı hissəsi isə özündən toxunulmuş bir düymə ilə kitelin yuxarı ilgək səviyyəsində qarmağa bərkidilir (səh. 2).
1.37. Yaxa nişanı
Yaxa nişanı qızılı saplardan toxunulur və palıd yarpağını əks etdirir. Yaxalığın sərbəst ucuna paralel 1,5 x 3,6 sm bir, kənarına paralel isə 1,5 x 7,5 sm ölçüdə iki yarpaq olur (səh. 3).
1.38. Poqonlar
Parad-çıxış geyim formasında açıq boz, gündəlik formada isə tünd göy rəngli parçadan tikilir. Poqon aşağıdan eni 5,5 sm düz, yuxarı hissəsi isə yarımdairəvi olmaqla eni 4 sm-dir. Uzunluğu 12-18 sm-dir. Poqonların kənarı 0,3 sm enində qırmızı mahudla (aşağı hissədən başqa) haşiyələnir. Poqonların üzərindəki məxsusi emblem və ulduzlar qızılı sapla toxunur. Poqonların yuxarı hissəsinə Azərbaycan Respublikasının dövlət gerbi həkk olunmuş forma düyməsi bərkidilir.
Mont poqonunun altına 2 sm enində körpücük tikilir.
Köynək və puloverdə poqonlar kantsız olur, altına 2 sm enində körpücük tikilir.
Səhra kostyumunda çiyin kəmərciyinə kantsız poqon keçirilir.
1.39. Poqon üçün emblem
2,7 x 4 sm ölçüdə qızılı saplarla toxunan emblemin ortasında üzərində səkkizguşəli ulduz və aypara, altında çarpaz qılınclar, kənarlarında isə palıd yarpağı toxunmuş qalxan olur.
1.40. Kokarda
Kokarda Daxili İşlər Nazirliyinin emblemini əks etdirən simvoldan, səkkizguşəli ulduzdan, onu əhatə edən palıd yarpaqlarından ibarətdir və qızılı rəngli saplarla toxunulur. Furajkalarda kokarda 7,5 x 10,5 sm, papaqda, pilotkada və səhra furajkasında isə 5,6 x 6,4 sm ölçüdə olur (səh. 3).
1.41. Forma düyməsi
Düymələr qızılı rəngli metaldan hazırlanır. Düymələrin üzərində Azərbaycan Respublikasının dövlət gerbi həkk olunur. Diametrləri 2,2 sm və 1,4 sm-dir (səh. 3).
1.42. Qalstuk sıxacı
Sıxac qızılı rəngli 0,8 x 7 sm ölçüdə metal lövhəcikdən ibarətdir. Üzərində rütbəyə uyğun olaraq orta hissəsində səkkizguşəli ulduz, kənarlarında isə palıd yarpaqları həkk olunur. Ulduzların diametri 1,2 sm, palıd yarpaqlarının uzunluğu 2,2 sm-dir (səh. 3).
1.43. Ulduz
Ulduz 2,5 sm diametrində toxunma olur (səh. 3).
1.44. Qol nişanları
Nişanlar iki cür olur. Sol qol nişanının üzərində Azərbaycan Respublikasının bayrağı, fəaliyyət sahəsindən asılı olaraq, müvafiq xidmətlərin xüsusiyyətlərini əks etdirən fərqləndirici rəmzlər, adlar və abreviaturalar göstərilir. Sağ qol nişanının üzərində Daxili İşlər Nazirliyinin emblemi əks etdirilir.
Rəmzlər, adlar və abreviaturalar tünd göy rəngli parçaya qızılı saplarla toxunulur. Nişanların eni 7,4 sm, kənarlarda hündürlüyü 6,8 sm, ortada hündürlüyü 9,4 sm-dir. Nişanların yuxarı hissəsi yarımoval, aşağı hissəsi isə kor bucaqlıdır.
Nişanlar qolun yuxarısından 6 sm aşağıya doğru yerləşir (səh. 3).
2. Orta və böyük rəis heyətinin geyim forması
2.1. Parad-çıxış furajkası
Parad-çıxış furajkası oval formalı olub, tünd göy rəngli parçadan tikilir, dib, yan, dayaq və günlükdən ibarətdir. Yan hissələrlə dibin birləşmə xəttində 0,3 sm enində bəzək kantı buraxılır. Yan hissələr dörd hissədən ibarətdir. Dayaq bir tikişlidir. Günlüyün ön hissədə eni 6 sm-dir. Furajka astarlıdır. Astar dib və yan hissələrdən ibarətdir. Alınlıq 4,5 sm enində dəridən tikilir. Furajkanın hər iki yan tərəfində bir-birindən 2 sm aralıda 0,8 sm diametrində havakeçirici bir cüt basma düymə bərkidilir. Furajkanın günlüyü qara rəngli süni dəridən tikilir. Dayağın üstündə günlük boyu eni 1,5 sm olan qızılı saplarla toxunmuş kəmər iki kiçik düymə ilə bərkidilir. Kəmərin üstündə mərkəzdə emblem, furajkanın yuxarı hissəsinin mərkəzində isə kokarda bərkidilir. Böyük rəis heyəti üçün furajkanın günlüyü əsas parçadan tikilir və üzərində qızılı rəngli palıd yarpağı toxunulur (səh. 13).
2.2. Gündəlik furajka
Gündəlik furajka öz konstruksiyasına görə eynilə parad-çıxış furajkası kimidir (səh. 13).
2.3. Yay səhra furajkası
Furajka öz konstruksiyasına görə ali rəis heyəti üçün nəzərdə tutulan kimidir. Lakin günlükdə toxunma olmur və furajkaya məxsusi kokarda bərkidilir (səh. 13).
2.4. İsti qulaqlı papaq
İsti qulaqlı papaq təbii xəzdən hazırlanır. Dörd xiştəkli başlıqdan, günlükdən və qulaqlıqdan ibarətdir. Qulaqlığın ucuna qaytan tikilir. Başlığın üstü təbii xəzdən, alt detalları isə mahud parçadan hazırlanır. Başlığın içi gücləndirilmişdir, astarlıdır. Astar 2,5 sm enində araqatı ilə sırınır. Papağın xiştəkləri 0,2 sm bəzək tikişi ilə bəxiyələnir. Papağın hündürlüyü 11 sm-dir (səh. 13).
2.5. Parad-çıxış paltosu
Palto tünd göy rəngli paltoluq parçadan tikilir, mərkəzdən 4 ədəd forma düyməsi ilə düymələnir, laskanlıdır, yarıyapışıq biçimlidir. Ətək qarsaqlıdır. Ətəyin yan hissəsində bir forma düyməsi ilə düymələnən fiqurlu qapaqlı bir köbəli kəsik ciblər vardır. Fiqurlu qapağın uclarda eni 5 sm, ortada 7 sm, cib girişi 17 sm-dir.
