Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

«Mübariz keşikdə» qəzeti



Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə təsis edilmiş "Mübariz keşikdə" qəzeti 9.847 nüsxə ilə həftədə bir dəfə (cümə axşamı günü) Azərbaycan dilində, rəngli nəşr edilir.
DİN-in orqanı "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir.
Bundan əlavə, DİO əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir.
Abunə yolu ilə yayılır.





Çap et  Çap et