Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

05.04.2017
Daxili İşlər Nazirliyinin "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində aprelin 3-dən 7-dək Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində "Polis Əməkdaşlığı Proqramı" üzrə "Kibercinayətkarlıqla mübarizə" mövzusunda seminar keçirilir.

Tədbirdə Almaniya Federal Kriminal Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin mütəxəssisləri iştirak edirlər. Ekspertlər tərəfindən respublika Daxili İşlər Nazirliyinin aidiyyatı xidmətlərinin seminara cəlb olunmuş bir qrup əməkdaşına kibercinayətkarlıqla mübarizə mövzunda mühazirələrin oxunması, bu sahədə alman həmkarlarımızın qazandığı müsbət təcrübənin öyrənilməsinə, həmçinin  xidməti fəaliyyətdə tətbiqinə, digər aktual məsələlərə dair müzakirələrin və ətraflı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.





Çap et  Çap et