Kürək tikişli olub, aşağı şlitslə qurtarır. Şlitsin üstündə 5 sm enində bəndləmə tikişi olur. Kürəyin bel xəttində üç hissədən ibarət kəmərcik var. Kəmərciklərin uzunluğu kürəyin bel hissəsinin üçdə birinə bərabərdir. Mərkəzi kəmərcik yan kəmərciklərlə iki böyük forma düyməsi ilə düymələnir.
Yaxalıq qatlamadır. Yaxalığın, laskanın, bortun, fiqurlu qapaqların, cibin və kəmərciklərin kənarı 2 sm enində bəzək tikişi ilə bəxiyələnir. Yaxalığın sərbəst ucları 6,5 sm olub, cibin giriş xəttinə paraleldir. Laskanın eni qol xəttinin sərbəst ucuna qədər 10 sm, sərbəst ucu isə 7 sm-dir. Yaxalıqla laskanın arasındakı bucaq 520-dir.
Qollar iki tikişlidir.
Palto aşağıya qədər astarlıdır. Ətəyinin döş hissəsində iki köbəli, bir düymə və asılqan ilgəklə düymələnən kəsik ciblər vardır. Paltonun uzunluğu yerdən 40 sm hündür olur. Mərkəzi kəmərcik yan kəmərciklərə forma düyməsi ilə düymələnir (səh. 4, şəkil 1).
2.6. İsti qış gödəkçəsi
İsti qış gödəkçəsi tünd göy rəngli poliestr parçadan tikilir. Mərkəzdən gizli zəncirbənd və üç basma düymə ilə bağlanır.
Ətəklər koketka və aşağı hissədən ibarətdir. Ətəyin koketka ilə birləşmə xəttində qapağı fiqurlu olan bir basma düymə ilə düymələnən kəsik ciblər vardır. Cibin girişi 13,5 sm-dir. Qapağın uclarda eni 4 sm, ortada isə 6 sm-dir. Ətəyin aşağı hissəsində 3 sm enində bir basma düymə ilə düymələnən köbəli kəsik yan cibləri olur. Ön hissədə boyun dibindən cibə qədər olan məsafə 24,5 sm-dir.
Kürək — koketka və iki aşağı hissədən ibarətdir. Koketkanın ortada hündürlüyü 17,5 sm-dir.
Qol iki tikişlidir, qolun aşağı kəsiyinə eni 7 sm enində bir basma düymə ilə düymələnən manjet tikilir.
Yaxalıq qatlamalıdır, üst yaxalıq təbii xəzdən, alt yaxalıq dayaqlı olub əsas parçadan tikilir.
Gödəkçə astarlıdır, astarın döş hissəsində 14 sm girişi olan 2 sm enində əsas parçadan köbəsi olan bir asma ilgəkli bir düymə ilə düymələnən daxili cibləri vardır.
Gödəkçənin açılıb-çıxarılan sinteponla istiləşdirilmiş canlığı olur və plastmas düymələrlə gödəkçəyə düymələnir.
Gödəkçənin çiyninə qolun qol dibinə tikilmiş 5,5 sm enində qırmızı mahudla haşiyələnmiş fiqurlu bir basma düymə ilə düymələnən poqon tikilir. Gödəkçənin kürəyinin bel xəttində ortada, yan tikişlərin səviyyəsində, ətəyin ortasında 8 x 5 sm ölçüdə kəmər keçirmək üçün 5 ədəd körpücük tikilir.
Kürəyin orta, koketkanın kürəyə birləşmə, qolun qol dibinə birləşmə, çiyin, üst və alt qolun birləşmə, manjetin aşağı kənarı, ətəyin koketka ilə birləşmə, fiqurlu qapaqların, körpücüklərin, zəncirbəndin kənarı, plankanın birləşmə xətti və kənarı, paqonun kənarları, alt yaxalığın dayaqla birləşmə tikişləri və aşağı yan ciblərin kənarları 0,2 sm, gödəkçənin ətəyi isə 2,2 sm bəzək tikişi ilə bəxiyələnir. Yaxalıq dəmir qarmaqla bağlanır.
Ətəyin sol hissəsində eni 8 sm olan planka tikilir (səh. 4, şəkil 2).
2.7. Plaş-palto
Plaş-palto tünd göy rəngli, mərkəzdən dörd ədəd forma düyməsi ilə düymələnən, qatlanan yaxalıqlı olub, laskanlıdır. Ətəyin yan hissəsində eni 4 sm, uzunluğu 16 — 17 sm olan çəpinə ciblər tikilir.
Alt və üst yaxalıq ayrı biçilmiş dayaqla tikilir. Yaxalığın ortada dayağı 3 sm, ortada eni 8 sm-dir. Üst yaxalığın mərkəzindən asılqan tikilir. Laskanla yaxalığın sərbəst ucları 520 təşkil edir. Yaxalığın sərbəst ucları yerə paralel olur, 6 sm-ə bərabərdir, laskanın sərbəst ucu 6,5 sm, eni isə 9 sm-dir.
Qol iki tikişlidir. Alt və üst qolun birləşmə xətti 0,5 sm bəzək tikişi ilə bəxiyələnir.
Kürək iki hissədən ibarətdir. Orta tikiş şlitslə tamamlanır. Şlitsin üstü 4,5 sm enində bəndlənir. Plaş-paltonun yan tikişlərində bel xətti səviyyəsində körpücüklər bərkidilir. Plaş-paltonun beli əsas parçadan 4,5 sm enində kəmərlə və plastik toqqa ilə bağlanır. Plaş-paltonun yaxalığı, laskanları, bortları, ətəyi, yan tikişləri, kürəyin orta tikişi, kəmərin kənarları, qolun dirsək tikişi, çiyin tikişləri 0,5 sm enində bəzək tikişi ilə bəxiyələnir. Alt və üst yaxalığın dayaqla birləşmə tikişi 0,2 sm enində bəzək tikişi ilə bəxiyələnir. Plaş-palto aşağıya qədər astarlıdır. Astarın döş hissəsində daxili iki köbəli bir düymə və asılqanla düymələnən kəsik cibləri olur (səh. 4, şəkil 3).
2.8. Parad-çıxış geyim forması
Parad-çıxış geyim forması tünd göy rənglidir, orta rəis heyəti üçün 50%-li, böyük rəis heyəti üçün 67%-li yun parçadan tikilir, kitel və şalvardan ibarətdir.
Kitel
Kitel yarıyapışıq biçimlidir, laskanlıdır, mərkəzdən laskanın qatlama xətti boyunca 4 ədəd forma düyməsi və ilgəklə düymələnir. Kitelin ətəyi yan kəsikli və qarsaqlıdır.
