Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Seyidov Mirqafar Mircəfər oğlu


Bakı şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Seyidov Mirqafar Mircəfər oğlu

1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlamış, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. 2005-2007-ci illərdə DİN-in Miqrasiya Xidmətinin rəis müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 393 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Ailəlidir. Üç övladı var.




Çap et  Çap et