Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər Kriminal xronika Məlumatlar
Gün ərzində 92 cinayət faktı qeydə alınıb
28 aprel 2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 92 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 39 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.  
  • Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər tutulub. 

Bakı şəhər sakini Heydər Murtuzovdan odlu silah, 26 ədəd patron və 1 patron darağı götürülüb
28 aprel 2017

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Heydər Murtuzovdan "AK-74" markalı silah, 26 ədəd patron və 1 patron darağı götürülüb.

Nardaran qəsəbəsi ərazisində ov tüfəngi və 58 ədəd avtomat patronu tapılıb
28 aprel 2017

Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində nömrəsi silinmiş "İJ-54" markalı ov tüfəngi və 58 ədəd avtomat patronu tapılıb.

Oğurluq etməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Eldəniz Abbasov tutulub
28 aprel 2017

Aprelin 28-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan Vasif Quliyev 38-ci PB-yə müraciət edərək aprelin 25-də 300 manat pulunun oğurlanmasını bildirib.
38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Eldəniz Abbasov tutulub.

Şamaxı şəhərinin girişində yol-nəqliyyat hadisəsi
28 aprel 2017

Aprelin 28-də saat 1 radələrində Şamaxı şəhərinin girişində şəhər sakini İlqar Teyfurovun idarə etdiyi "VAZ-21214" və Bakı şəhər sakini Nazim Manafovun idarə etdiyi "Wolksvagen" markalı avtomobillər toqquşub. Nəticədə İ.Teyfurovun sərnişini, həmyerlisi Ramin Nəsirov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Balakən rayonunun Tülü kənd sakini Aslan Çukqurayevdən müvafiq sənədləri olmayan tüfəng götürülüb
28 aprel 2017

Balakən RPŞ-nin əməkdaşları tərəfindən Tülü kənd sakini Aslan Çukqurayevdən müvafiq sənədləri olmayan "İJ-58" markalı tüfəng götürülüb.

Dilənçiliklə məşğul olduqlarına görə 20 nəfər saxlanılaraq barələrində protokollar tərtib edilib
28 aprel 2017

Polis əməkdaşları tərəfindən paytaxtın Nərimanov və Səbail rayonları ərazilərində dilənçiliklə məşğul olduqlarına görə 20 nəfər saxlanılaraq barələrində protokollar tərtib edilib.





Çap et  Çap et