Ətəyin yuxarı hissəsinə üstdən qoyma fiqurlu qapaqlı ciblər tikilir. Cibin girişi 13 sm, cib qapağının uclarda eni 3,5 sm, ortada isə 5,5 sm-dir. Cib qapağının kənarları və tikiş xətti 0,5 sm bəzək tikişi ilə bəxiyələnir. Cibin ortada hündürlüyü 13 sm-dir, ortasında 3,5 sm enində qatlama olur. Qatlamanın hər iki tərəfi 0,5 sm, cib isə 0,2 sm bəzək tikişi ilə bəxiyələnir. Ətəyin aşağısında bir köbəli fiqurlu qapaqla yan ciblər tikilir. Cibin girişi 17 sm, qapağın uclarda eni 3,5 sm, ortada isə 5,5 sm-dir.
Kitelin yan tikişlərinə parad-çıxış kəmərini saxlamaq üçün qarmaqlar tikilir.
Kürək orta tikişlidir, tikişin sonu şlitslə tamamlanır.
Qollar iki tikişlidir.
Yaxalıq qatlanandır. Yaxalığın sərbəst ucları 4 sm olub döş cibinin giriş xəttinə paraleldir. Laskanın sərbəst qalan ucları 4,5 sm olub, düz bucaq altında yaxalıqda birləşir. Yaxalığın qatlanmış vəziyyətdə ortada eni 4 sm olur. Laskanın eni sərbəst uclarından qat xəttinə perpendikulyar üzrə 8,5 sm-dir.
Kitel astarlıdır və onun döş hissəsində iki daxili kəsikli cib vardır. Yuxarı döş və yan cib qapaqları bir kiçik forma düyməsi ilə düymələnir. Şlits üstdən 3 sm bəzək tikişi ilə bəndlənir. Yaxalıqla laskanın arasındakı bucaq 520-dir (səh. 5, şəkil 6).
Şalvar
Şalvar düz biçimlidir. Ön hissəsi bir bükümlüdür, 16-17 sm ölçüdə yan kəsikli cibləri var. Ciblərin girişi 0,5 sm bəzək tikişi ilə bəxiyələnir. Sağ arxa hissədə 1 ədəd fiqurlu qapaqlı kəsmə köbəli cib tikilir. Cibin girişi 14 sm, cib qapağının uclarda eni 3,5 sm, ortada isə 5,5 sm olur. Qapağın kənarları 0,5 sm bəzək tikişi ilə bəxiyələnir. Cib bir asma ilgək və bir düymə ilə düymələnir.
Kəmər tikilmədir, eni 4,5 sm-dir və ona 7 ədəd körpücük tikilir. Kəmərin sol tərəfi çıxıntılı, sağ tərəfi isə bərabər tikilir, dəmir ilgək və qarmaqla bağlanır. Çıxıntı isə 1 ədəd ilgək və plastmas düymə ilə bağlanır. Şalvarın miyançası zəncirbəndlə bağlanır. Yan tikişlərə qırmızı mahuddan eni 0,3 sm olan kant tikilir. Şalvarın ətəyi 4 sm enində qatlanır. Kəmərin eni 4,5 sm olur (səh. 5, şəkil 6).
2.9. Gündəlik geyim forması
Gündəlik geyim forması konstruksiyasına görə parad-çıxış geyim forması ilə eyni olub, qarmaqsız tikilir.
2.10. Yay şalvarı
Yay şalvarı şalvar konstruksiyasına görə gündəlik geyim formasının şalvarı ilə eynidir, 40%-li yun parçadan tikilir.
2.11. Mont, səhra kostyumu, pulover, səhra çəkməsi, xüsusi kəmər, idman ayaqqabısı, idman kostyumu, mayka, səhra geyim maykası, tuman, akselbant, pambıq corab və isti alt paltarı — öz konstruksiyalarına görə ali rəis heyəti üçün nəzərdə tutulanlarla eynidir. Montun şalvarı isə orta və böyük rəis heyətinin gündəlik geyim formasının şalvarı ilə eynidir.
2.12. Uzunqol köynək
Uzunqol köynək parad-çıxış formasında ağ, gündəlik geyim formasında isə açıq boz rəngli olub, pambıq parçadan tikilir. Köynək mərkəzdən diametri 1,1 sm olan plastmas yeddi ədəd düymə və ilgəklərlə bağlanır.
Ətəyin döş hissəsində bir düymə və ilgəklə bağlanan üstdən qoyma fiqurlu qapaqlı cib tikilir. Cibin ortasında 3,5 sm enində qatlama var. Cibin ortada hündürlüyü 13,5 sm, kənarlarında isə 11,5 sm-dir. Cib qapağının uclarda eni 3,5 sm, ortada 5,5 sm-dir. Cib qapağının birləşmə xətti 0,5 sm, kənarları və cib isə 0,2 sm enində bəzək tikişi ilə bəxiyələnir.
Kürək ikiqat koketka və aşağı hissədən ibarətdir. Kürək hissədə iki qatlama var.
Köynək dayaqlı yaxalıqlıdır. Yaxalığın sərbəst uclarda eni 7 sm, orta hissəsi isə 4 sm olur.
Qollar iki tikişli olub, qol dibinə tikilir. Qolun aşağı kəsiyi fiqurlu manjetlidir, eni 7,5 sm-dir. Onun kənarları 0,2 sm, birləşmə xətti isə 1 sm enində bəzək tikişi ilə bəxiyələnir. Manjetin özü bir düymə və ilgəklə düymələnir. Onun qol tikişinə birləşmə xəttində 10 sm hündürlüyündə bir düymə və ilgəklə bağlanan şlits hazırlanır.
Çiyin tikişinin üstünə 2,5 x 3 sm ölçüdə, aralarındakı məsafə 5 sm olan poqon keçirmək üçün 2 ədəd körpücük tikilir. Körpücükdən 2 sm yaxalığa tərəf tikişdən 1 sm arxaya 3 ədəd kiçik ilgək açılır.
Köynəyin ətəyi düz biçimli olur, ətəyi içəri qatlanır və 0,7 sm bəzək tikişi ilə bəxiyələnir.
Köynək şalvarın içinə salınır (səh. 5, şəkil 9).
2.13. Qısaqol köynək
Qısaqol köynək açıq boz rəngli olub, pambıq parçadan tikilir. Köynək qatlama yaxalıqlıdır.
Yaxalığın uclarındakı eni 6,5 sm, orta eni isə 7 sm-dir. Qol qol dibinə tikilir, bir tikişlidir, qolların aşağısı qatlama manjetlidir. Qolların uzunluğu dirsəkdən 3 sm yuxarı olur. Manjetin eni 3 sm, yuxarı kənarı 0,5 sm enində bəzək tikişi ilə bəxiyələnir. Laskanın sərbəst kənarı 3 sm olur. Qısaqol köynəyin digər hissələri uzunqol köynəkdəki kimi eyni qaydada tikilir. Köynəyin ətəyi düz biçimli olur, içəri qatlanır və 0,7 sm bəzək tikişi ilə bəxiyələnir.
Köynək şalvarın içinə salınır (səh. 5, şəkil 10).
