Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin əlavə olunan təsviri, eskizi və nümunəsi təsdiq edilsin.
II. Şəxsiyyət vəsiqəsinin spesifikasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
III. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 244) 3-cü maddəsinin birinci hissəsi aşağıdakı redaksiyada ifadə edilsin:
«16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı və verilmə tarixi göstərilir; 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxarıda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir».

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 13 fevral 1998-ci il.

№ 432-IQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 mart 1998-ci il, № 62).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 142) .

4 dekabr 1998-ci il tarixli, 568-IQD nömrəli dəyişiklik və əlavələr .

Azərbaycan Respublikasının 13 fevral 1998-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.

Şəxsiyyət vəsiqəsinin eskizi
16 yaşına çatmış vətəndaşlar üçün

Üz tərəf

Arxa tərəf

Azərbaycan Respublikası vətəndaşının
Şəxsiyyət vəsiqəsi

Ailə vəziyyəti

Hərbi vəzifəsi

Qan qrupu

Gözlərinin rəngi

Cins

Seriya

Yaşayış yeri

Boyu

Soyadı

Vəsiqəni verən orqanın adı

 

Adı

Möhür yeri

Fotoşəkil üçün yer

Atasının adı

Vəsiqənin verilmə tarixi

Vəsiqə sahibinin imzası

 

Doğulduğu yer və tarix

Etibarlıdır

 

16 yaşına çatmamış vətəndaşlar üçün

Üz tərəf

Arxa tərəf

Azərbaycan Respublikası vətəndaşının
Şəxsiyyət vəsiqəsi

Yaşayış yeri

Qan qrupu

Seriya

 

 

Soyadı

Doğulduğu yer və tarix

Vəsiqəni verən orqanın adı

Adı

 

Möhür yeri

Atası

Cinsi

Vəsiqənin verilmə tarixi

Anası

 

Etibarlıdır

 

Azərbaycan Respublikasının 13 fevral 1998-ci il tarixli
Qanunu ilə təsdiq edilmişdir.

Şəxsiyyət vəsiqəsinin təsviri

Şəxsiyyət vəsiqəsi 106 mm x 74 mm ölçülüdür. Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303-cü sənədlərinə uyğundur.
Şəxsiyyət vəsiqəsinin üz tərəfinin yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsviri verilmiş, onun yanında soldan sağa «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi» sözləri yazılmışdır.
Şəxsiyyət vəsiqəsinə onun nömrəsi və seriyası yazılmışdır.

a) 16 yaşına çatmamış vətəndaşlar üçün:
- şəxsiyyət vəsiqəsinin üz tərəfində «Soyadı», «Adı», «Atası», «Anası», «Doğulduğu yer və tarix», «Cinsi» sözləri yazılmışdır;
- arxa tərəfində «Qan qrupu», «Yaşayış yeri», «Vəsiqəni verən orqanın adı», «Vəsiqənin verilmə tarixi», «Etibarlıdır»  sözləri yazılmış və möhür üçün yer qoyulmuşdur.
b) 16 yaşına çatmış vətəndaşlar üçün:
- şəxsiyyət vəsiqəsinin üz tərəfində gerbin alt hissəsində 25 mm x 30 mm ölçülərində fotoşəkil üçün yer qoyulmuşdur;
- ortada «Soyadı», «Adı», «Atasının adı», «Doğulduğu yer və tarix» sözləri yazılmışdır;
- arxa tərəfində «Ailə vəziyyəti», «Hərbi vəzifəsi», «Boyu», «Qan qrupu», «Gözlərinin rəngi», «Cinsi», «Yaşayış yeri», «Vəsiqəni verən orqanın adı», «Vəsiqənin verilmə tarixi», «Vəsiqə sahibinin imzası», «Etibarlıdır»  sözləri yazılmış və möhür üçün yer qoyulmuşdur.