Vətəndaşların nəzərinə
07.09.2016
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2016-cı il sentyabr ayının 18-19-da saat 10:00-da Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini Lənkəran şəhər-rayon Polis Şöbəsində qəbul edəcəkdir.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.