2.14. Gündəlik qalstuk
Gündəlik qalstuk konstruksiyasına görə ali rəis heyəti üçün nəzərdə tutulanla eynidir, məxsusi tünd göy rəngli pambıq parçadan olur.
2.15. Şərf
Parad-çıxış paltosunda ağ, trikotaj və ya toxunma, plaş-paltoda isə tünd göy rəngli ipək parçadan olur. Ölçüsü 24,5 x 116 sm-dir. Ucları saçaqlıdır.
2.16. Əlcək
Əlcək beşbarmaqlı olub, parad—çıxış geyim forması üçün ağ, gündəlik geyim forması üçün tünd göy rəngli trikotaj və ya toxunma parçadan tikilir və astarsız olur.
2.17. Gündəlik ayaqqabı
Ayaqqabı qara rəngli dəridən tikilir, üz, arxa, burun hissədən və altlıqdan ibarətdir. İçəri hissədən rezin sıxacaqlar və ya qaytanla bağlanır. Üz hissəsinin altlığı pambıq parçadan, yanlarının altlığı isə dəridən tikilir. Ayaqqabıya tökmə üsulu ilə hazırlanmış bütöv altlıq yapışdırılır. İçərisinə dəridən içlik qoyulur.
2.18. Şalvar üçün gön qayış
Qayış öz konstruksiyasına görə ali rəis heyəti üçün nəzərdə tutulan xüsusi kəmərin bel kəməri ilə eynidir.
2.19. Parad-çıxış kəməri
Parad-çıxış kəməri 4,5 sm enində qızılı rəngli metal və ipək saplardan toxunulur. Toqqası 6 x 6 sm ölçüdə qızılı rəngli metaldandır, üzərində Daxili İşlər Nazirliyinin emblemi həkk edilmiş olur. Kəmərin uzunluğu arxa tərəfdə bərkidilən qarmaq və ilgəklə nizamlanır.
2.20. Fıştırıq
Metal və ya plastik materialdan yayma-pres üsulu ilə hazırlanır.
3. Sıravi və kiçik rəis heyətinin geyim forması
3.1. Parad-çıxış furajkası
Parad-çıxış furajkası qara rəngli olub, öz konstruksiyasına görə orta rəis heyəti üçün nəzərdə tutulanla eynidir.
3.2. Gündəlik furajka
Furajka qara rəngli olub, gündəlik geyim formasının əsas parçasından tikilir. Furajka başlıq və günlük hissədən ibarətdir. Başlıq hissə altı xiştəkdən ibarətdir. Xiştəklərin birləşmə xəttinin hər iki tərəfi 0,3 sm enində bəzək tikişi ilə bəxiyələnir. Günlük mərkəzdən simmetrik olub, ortada eni 7,5 sm, günlüyün ortasından 2 sm mərkəzə doğru məsafədəki eni 14 sm-dir. Günlüyün kənarları 0,8-1,6 sm məsafədə cüt bəzək tikişi ilə bəxiyələnir. Furajkanın ön hissəsində günlüyün üstündə eni 2 sm, kənarları 0,2 sm olan bəzək tikişi ilə bəxiyələnmiş öz parçasından tikilmiş kəmərcik diametri 1 sm olan plastmas düymə ilə birləşir. Xiştəklərin birləşmə xəttinin ortasında, başlığın ortasında, diametri 1,5 sm olan plastmas düymə bərkidilir. Arxa dörd xiştəkdə diametri 0,8 sm olan açıq basma düymə bərkidilir. Furajkanın arxasında ölçüləri tənzimləmək üçün plastmas basmacıqlı lent tikilir. Furajkanın içi astarsızdır, xiştəklər isə məxsusi paralonla tikilir. Furajkanın arxa kəsiyi 0,7 sm qara rəngli köbə ilə tikilmişdir. Başlığın yan hissəsinin eni 0,3 sm bəzək tikişi ilə bəxiyələnir (səh. 13).
3.3. Səhra furajkası
Furajka boz rəngli olub, konstruksiyasına görə gündəlik furajka ilə eynidir (səh. 13).
3.4. İsti qulaqlı papaq
Papaq qara rəngli təbii xəzdən hazırlanır, öz konstruksiyasına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulanla eynidir. (səh. 13).
3.5. Parad-çıxış paltosu, isti qış gödəkçəsi, plaş-palto, parad-çıxış geyim forması, mont, pulover, qalstuk, gündəlik geyim forması üçün əlcək və şərf —
qara rəngli olub, öz konstruksiyalarına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulanla eynidir. Yalnız isti qış gödəkçəsinin kürəyində «POLİS» sözü yazılır.
3.6. Gündəlik geyim forması
Gündəlik geyim forması qara rəngli olub, 50%-li yun parçadan tikilir. Yüngül gödəkçədən və şalvardan ibarətdir.
Gödəkçə
Düz biçimli olub, mərkəzdən boyun xəttindən 20—22 sm məsafədə zəncirbəndlə bağlanan qatlama yaxalıqlıdır, ətək bütövdür, ətəyin yuxarı hissəsində iki köbəli zəncirbəndlə bağlanan 13 sm girişi olan daxili kəsik ciblər vardır.
Kürək koketkalıdır. Koketkanın ortada hündürlüyü 20 sm-dir.
Qollar iki tikişlidir. Qolun aşağı kəsiyinə 6 sm enində iki forma düyməsi ilə düymələnən düz manjet tikilir. Qolun manjetə birləşməsində kiçik qatlama var.
Yaxalığın sərbəst uclarda eni 8,5 sm, ortada eni 8 sm-dir.
Yaxalığın kənarları, çiyin tikişləri, manjetin kənarları, alt və üst qolun birləşmə tikişi, koketkanın kürəklə birləşmə tikişi 0,7 sm, manjetin qola birləşmə tikişi, cib köbəsinin kənarları və mərkəzi zəncirbəndin kənarları 0,2 sm bəzək tikişi ilə bəxiyələnir. Koketkanın tikişindən 2 sm yuxarı düz xətt boyu düzülmüş 8 sm hündürlüyündə 32 sm məsafədə işıq əks etdirən «POLİS» sözü yazılır. Gödəkçənin ətəyi hörmələnir.
Gödəkçənin kürək və ətəyi astarlıdır. Gödəkçə beldən 15 — 18 sm aşağıya qədər yarımastarlı olmalıdır.
Gödəkçə şalvara salınır.
Şalvar — orta rəis heyəti üçün nəzərdə tutulan şalvarla eynidir.
3.7. Uzunqol, qısaqol köynəklər, yay səhra kostyumu, idman kostyumu, səhra geyim maykası, mayka, tuman, alt tuman-köynək, pambıq corab, akselbant, xüsusi kəmər, parad-çıxış kəməri, səhra çəkməsi, gündəlik ayaqqabı, idman ayaqqabısı, şap-şap, fıştırıq, parad-çıxış forması üçün əlcək və şərf — öz konstruksiyalarına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulanla eynidir.
4. Dövlət Yol Polisinin sıravi və kiçik rəis heyətinin geyim forması
4.1. Gündəlik furajka
Furajka öz konstruksiyasına görə sıravi və kiçik rəis heyətinin gündəlik furajkası ilə eynidir, yalnız kəmərciyin üstünə işıq əks etdirən zolaq tikilir.
4.2. İsti qış gödəkçəsi
İsti qış gödəkçəsi tünd qara rəngli poliestr parçadan tikilir. Mərkəzdən gizli zəncirbənd və üç basma düymə ilə bağlanır. Ətəyin ön koketkasının tikiş xəttində eni 2 sm olan işıq əks etdirən zolaq tikilir. Ətəklər koketka və aşağı hissədən ibarətdir. Ətəyin koketka ilə birləşmə xəttində bir basma düymə ilə düymələnən fiqurlu qapaqlı kəsik cibləri olur. Cibin girişi 13,5 sm-dir. Qapağın uclarda eni 4 sm, ortada isə 6 sm-dir. Ətəyin aşağı hissəsində 3 sm enində köbəli bir basma düymə ilə düymələnən kəsik yan cibləri olur. Ön hissədə boyun dibindən cibə qədər olan məsafə 24,5 sm-dir.
Kürək — koketka və iki aşağı hissədən ibarətdir. Koketkanın ortada hündürlüyü 24,5 sm-dir. Koketkanın üstündə eni 2 sm olan işıq əks etdirən zolaq olur, ondan 1 sm yuxarıya hündürlüyü 9 sm olan 32 sm məsafədə yerləşən işıq əks etdirən «YPX» abreviaturası yazılır.
Qollar iki tikişlidir, qolun aşağı kəsiyinə 7 sm enində bir basma düymə ilə düymələnən manjet tikilir. Üst qolun manjetlə birləşmə xəttindən yuxarıya doğru 18 sm, dirsək tikişində isə yuxarıya doğru 7 sm məsafədə 2,5 sm enində çəpinə işıq əks etdirən zolaq, dirsək tikişindən alt tikişə yuxarıya doğru olur. Bu zolaqla paralel 3 sm məsafədə eni 1,5 sm olan işıq əks etdirən ikinci zolaq tikilir.
Yaxalıq qatlanandır, üst yaxalıq təbii xəzdən, alt yaxalıq dayaqlı olub əsas parçadan tikilir. Gödəkçə astarlıdır, astarın döş hissəsində 14 sm girişi və 2 sm enində əsas parçadan köbəsi olan, asma ilgəkli bir düymə ilə düymələnən daxili cibləri vardır. Gödəkçənin açılıb-çıxarılan sinteponla istiləşdirilmiş canlığı olur və plastmas düymələrlə gödəkçəyə düymələnir.
Gödəkçənin çiynində qol dibinə tikilmiş 5,5 sm enində qırmızı mahudla haşiyələnmiş bir basma düymə ilə düymələnən fiqurlu poqon tikilir. Gödəkçənin kürəyinin bel xəttində ortada, yan tikişlərin səviyyəsində, ətəyin ortasında eni 5 x 8 sm ölçüdə kəmər keçirmək üçün 5 ədəd körpücük tikilir. Kürəyin orta tikişi, koketkanın kürəyə birləşmə tikişi, qolun qol dibinə birləşmə tikişi, çiyin tikişi, üst və alt qolun birləşmə tikişi, manjetin aşağı kənarı, ətəyin koketka ilə birləşmə tikişi, fiqurlu qapaqlar, körpücüklər, zəncirbəndin kənarı, plankanın birləşmə xətti və kənarı, poqonun kənarları, aşağı yan ciblərin kənarı 0,2 sm, gödəkçənin ətəyi isə 2,2 sm bəzək tikişi ilə bəxiyələnir. Ətəyin sol hissəsində eni 8 sm olan planka tikilir.
Gödəkçənin uzunluğu sıravi və kiçik rəis heyəti üçün nəzərdə tutulmuş gödəkçədən 8 sm qısa olur (səh. 8, şəkil 1).
4.3. Motosikletçi kostyumu
Motosikletçi kostyumu qara rəngli süni dəridən tikilir, gödəkçə, şalvardan və əlcəkdən ibarətdir.
Gödəkçə
Gödəkçə mərkəzdən zəncirbəndlə bağlanır.
Ətəyin ön koketkasının tikiş xəttində eni 2 sm olan işıq əks etdirən zolaq tikilir. Ətəyin aşağı hissəsində 3 sm enində bir basma düymə ilə düymələnən köbəli kəsik yan ciblər olur. Koketkanın uzunluğu 24,5 sm-dir. Sol ətəyin ortasında koketkadan 1 sm aşağıya döş nişanı asmaq üçün 1,4 sm ölçüdə qara plastmas düymə tikilir.
Kürək — koketka və iki aşağı hissədən ibarətdir. Koketkanın ortada hündürlüyü 24,5 sm-dir. Koketkanın üstündə eni 2 sm olan, işıq əks etdirən zolaq olur, ondan 1 sm yuxarıya hündürlüyü 9 sm olan 32 sm məsafədə yerləşən işıq əks etdirən «YPX» abreviaturası yazılır.
Qollar iki tikişlidir, qolun aşağı kəsiyinə 7 sm enində bir basma düymə ilə düymələnən manjet tikilir. Üst qolun manjetlə birləşmə xəttindən yuxarıya doğru 18 sm, dirsək tikişində isə yuxarıya doğru 7 sm məsafədə 2,5 sm enində çəpinə işıq əksetdirən zolaq, dirsək tikişindən alt tikişə yuxarıya doğru olur. Bu zolaqla paralel 3 sm məsafədə, eni 1,5 sm olan işıq əks etdirən ikinci zolaq olur.
Yaxalıq qatlanandır, üst yaxalıq təbii xəzdən, alt yaxalıq dayaqlı olub, əsas parçadan tikilir. Gödəkçə astarlıdır, astarın döş hissəsində 14 sm girişi və 2 sm enində əsas parçadan bir asma ilgəkli bir düymə ilə düymələnən köbəsi olan daxili ciblər vardır. Gödəkçənin açılıb-çıxarılan sinteponla istiləşdirilmiş canlığı olur və plastmas düymələrlə gödəkçəyə düymələnir.
Gödəkçənin çiynində qol dibinə tikilmiş 5,5 sm enində qırmızı mahudla haşiyələnmiş bir basma düymə ilə düymələnən fiqurlu poqon tikilir. Gödəkçənin kürəyinin bel xəttində ortada, yan tikişlərin səviyyəsində, ətəyin ortasında eni 5x8 sm ölçüdə kəmər keçirmək üçün 5 ədəd körpücük tikilmişdir. Kürəyin orta tikişi, koketkanın kürəyə birləşmə tikişi, qolun qol dibinə birləşmə tikişi, çiyin tikişi, üst və alt qolun birləşmə tikişi, manjetin aşağı kənarı, ətəyin koketka ilə birləşmə tikişi, fiqurlu qapaqlar, körpücüklər, zəncirbəndin kənarı, plankanın birləşmə xətti və kənarı, poqonun kənarları və aşağı yan ciblərin kənarları 0,2 sm, gödəkçənin ətəyi isə 2,2 sm bəzək tikişi ilə bəxiyələnir.
Gödəkçənin uzunluğu Dövlət Yol Polisinin sıravi və kiçik rəis heyəti üçün nəzərdə tutulan isti qış gödəkçəsi ilə eynidir.
Şalvar
Şalvar düz biçimlidir. Qabaq hissədə girişi 16 — 17 sm olan kəsikli yan ciblər vardır. Ciblərin girişi 0,5 sm bəzək tikişi ilə bəxiyələnir. Sağ arxa hissədə fiqurlu qapaqlı kəsmə köbəli cib tikilir. Cibin girişi 14 sm-dir. Qapağın eni uclarda 3,5 sm, ortada 5,5 sm-dir. Qapağın kənarı 0,5 sm bəzək tikişi ilə bəxiyələnir, bir asma ilgək və düymə ilə bağlanır. Kəmər tikilmədir. Kəmərə 7 ədəd körpücük tikilir, kəmərin sol tərəfi çıxıntılı, sağ tərəfi isə bərabər hazırlanır, dəmir ilgəklə bağlanır. Şalvarın ön hissəsinin aşağısında yan tikişinin aşağısından 7 sm məsafədə, addım tikişində isə 18 sm məsafədə çəpinə yerləşən eni 2,5 sm olan işıq əks etdirən zolaq tikilir. Buna paralel 3 sm məsafədə eni 1,5 sm olan işıq əks etdirən ikinci zolaq tikilir. Kəmərin eni 4,5 sm olur.
Əlcək
Əlcək beş barmaqlıdır, süni dəridən hazırlanır. Əlcəyin yuxarı hissəsi konusvaridir. Əl hissəsi qara rəngli olub, yuxarı genişlənən hissəsi 12 sm hündürlüyündə ağ rəngli süni dəridəndir. Əlcək astarlı və astarsız olur. Əlcəyin yuxarı hissəsi 1 sm enində bəzək tikişi ilə bəxiyələnir (səh. 8, şəkil 2).
4.4. Motosikletçi dəbilqəsi
Dəbilqə ağ rəngli xüsusi plastmasdan hazırlanır. Dəbilqə altlığı yumşaq qoruyucu örtükdən ibarətdir. Dəbilqənin tənzimlənən qaytanı olur. Dəbilqənin sol tərəfində xüsusi «YPX» abreviaturası yazılır, orta hissəsinə isə kokarda vurulur (səh. 8, şəkil 2).
4.5. Gündəlik geyim forması
Gündəlik geyim forması öz konstruksiyasına görə sıravi və kiçik rəis heyəti üçün nəzərdə tutulanlarla eynidir. Fərq yalnız aşağıdakılardan ibarətdir: ətəyin ön hissəsindəki ciblərdən 2,5 sm yuxarıya, qol dibindən zəncirbəndə qədər 2 sm enində işıq əks etdirən zolaq vardır. Sol cibin ortasından 1 sm aşağı döş nişanı asmaq üçün 1,4 sm ölçüdə qara plastmas düymə tikilir.
Kürəkdəki koketkanın ortada hündürlüyü 25 sm, koketkanın birləşmə xəttində 1,5 sm yuxarıda 2 sm enində işıq əks etdirən zolaq olur. Zolaqdan 1 sm yuxarı hündürlüyü 9 sm, 28 sm məsafədə yerləşmiş «YPX» abreviaturası yazılır. Üst qolun manjetlə birləşmə xəttindən yuxarıya doğru 18 sm, dirsək tikişində isə yuxarıya doğru 7 sm məsafədə 2,5 sm enində çəpinə işıq əks etdirən zolaq, dirsək tikişindən alt tikişə yuxarıya doğru olur. Bu zolaqla paralel 3 sm məsafədə ikinci - eni 1,5 sm işıq əks etdirən zolaq olur (səh. 8, şəkil 3-4)
4.6. Yağmurluq
Yağmurluq sarı rəngli olur, xüsusi su keçirməyən parçadan hazırlanır, sərbəst biçimlidir. Yaxalığı qatlanandır, mərkəzdən uzunluğu 6 sm olan 5 ədəd yapışqanlı lentlə bağlanır.
Ətəyin ön hissəsində bortun kənarı ilə aşağıya doğru 3 sm enində işıq əks etdirən zolaq tikilir. Sol ətəyin döş nahiyəsində nişan asmaq üçün 1,4 sm ölçüdə qara plastmas düymə tikilir. Qollar iki tikişlidir. Qolun aşağısından 7 sm yuxarı dirsək tikişindən 18 sm məsafədə çəpinə yerləşən 2,5 sm enində işıq əks etdirən zolaq tikilir. Ona paralel 3 sm məsafədə eni 1,5 sm olan ikinci zolaq tikilir. Kürək bütövdür. Kürəyin yuxarı hissəsində eni 0,2 sm ölçüdə işıq əks etdirən zolaq tikilir. Zolaqdan yuxarı 1,5 sm məsafədə hündürlüyü 9 sm olan, 32 sm məsafədə yerləşmiş işıq əks etdirən «YPX» abreviaturası yazılır.
Yaxalıq dayaqsızdır, kənarları 0,2 sm bəzək tikişi ilə bəxiyələnir. Yağmurluq papaqlıdır. Papaq iki hissədən ibarətdir. Ön hissəsi köbəlidir, rezin qaytanla tənzimlənir. Papaq boyun tikişinə birləşir. Papağın orta tikişi 0,2 sm, ön hissəsi isə 2 sm bəzək tikişi ilə bəxiyələnir. Yağmurluğun ön hissələri hər iki tərəfdən 3 sm enində bəzək tikişi ilə bəxiyələnir. Yan və çiyin tikişləri, zolaqların kənarları 0,2 sm bəzək tikişi ilə bəxiyələnir. Yağmurluğun aşağıdan yuxarıya doğru 3 sm məsafədə, eni 3 sm olan ətək boyu işıq əks etdirən zolaq tikilir. Yağmurluğun ətəyi 1 sm enində bəzək tikişi ilə bəxiyələnir (səh. 8, şəkil 5-6).
4.7. Yay örtüyü
Yay örtüyü sarı rəngli parçadan hazırlanır, düz biçimlidir. Mərkəzdən 6 sm uzunluğunda 3 ədəd yapışqanlı lentlə bağlanır. Örtüyün bel səviyyəsində 5 sm enində plastmas toqqası olan yapışqanlı lentlə bağlanan kəmər vardır. Kəmərin səviyyəsində eni 5 sm olan işıq əks etdirən birinci zolaq, ondan 7 sm yuxarıda 3 sm enində ikinci zolaq, ondan da 7 sm yuxarıya eni 1,5 sm olan üçüncü zolaq tikilir. Ön hissənin döş nahiyəsində sol tərəfdə ölçüsü 5 x 3 sm olan körpücük tikilir. Körpücüyün üstündə nişan asmaq üçün 1,4 sm plastmas düymə tikilir. Kürək bütövdür. Kürək nahiyəsində eni 2 sm olan işıq əks etdirən zolaq, ondan 1 sm yuxarıda hündürlüyü 9 sm olan 32 sm məsafədə işıq əks etdirən «YPX» abreviaturası tikilir.
Örtüyün boyun xətti, ətəyi və yan tikişləri 1 sm enində qara rəngli köbə ilə tikilir. Bortun, köbələrin və zolaqların kənarları 0,2 sm bəzək tikişi ilə bəxiyələnir.
4.8. Şalvar üçün süni dəridən qayış
Qayış 4,5 sm enində ağ rəngli süni dəridən hazırlanır. Qayışın toqqası 6,5 x 5 sm ölçüdə qızılı rəngli metaldan hazırlanır. Toqqanın ortasına iki mil taxılır, qayışın üzərində ölçüləri nizamlayan iki paralel cərgədə deşiklər açılır.
4.9. Xüsusi ləvazimat
Xüsusi ləvazimat DYP əməkdaşları üçün nəzərdə tutulur, ağ rəngli süni dəridən hazırlanır. Bel kəmərinin eni 4,5 sm, aşırma kəmərin eni isə 3 sm olur. Kəmərin toqqası 6,5 x 5 sm, aşırma kəmərin toqqası 3 x 4 sm ölçüdə qızılı rəngli metaldan hazırlanır. Toqqanın ortasına iki mil taxılır, kəmərin üzərində ölçüləri nizamlayan iki paralel cərgədə deşiklər açılır. Kəmərin sol tərəfində rezin dəyənək üçün dəmir halqa, qaz balonu üçün futlyar, sağ tərəfində isə qobur və əl qandalı üçün futlyar asılır. Kəmərin və aşırma kəmərin üzərində 2,5 sm enində işıq əks etdirən zolaq tikilir (səh.13).
5. Sıravi, kiçik, orta və böyük rəis heyətinin qadın geyim forması
5.1. Parad-çıxış furajkası
Furajka başlıq və günlük hissələrdən, başlıq isə dib və yan hissələrdən ibarətdir. Başlıq oval formalıdır. Yan hissə bir tikişlidir. Hündürlüyü 9 sm, yan hissənin yuxarısından 4 sm məsafədə eni 4 sm olan bəzək lenti tikilmişdir. Lentin kənarları, yan hissənin birləşmə xəttinin kənarları diblə birləşmə tikişi 0,2 sm bəzək tikişi ilə bəxiyələnir. Günlük iki üst və iki alt hissələrdən ibarətdir. Ön hissədə eni açıq vəziyyətdə 5 sm, arxada eni 7,5 sm-dir. Günlüyün arxa hissəsi yanlara qədər qatlanır. Qatlanmış vəziyyətdə arxada 6,5 sm olur. Ön hissədə isə günlüyü əmələ gətirir. Başlığın ön hissəsində dayağın üstündə günlük boyu eni 1,5 sm olan qızılı saplarla toxunmuş kəmər iki kiçik düymə ilə bərkidilir.
Günlük sırınmışdır. Sırınmalar arası məsafə 0,5 sm-dir. Başlıqla günlüyün birləşmə xətti 0,3 sm bəzək tikişi ilə bəxiyələnir. Furajka astarlıdır, bir yan və bir dib hissədən ibarətdir. Başlığın aşağısına eni 4,5 sm olan xüsusi alınlıq tikilmişdir.
Böyük rəis heyəti üçün furajkanın günlüyünün üzərində qızılı rəngli palıd yarpağı toxunulur, günlüyün üstündə eni 1,5 sm olan iki kiçik forma düyməsi ilə bərkidilən furajka kəməri olur.
Orta və böyük rəis heyətinin parad-çıxış furajkası tünd göy, sıravi və kiçik rəis heyətinin parad-çıxış furajkası isə qara rəngdə olur.
5.2. Xüsusi kəmər
Xüsusi kəmər bel və iki hissəli aşırma kəmərdən ibarət olur, qara rəngli göndən hazırlanır. Bel kəmərinin eni 4,5 sm, aşırma kəmərin eni isə 2 sm-dir. Kəmərin toqqası 5 x 6 sm, aşırma kəmərin toqqası 3 x 4 sm ölçüdə qızılı rəngli metaldan hazırlanır. Toqqa birmilli olur, kəmərin üzərində ölçüləri nizamlayan deşiklər açılır.
Kəmərin sol tərəfində rezin dəyənək üçün dəmir halqa, qaz balonu üçün futlyar, sağ tərəfində isə qobur və əl qandalı üçün futlyar asılır.
5.3. Şalvar və yubka üçün göndən qayış
Qayış 4,5 sm enində qara rəngli göndən hazırlanır. Qayışın toqqası 5 x 6 sm ölçüdə qızılı rəngli metaldan hazırlanır.Toqqa birmilli olur, qayışın üzərində ölçüləri nizamlayan deşiklər açılır.
5.4. Kapron corab
Kapron corab elastik liflərdən toxunmuşdur, şəffafdır.
5.5. Yubka
Yubka düz biçimlidir, ön hissəsi iki qarsaqlıdır. Arxa iki hissədən ibarətdir, orta tikişin sonunda şlits var. Şlitsin üstü 4 sm enində bəzək tikişi ilə bəndlənir. Ətəyi sol tərəfdən zəncirbəndlə bağlanır. Yubka kəmərinin eni 4,5 sm-dir. Kəmərə iki öndə və iki arxada 4,5 sm hündürlükdə körpücük tikilir. Yubka astarlıdır. Ətəyin uzunluğu diz xəttindən aşağıya 5 sm olmalıdır.
5.6. Yay yubkası
Yubka konstruksiyasına görə gündəlik geyim formasının yubkası ilə eynidir, 40%-li yun parçadan tikilir.
5.7. İsti qulaqlı papaq, parad-çıxış paltosu, isti qış gödəkçəsi, plaş-palto, mont, parad-çıxış geyim forması, gündəlik geyim forması, sıravi heyət üçün gündəlik furajka, yay səhra furajkası, yay səhra kostyumu, pulover, mayka, səhra geyim maykası, səhra çəkməsi, uzunqol, qısaqol köynəklər, idman kostyumu, idman ayaqqabısı, qalstuk, əlcək, şərf, şap-şap və fıştırıq — öz konstruksiyalarına və rənglərinə görə kişilər üçün nəzərdə tutulanlarla eynidir. Yalnız düymələnmə qaydası və köynəklərdə ön hissədə olan qarsaqlar ilə fərqlənir.
5.8. İsti alt paltarı
İsti alt paltarı zərif pambıq trikotajdan olur, qollu mayka və tumandan ibarətdir.
5.9. Alt tuman
Tuman ağ rəngli zərif pambıq parçadan tikilir.
5.10. Uzunboğaz çəkmə
Çəkmə qara dəridən tikilir, içərisi xəzli olur, yan hissədən zəncirbəndlə bağlanır. Çəkmənin altlığı göndəndir, dabana isə gön və ya rezin altlıq vurulur.
5.11. Ayaqqabı
Ayaqqabı qara dəridən tikilir, altlığı göndəndir. Dabana gön və ya rezin altlıq vurulur.
6. Müdavimlərin geyim forması
Müdavimlərin geyim forması sıravi və kiçik rəis heyəti üçün nəzərdə tutulanlarla eynidir.
7. Fərqlənmə nişanları
7.1. Poqon
Poqon parad-çıxışda qızılı, gündəlik formada isə tünd göy rəngli olur. Yuxarı hissəsi fiqurlu, aşağı hissəsi isə düz olur. Poqonun üstünə 4,9 sm enində naxışlı ipək lent tikilir. Lentin kənarları 0,2 sm enində bəzək tikişi ilə bəxiyələnir. Poqon 0,3 sm enində qırmızı mahud (aşağı hissədən başqa) kantla haşiyələnir. Poqonun ucda eni 2,5 sm, ucdan 1,5 sm aşağıdakı məsafədə isə 5,5 sm-dir. Poqonlar üç ölçüyə bölünür. Kostyumun ölçüsü 48-50 olduqda poqonun uzunluğu 13,5 sm, 52-54 olduqda 14 sm, 56-60 olduqda isə 15,5 sm-dir.
7.2. Qol nişanı
Nişanlar iki cür olur, sol qol nişanının üzərində Azərbaycan Respublikasının bayrağı, fəaliyyət sahəsindən asılı olaraq, müvafiq xidmətlərin xüsusiyyətlərini əks etdirən fərqləndirici rəmzlər, adlar və abreviaturalar göstərilir. Sağ qol nişanının üzərində isə DİN-in emblemi əks etdirilir.
Rəmzlər, adlar və abreviaturalar tünd göy rəngli parçada basma üsulu ilə sarı rəngdə hazırlanır. Nişanların eni 7,4 sm, kənarlarda hündürlüyü 6,8 sm, ortada hündürlüyü 9,4 sm-dir. Nişanların yuxarı hissəsi yarımoval, aşağı hissəsi isə korbucaqlıdır.
Nişanlar qolun yuxarısından 6 sm aşağıya doğru yerləşir.
7.3. Kokarda
Kokarda qızılı rəngli metaldan basma üsulu ilə hazırlanır. Kokardanın ortasında Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur, ölçüsü 5,5 x 5,5 sm-dir. Kokardanı baş geyimlərinə bərkitmək üçün arxasına nazik metal tutacaq lehimlənir.
7.4. Qalstuk sıxacı
Sıxac qızılı rəngli metal lövhəcikdən ibarətdir. Üzərində səkkizguşəli ulduz həkk olunur. Ölçüsü 0,6 x 6 sm-dir.
7.5. Forma düyməsi
Düymələr qızılı rəngli metaldan basma üsulu ilə hazırlanır, 2,2 sm diametrli düymənin üzərində aypara və səkkizguşəli ulduz, 1,4 sm diametrli düymənin üzərində isə ancaq səkkiz guşəli ulduz həkk olunur.
7.6. Emblem
Emblem qızılı rəngli metaldan hazırlanır, 2,5 x 2,2 ölçüdə olur. Emblem qalxandan və qılınclardan ibarətdir. Üzərində Dövlət gerbi, yuxarı hissəsində «DİN» abreviaturası yazılır, altında isə çarpaz qılınclar olur.
7.7. Ulduzlar
Ulduzlar qızılı rəngli metaldan basma üsulu ilə hazırlanır. Böyük rəis heyəti üçün ulduzların ölçüsü 2,2 sm, orta rəis heyəti üçün isə 1,7 sm diametrdə olur. Ulduzların arxasına poqona bərkitmək üçün nazik metal tutacaq lehimlənir.
7.8. Palıd yarpağı
Palıd yarpağı qızılı rəngli metaldan basma üsulu ilə hazırlanır. Ölçüsü 2,5 x 3,8 sm-dir. Palıd yarpağının arxasına poqona bərkitmək üçün nazik metal tutacaq lehimlənir.
7.9. Serjant lenti
Serjant lenti qızılı rəngli metaldan hazırlanır, üzərində aypara və səkkizguşəli ulduz həkk olunur. Ölçüləri 1 x 4,7 sm olmaqla, arxasına nazik metal tutacaq lehimlənir.
7.10. Yol Patrul Xidmətinin döş nişanı
Nişan altlıqdan və üstlükdən ibarətdir. Altlıq qara rəngli dəridən, üstlük isə göy rənglə rənglənmiş metaldan 6,5 x 7,5 sm ölçüdə olur. Altlığın ortasında hündürlüyü 2,5 x 2 sm asılmaq üçün ilgəyi olan çıxıntı var.
Nişanın kənarları 0,2 sm qızılı rənglə haşiyələnir, ortasında DİN-in emblemi həkk olunur, yuxarı hissəsində isə «YOL PATRUL XİDMƏTİ» sözləri yazılır, aşağı hissəsində nömrə üçün lövhəcik var.
7.11. Müdavim poqonu
Poqonlar sıravi və kiçik rəis heyəti üçün nəzərdə tutulanlarla eynidir. Poqonların üzərində 0,6 sm məsafədə, uzunluğu boyu 0,5 sm enində iki paralel qızılı lent tikilir. Onların arasına poqonların aşağı kənarlarından 1,5 sm yuxarıda qızılı rəngli metaldan hazırlanmış «M» hərfi bərkidilir.
7.12. «M» hərfi
Qızılı rəngli metaldan hazırlanır, 2,5 sm ölçüdə olur, arxasına isə poqona bərkitmək üçün nazik metal tutacaq lehimlənir.
7.13. Kursları əks etdirən nişan
Müdavimlərin geyim formasının sol qol nişanından 0,3 sm aşağıda tünd göy rəngli parçanın üzərində ölçüsü 1 x 7 sm, araları 0,3 sm olan qızılı rəngli kursları əks etdirən lentlər tikilir.
5-ci kurs müdavimləri üçün isə 6 x 8 sm ölçüdə olub tünd göy rəngli parça üzərində Roma rəqəmi ilə beş (V) yazılır.
7.14. Furajka kəməri
Kəmər diametri 0,5 sm olan qızılı rəngli xüsusi qaytandan toxunur və eni 1,5 sm-dir.
________________________________________________________________________________